t s

» » Faciələrimiz nədən yaranır?

Faciələrimiz nədən yaranır?

26-02-2015, 08:55 Yazar:  Aygün Baxılıb: 780 Çap et
Faciələrimiz nədən yaranır?

İşıqlı Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü


Dünya ermənilərə qucaq açdığı dərəcədə xəyanətkarlığa, bicliyə, insansızlığa meydan verir. Dünya siyasət oyunu oynayır, çünki həqiqətlə var olmaq istəmir. Həqiqət əsasında yaşamaq isə xalqlardan hünər tələb edir. İnam Ata (Asif Ata) «Mütləqə İnam» kitabında insandakı şərin obrazını belə təsvir edir: «Cəsarət libasında cinayət! Ləyaqət libasında qəbahət! İnsanı vətəndən ayırmaq. Yalançı dirilik dəhşəti. Mənəvi işgəncə! Cismani işgəncə! Qorxudan işgəncə! Sarsıdan işgəncə! Xəyanət çirkabı. Süni həqiqət çirkabı. Böhtan toxumu səpmək. Nifaq toxumu səpmək. Nifrət toxumu səpmək. Eybəcər olub gözəl görünmək! Qəddar olub məsum görünmək! Qara olub ağ görünmək! Ölü olub sağ görünmək!» Buradakı bütün şər cəhətləri erməni xalqına aid edə bilərik. Doğrudan da ermənilər pis xalq olduqlarını sübut etdilər.
***
Hər hansı milli faciə millətin ardıcıl olaraq ayaqda dura bilməməsindən, məsuliyyətsizliyindən yaranır. Tarixən böyük milli özünütəsdiqlərimizlə yanaşı, arxayınlıqlarımız da çox olub. Yaratdıqlarımızı yaşada, artıra bilməmişik. Özümüzü xalq olaraq ardıcıl yetişdirməmişik. Xalq olmaq məsuliyyətimizi unutmuşuq. «Azadlığın təməli – məsuliyyətdir» (Asif Ata). Yəni azad olmaq istəyirsənsə, məsuliyyətli olmalısan. Arxayınlıq – məsuliyyətsizlikdən yaranır. Məsuliyyətsizlik isə fərdin örnəyində xalqın məqsədsizliyi, xalq kimi var olmaq istəməməsi, bu haqda düşünməməsidir. Məsuliyyət fərddən başlayır, xalqda təsdiqini tapır, bəşəriliyə layiq olur.
***
Biz türklər faciələrimizi təəssüf ki, ənənələşdirmişik. Sanki faciəsiz yaşamağı təsəvvür edə bilmirik. Məqsəd isə faciədən çıxmaq olmalıdır. Faciədən çıxmaq – fərdin və millətin özünə məsul olmasından başlayır. Bu, fərdin biryolluq özünü, ulusunu əbədi milli ideya əsasında qurması, doğruçu, güzəştsiz yaşaması, xalq olmaq borcunu unutmamasıdır.
İndi millətimizin fərdləri arasında ümidsizlik artır. Bu, qorxulu məqamdır. Ümidsizliyi aşmaq gərək! Yüzillər boyunca təəssüf ki, gələcəyə qaranlıq baxmışıq.
***
Xocalı qırğını – erməninin şəxsində insan yırtıcılığıdır. Xocalı qırğını – türkün örnəyində insan faciəsidir. Xocalı faciəsində erməninin yırtıcılığı, qaniçənliyi, amansızlığı, türkə qarşı sonsuz nifrəti üzə çıxdı, erməniliyin nədən ibarət olduğunu bütünlüklə göstərdi. Ona görə də Asif Ata deyir: «Erməninin sabahı yoxdur». Ata habelə Xocalı faciəsinə belə dəyər verir: «Beyniyalın sərkərdəlik. Əliyalın müdafiə».
***
Erməni xalqının insani-milli keyfiyyəti yoxdur. Xocalı faciəsi ilə o, bunu sübüt etdi. Ruhən güclü olmağımız hər sahədə təsdiqini tapmalıdır. Bu gün ədəbiyyatda, incəsənətin bütün sahələrində faciələrimizin ifadəsi təəssüf ki, ömürləşmir, gerçəkləşmir. Yenə də faciələrimiz sanki havadan asılı qalır. Dərdi dərindən duymaq, idrakla yaşamaq gərək. Gərək dərdinlə bir olasan ki, dərd belini əyməyə. Dərdi çəkənlər azalıb çağımızda. Xocalı da 20 Yanvar kimi dərs götürüləsi faciədir. Ağlamaq, sızlamaq yox, faciəni ötmək gərək! Azərbaycanın faciələrdən qurtulmasının bir yolu var: milliliyə əsaslanan, xalqımızın xilası üçün yaradılmış Mütləqə
İnama yiyələnmək və onunla özünü qurmaq! Var olmaq üçün həyatın, yaşamın hər sahəsində özümüzünkünü yaratmalı, gerçəklikdən üstün olmalıyıq.
***
Əgər bəşəriyyət insanlaşsa – Xocalı faciəsi erməninin başına qaxınc, insanlaşmasa – yeni bəşəri faciələr üçün örnək olacaq. Erməninin qatilliyini, yırtıcılığını qınamaq üçün var gücümüzlə çalışmalıyıq. Erməni indi də Xocalıda törətdiyi yırtıcılığa qəhrəmanlıq kimi baxır. Ancaq bu, onun üçün heç vaxt bəraət imkanı olmayan dəhşətli üzqaralığı, bəşəri cinayətdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:53 “Xocalı insanlığın tarixində qara ləkə kimi qalacaq” “Tarixən xalqımıza qarşı qətliamlar törədilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərinin misli görünməmiş qəddarlıqla qətlə yetirilməsi bu faciələrin ən dəhşətlisi oldu”. Teleqraf.com-un məlumatına görə, bu sözləri Milli Məclisin deputatı Flora Qasımova deyib. F.Qasımova
21:51 Xocalı soyqırımı ilə bağlı aksiya - İsveçrə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “ Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası çərçivəsində dünyanın bir çox ölkələri olduğu kimi İsveçrədə də Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. Ölkənin paytaxtı
16:05 Türkiyə Xocalı faciəsini soyqırım kimi rəsmən tanıyacaq Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan ümid edir ki, Türkiyə Parlamenti Xocalı faciəsini soyqırım kimi qəbul edəcək.Mediaxeberleri.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu Ankarada jurnalistlərə Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan deyib. Onun sölərinə görə,
14:04 Ana dilini yaşatmaq hünəri İşıqlı Atalı Mütləqə İnam Ocağının Yükümlüsü Dil – ruhaniliyin (insaniliyin) ifadəsidir, bu səbəbdən də o, zamandan, gerçəklikdən, quruluşdan üstündür. Əgər dil ictimai hadisə olsaydı, çoxsaylı quruluşlarla birgə dilimiz də ölüb gedərdi. Hər bir xalq öz adıyla bağlı olan dilin yaradıcısı,
15:58 Televiziya insana niyə yadlaşır? İşıqlı Atalı Mütləqə İnam Ocağının Yükümlüsü Çağdaş bəşərin həyatında onillərdir ki, televiziya mərhələsi başlayıb. İnsan əhvalları verilişləşir, konulaşır. Televiziya informasiyanın sürətlə, görüntülü yayımı deməkdir. Gəlin aydınlaşdıraq ki, televiziyanın başlıca hədəfi nədir, onun insana

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az