t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Makronun məkri - Fransanın Azərbaycan əleyhinə qətnaməsinə qəti mövqe

Makronun məkri - Fransanın Azərbaycan əleyhinə qətnaməsinə qəti mövqe

1-12-2022, 16:33 Yazar:  Samir Baxılıb: 115 Çap et
Makronun məkri - Fransanın Azərbaycan əleyhinə qətnaməsinə qəti mövqe
Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən yalan və iftira dolu qətnamə qəbul edildi.
Milli Assambleyanın 256 deputatı qətnamənin lehinə səs verib. Bu qətnamə prinsip etibarilə bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır.
Qətnamənin müəllifi Makrondur!
Qətnamə layihəsinin həmmüəllifləri “Renessans” partiyasından olan deputatlar olub. “Renessans” partiyası əslində Fransa Prezidenti Emmanuel Makron tərəfindən qurulan "İrəli, Republika" (LREM) partiyasıdır. Bu ilin sentyabr ayında partıya rəsmi olaraq adını "Renessans" olaraq dəyişib.
Ümumiyyətlə Makron partiyanın adını təkcə "Renessans" etməklə kifayətlənmədi, həm də klassik üslubda bir partiyaya çevirdi. Çünki “İrəli, Republika” partiyası həm sağı, həm də solçuları birləşdirən transpartiyalı siyasi hərəkat idi.
Qətnamə layihəsinin həmmüəlliflərinin “Renessans” partiyasından olan deputatlar olduğunu nəzər alsaq demək olar ki, bu qətnamənin müəllifi birbaşa Fransa Prezidenti Emmanuel Makrondur.
Makronun məqsədi
Fransa Prezidenti Emmanuel Makron Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə “iştirak etmək” istəyir. Bunu bir neçə gün öncə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ofisindən Prezidentin köməkçisi Hikmət Hacıyevə gələn zəng də təsdiqləyir.
Belə ki, həmin zəngdə bildirilib ki, Nikol Paşinyan görüşə yalnız Fransa Prezidenti Makronun iştirak edəcəyi təqdirdə razıdır. Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev isə açıqca şəkildə bildirdi ki, “şərtli” görüşdən imtina edir. Prezident həm də onu qeyd etdi ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik.
Görünür bundan öncə Prezident İlham Əliyev regiona heç bir aidiyyəti olmamasına baxmayaraq, görüşdə iştirakına razılıq verməsi Makronu cəsarətləndirdiyi kimi indi də qəzəbləndirib.
Makron məlum qətnamə ilə regionda sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirməyə çalışır. O bu yolla regionda Fransanın iştirakı olmadan sülhün bərqərar olmayacağı mesajını verməyə çalışır.
Ümumiyyətlə Emmanuel Makronun Azərbaycan əleyhinə tutduğu mövqe onun heç bir halda vasitəçi ola bilməyəcəyini sübut edir. Bu həm də Azərbaycan Prezidentinin “bir görüşdə iki bacı ilə” üz-üzə oturmayacağıq mesajının doğruluğunu göstərir.
Rəsmi Bakının cavabı necə olmalıdır?
Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında qəbul edilən yalan və iftira dolu qətnaməyə rəsmi Bakı səssiz qalmamalı və mütləq cavab verməlidir:
Birincisi, Fransa ilə siyasi əlaqələrə yenidən nəzər keçirilməli Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva məsləhətləşmək üçün Bakıya çağırılmalıdır. Bundan başqa Fransanın ölkəmizdəki səfəri XİN çağırılıb nota təqdim edilməlidir
İkincisi, Azərbaycan Fransanın Əlcəzairdə törətdiyi soyqırım aktlarını rəsmi olaraq tanımalıdır.
Üçüncüsü, Fransa tez-tez ermənilərə “status” tələbi ilə çıxış edərək faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etdiyi kimi daxili işlərinə də qarışır. Rəsmi Bakı bunu əsas gətirərək Korsikada baş verən iğtişaşlara və adanın müstəqillik hərəkatına siyasi dəstək verə, habelə Yeni Kaledoniyanın müstəqilliyini tanıya bilər.
Müəllif: Politoloq Turan Rzayev




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:00 İlham Əliyev beynəlxalq konfransda iştirakçıların suallarını cavablandırıb - TAM MƏTN + VİDEO Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. "Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru Hafiz Paşayev
08:47 “20 AZƏRBAYCANLININ ADINI İRAN PREZİDENTİNƏ VERDİM...” – Prezident İlham Əliyevin ADA-dakı çıxışının TAM MƏTNİ Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident. Zati-alilərinizi
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az