t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » “BU, MOSKVAYA OLDUQCA CIDDİ BİR MESAJ İDİ...” - “Yaxın günlərdə Laçın dəhlizi qapadıla bilər”

“BU, MOSKVAYA OLDUQCA CIDDİ BİR MESAJ İDİ...” - “Yaxın günlərdə Laçın dəhlizi qapadıla bilər”

24-11-2022, 15:02 Yazar:  Samir Baxılıb: 43 Çap et
“BU, MOSKVAYA OLDUQCA CIDDİ BİR MESAJ İDİ...” - “Yaxın günlərdə Laçın dəhlizi qapadıla bilər”
“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması xüsusilə diqqət çəkir”.

Bunu noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının və Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda DTX-nin Təhüləkəsizlik Xidmətinin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski bildirib.

General qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır.

Qeyd edək ki, hazırda Qarabağın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrinin yenidən aktivləşdiyini, ordumuza qarşı müxtəlif təxribatlar törətməyə cəhd göstərildiyini müşahidə edirik.

Son günlər məhz separatçıların olduğu yerlərdən ordumuzun mövqelərinin atəşə tutulması antiterror əməliyyatını yenidən gündəmə gətirib. Əslində Azərbaycanın separatçılara qarşı antiterror əməliyyatı keçirməyə tam hüquqi əsasları var. Çünki 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmaya əsasən, rus sülhməramlıları bu ərazilərdəki qanunsuz erməni silahlı qüvvələrini çıxarmalı, həmçinin burada yaşayan insanların adabtasiyasının həyata keçirilməsində iştirak etməl idi. Lakin bu qədər vaxt keçəməsinə baxmayaraq, bu istiqamətdə heç bir nəticə əldə olunmayıb. Əvəzində sülhməramlı qüvvələr öz vəzifə borclarını unudaraq, seperatçıların ölkəmizə qarşı təxribatlarına göz yumub, bəzən isə özləri ermənilərlə birlikdə bu oyunların iştirakçısına çevriliblər. Buna misal olaraq Laçın dəhlizi ilə “sülhməramlı humanitar yardım” adı altında revanşistlərə silah-sursat daşınmasını, Qarabağa qanunsuz səfərlərin təşkilinə şərait yaradılmasını, zaman-zaman sülhməramlıların fəaliyyəti ilə bağlı informasiya bülletenlərində ölkəmizə qarşı təxribatlala çıxş edilməsini göstərmək olar.

Belə olan halda Azərbaycan tərəfi separtaçıların və sülhməramlıların bölgədəki qanunsuz hərəkətlərinin qarşısının alınması istiqamətində növbəti dəfə antiterror əməliyyatına başlaya bilərmi?

Bu mövzuyla bağlı hərbi ekspert Elxan Şıxəliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, Rusiya sülhməramlıları bölgəyə gəldikdən sonra Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin yenidən təşkilatlanmasına şərait yaradıblar: “Onlar burada ermənilərdən ibarət “Qarabağ müdafiə Ordusu” adI altında hərbi bir struktur formalaşdırıblar. Bu struktura ən azı bir diviziya, üç alay və əlahiddə taborlardan ibarət hərbi qüvvələr daxildir. Müharibədən sonrakı mərhələdə bu qüvvələrin yenidən təşkilatlanmasına ehtiyac vari idi. Çünki İkinci Qarabağ müharibəsində ermənilərin bu bölgələrdəki xüsusən də, şimaldakı 10-cu dağatıcı diviziyasının tərkibində olan beşinci, altıncı və yeddinci alayları, həmçinin əlahiddə taborları çox böyük texnika və silah-sursat itkisi ilə üzləşmişdilər. Eyni zamanda müharibə dövründə ordumuz tərəfindən düşmənin zirehli texnikalarının saxlanıldığı əsas hərbi baza da məhv edilmişdi. Hazırda görürük ki, bu hərbi birləşmələrin yenidən təşkilatlanması istiqamətində işlər aparılır. Bütün bu silah-sursat isə Laçın koridoru vasitəsilə separatçılara çatdırılır”.

Ekspert qeyd edir ki, sülhməramlıların qanunsuz hərəkətlərinin DTX səviyyəsində ictimailəşdirilməsi, separatçıların Ermənistandakı havadarlarına və Rusiyadakı hərbi siyasi mərkəzlərə verilən mesajdır: “Bu, o deməkdir ki, biz bütün bu olub-bitənlərin fərqindəyik və buna uyğun müvafiq addımlar atacağıq. Düşünürəm ki, bu olduqca ciddi bir mesaj idi. Açıq şəkildə bildirildi ki, sülhməramlılar Laçın dəhlizi vasitəsilə erməni hərbi birləşmələrinin silahlandırlmasına göz yumur”.

E. Şıxəliyevin sözlərinə görə, bu cür qanunsuz hərəkətlərin qarşısını almaq üçün, Laçın dəhlizi mütləq nəzarətə götürülməlidir: “Bu yolla Rusiya sülhməramlılarının bölgədəki aktivliyini dayandırmış olacağıq. Bildiyimiz kimi, üçtərəfli bəyanatda göstərilib ki, Rusiya sülhməramlıları 2025-ci ilə qədər bölgədə qalmalıdırlar. Ancaq ilk növbədə onlar bu cür qanunsuz fəaliyyətlərini dayandırmalı və separatçıları silahlandırmaqdan çəkinməlidirlər. Digər tərəfdən Ermənistanda Zəngəzur dəhlizinin açılması istiqamətində müsbət mesajlara rast gəlmirik. Əgər belədirsə, deməli, Laçın dəhlizinin birtərəfli qaydada onların nəzarətində olmasına ehtiyac qalmır. Hesab edərəm ki, yaxın günlərdə Laçın dəhlizinin nəzarətə götürülməsi istiqamətində addımlar atılarsa, təəccüblənməməliyik”.

“Antiterror əməliyyatları hər zaman keçirə bilər. Bu bizim legitim haqqımız və xüsusən də qırmızı xəttimizdir. Ermənistan tərəfi bildirir ki, Qarabağdakı qüvvələr onlara aid deyil. Bu o deməkdir ki, bizim ərazimizdə Azərbaycana aid olmayan silahlı birləşmə var və bu qeyri-qanuni terror qruplaşması adlanır. Azərbaycan tərəfi bu terrorçulara qarşı hər an lokal və topyekun fomada antiterror əməliyyatı apara bilərik. Düşünürəm ki, KTMT yə daxil olan ölkələrin rəhbərlərinin Ermənistandakı görüşündən sonra tərəflər bu məsələləri siyasi dialoq yolu ilə həll etməyə çalışacaqlar. Lakin unutmamalıyıq ki, “B” variantı - Azərbaycanın güc yolu ilə istəklərinə nail olması hər zaman qüvvədədir”- deyə, ekspert bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:47 “20 AZƏRBAYCANLININ ADINI İRAN PREZİDENTİNƏ VERDİM...” – Prezident İlham Əliyevin ADA-dakı çıxışının TAM MƏTNİ Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident. Zati-alilərinizi
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az