t s

» » Atletlərimiz yeddi medal qazandılar - Beynəlxalq turnir

Atletlərimiz yeddi medal qazandılar - Beynəlxalq turnir

7-12-2015, 08:02 Yazar:  Əsmər Baxılıb: 276 Çap et
Atletlərimiz yeddi medal qazandılar - Beynəlxalq turnirDekabrın 6-da Respublika Olimpiya Mərkəzində Azərbaycan Atletika Federasiyasının (AAF) və Olimpiya Akademiyasının vitse-prezidenti, Ümumittifaq dərəcəli hakim, SSRİ rekordçusu Tofiq Qarayevin 80 illiyinə həsr olunmuş beynəlxalq turnir keçirilib.

Yarışda Azərbaycan, Türkiyə, Özbəkistan və Rusiya atletləri güclərini sınayıblar.

Turnirdə qızlar 60, 200, oğlanlar isə 60, 400 metr məsafəyə qaçışda birincilik uğrunda mübarizə aparıblar. Həmçinin qızlar və oğlanlar uzunluğa tullanma yarışlarında öz aralarında ən güclünü müəyyənləşdiriblər.

Qızların yarışında 60 və 200 metr məsafəyə qaçışda Azərbaycan idmançısı Yelena Pextreva birinci olub. Uzunluğa tullanmada isə özbəkistanlı atlet Ugilay Abdulazizova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Milli komandamızın üzvü Yelena Pextreva isə gümüş medal qazanıb.

Oğlanların 60 metr məsafəyə qaçış yarışlarında Türkiyə idmançısı Yiğit Yaşılçiçek birinci olub. Azərbaycan atletləri İlham İksanov və Vaqif Bağırov isə fəxri kürsünün ikinci və üçüncü pilləsində yer alıblar. Dörd yüz metr məsafəyə qaçışda özbəkistanlı Şakrux Baratov qızıl medal qazanıb. İlham İksanov isə bürünc medalla kifayətlənib. Uzunluğa tullanma yarışlarında yenidən türkiyəli Yiğit Yaşılçiçek fərqlənib. Atletimiz Yadulla İbrahimov isə turniri üçüncü pillədə başa vurub.

Yarışın qalibləri medal, diplom, kubok və pul mükafatı ilə təltif olunublar. //AzərTac




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca
09:12 Medalların sayına görə reytinq cədvəlində birinciyik Bakıda Birinci Avropa Oyunlarının üçüncü günü keçirildi. Ötən gün idmançılar səkkiz idman növü üzrə yarışlarda medallar uğrunda mübarizə apardı. Karate yarışlarında azərbaycanlı idmançı İrina Zaretska ispaniyalı Kristina Vizkainonu məğlub edərək Azərbaycanın medallar sırasına daha bir qızıl
00:10 Dünya şöhrətli azərbaycanlı alimlər Bakıda doğulub xarici təmsil edən şöhrətli alimlər O, hələlik orada çalışan yeganə həmvətənimizdir. Bakı uzun illər beynəlmiləl şəhər kimi tanınıb. Bir çox millətlərin nümayəndələri bu şəhərdə anadan olub, böyüyüb, təhsil alıb, sonradan Bakını tərk ediblər. Bakıda dünyaya gələn bu tanınmışların
09:34 AGF Kuboku beynəlxalq turnirin ikinci günü də uğurlu olub Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. Bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.
16:15 Bu gedişlə zəif cins kişilər olacaq “Bütün bunlar onların beyni, cismi və kimyəvi proseslərlə bağlıdır” - ingilis internat məktəbi olan Vellinqton Kollecinin müəllimi Antoni Seldon belə deyir. “Mentalitetə görə, ipə-sapa yatmaq, ağıllı olmaq onlarlıq deyil” - bunu isə Nyu-Yorkdakı Bronks Liderlik Akademiyasının rəhbəri İvan Yip

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az