t s

» » Azərbaycan Qırğızıstana 1 milyonluq yardım göndərdi

Azərbaycan Qırğızıstana 1 milyonluq yardım göndərdi

7-12-2015, 20:34 Yazar:  Fəridə Baxılıb: 787 Çap et
Azərbaycan Qırğızıstana 1 milyonluq yardım göndərdi“Qırğızıstan xalqı Azərbaycan xalqının yardımını unutmayacaq”.

Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Qırğızıstanda baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə bir milyon manat dəyərində humanitar yardımı Ələtdəki Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından yola salıb.

Mediaxeberleri.az xəbər verir ki, yola salma mərasimində fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiz Tağızadə və Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov da iştirak ediblər.

Faiz Tağızadə bildirib ki, humanitar yardımın yükləndiyi 20 avtomaşın bərə ilə Qazaxıstanın Aktau limanına aparılacaq.

Yardımın daşınması üçün Qazaxıstandan əlavə iki avtomaşın da cəlb olunacaq.

Sonra həmin 22 avtomaşın Qırğızıstana doğru hərəkət edəcək:

“Humanitar yardıma 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermişel, 3500 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəstləri), 50 generator, 240 ədəd çadır, 6006 kvadrat metr dam örtüyü (dəmir şifer), 70 kubmetr taxta, 40 metr reyka, 26 tondan artıq benzin, 29 ton dizel, 195 ədəd istilik sobası daxildir”.

Aycigit Buranov Azərbaycan prezidentinə və xalqına təşəkkür edərək bildirib ki, Qırğızıstan xalqı Azərbaycan xalqının yardımını unutmayacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:50 “Bəzi qazanxanaların qazla təchizatında problemlər yaranıb” - AÇIQLAMA Hələ ötən ay ABŞ Milli Okean və Atmosfer Agentliyi bu qışın çox sərt keçəcəyi haqda məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, axırıncı dəfə 1997- 98-ci ildə müşahidə olunan “Super El Nino” qasırğası bu qış da özünü göstərəcək, xüsusilə yanvar və fevral aylarında dondurucu soyuqlar gözlənilir.
14:01 Zəlzələ zamanı iki qadın özünü 2-ci mərtəbədən atdı Ağdaş rayonunda zəlzələ zamanı iki qadın özünü binadan aşağı atıb. İki nəfər özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb, bir nəfər isə qaçarkən pilləkəndən yıxılaraq xəsarət alıb. Ağdaş Mərkəzi Rayon Xəstəxanasının qəbul şöbəsindən APA-ya verilən məlumata görə, Ağdaş şəhərinin Müşfiq İsayev
08:38 Goranboyun icra başçısı Nizaməddin Quliyev bir ildə 18 milyon manatı nəyə sərf edib? Keçən həftə redaksiyaya daxil olan şikayət məktubuna əsasən “Bizim Yol” qəzetinin araşdırmasında Goranboy rayon İcra Hakimiyyətinə bir ildə ayrılan büdcə vəsaitlərinin əsas hissəsinin tenderdə tək təşkilata verildiyi ortaya çıxmışdı. Gözdən uzaq regionlara ayrılan pulların hansı sahələrə və necə
13:32 Goranboyun icra başçısı 18 milyon manatı hara xərcləyib? İlginc faktlar - ARAŞDIRMA Goranboy rəhbərliyi bir ildə 18 milyon manatı nəyə sərf edib? Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlər tendersiz xərclənib, rayonda 5 il ərzində eyni işlər təkrar-təkrar “görülüb” Keçən həftə redaksiyaya daxil olan şikayət məktubuna əsasən "Bizim Yol" qəzetinin araşdırmasında Goranboy rayon
21:00 SOCAR-ın neft hasilatı və satışında rolu... 2015-ci ildə SOCAR tərəfindən dövlət büdcəsinə 1,5 milyard manat vəsait ödəniləcək. Hasilat Azərbaycanda neft hasilatı iki hissəyə bölünür. Birincisi və ən çox hissəsini “BP-Azerbaijan” şirkətinin operatoru olduğu konsorsium “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından, ikincisini isə Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az