t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » “Azərbaycanda pensiya yaşı 58-ə endirilməlidir” - DOĞRU OLANI BUDUR!

“Azərbaycanda pensiya yaşı 58-ə endirilməlidir” - DOĞRU OLANI BUDUR!

24-11-2022, 13:09 Yazar:  Samir Baxılıb: 39 Çap et
“Azərbaycanda pensiya yaşı 58-ə endirilməlidir” - DOĞRU OLANI BUDUR!
Aktual, gündəmdən düşməyən məsələlərdən biri də pensiya yaş həddidir. Azərbaycanda qanunvericiliyə əsasən, pensiya üçün kişilərdə yaş həddi 65, qadınlarda 63-dür. Bəziləri bu yaş həddinin çox olduğunu deyir və azaldılmasını təklif edirlər. Dünya praktikasını da misal olaraq göstərirlər. Hətta 65 yaşa qədər yaşayan şəxslərin azaldığını da bildirirlər.

Maraqlıdır, pensiya yaşı azaldıla bilərmi? Ölkədə əmək pensiyası hüququnu tez əldə etmək mümkündürmü?

Mediaxeberleri.az bildirir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, Azərbaycanda pensiya yaşı qonşu ölkələrin praktikasına uyğun olaraq təyin edilib:

“Pensiyada yaş həddi aktual məsələlərdən biridir. Bir çoxları Avropa ölkələrinin praktikasına əsaslanaraq həddin dəyişilməsini istəyirlər. Elə ölkələr var ki, pensiya yaş həddi bizdən xeyli yüksəkdir, bəziləri isə çox aşağıdır.

Düşünürəm ki, vətəndaş nə qədər tez pensiyaya çıxarsa, o qədər xoş güzəran görər. Bir çox vətəndaşlarımız var ki, təqaüdə çıxandan sonra işləmək arzusunda olurlar. Amma ümumilikdə, ilk növbədə, təqaüdə qədər dayanıqlı həyat təşkil olunduqdan sonra yaş həddinin aşağı salınmasının tərəfdarıyam”.

F.İbrahimov qeyd edib ki, bu gün vətəndaşların gəlirləri xərclərini ödəmir:

“Qonşulardan kimsə pensiya yaş həddini daha əlverişli etsə, biz də ona gedərik. Getmək lazımdır. Pandemiyadan sonra çətinliklər yaranıb. Vətəndaşların gəlirləri xərclərini ödəmir. Onlar özləri də mühitə uyğun xərclərini artırırlar. Bütün bunları görəndə təqaüdə çıxma başlıca şərt olur. Lakin təqaüdün normal olması şərti ilə”.

Milli Məclisin deputatı Aydın Hüseynov isə əlavə edib ki, ortaq nəticə olmalıdır ki, hər kəsi qane etsin:

“Cəmiyyətimizdə pensiya yaş həddinin azaldılması ilə bağlı bəzi fikirlər səslənir. Bu məsələyə birtərəfli yanaşılmamalıdır.

Elə şəxslər var ki, 65 yaşına qədər işləmək istəyirlər. Hətta 65-dən sonra işləmək istəyənlər də var. Elələri də var ki, pensiyaya daha tez çıxmaq istəyirlər. Bu məsələ ilə bağlı orta hədd tapılmalıdır. Digər tərəfdən isə təqaüdə erkən çıxılması üçün normativlər var. Ümumi baxılmalıdır. Ortaq nəticə olmalıdır ki, hər kəsi qane etsin”.

İqtisadçı Rəşad Həsənov isə əlavə edib ki, ölkədə pensiya yaşı 58,5-ə endirilməlidir:

“Ölkədə pensiya yaşı azaldılmalıdır. Dünya təcrübəsi də buna təkan verir. 2021-ci ildə orta yaş həddi 73 idi. Dünya üzrə orta yaş həddi ilə pensiya yaş həddi arasında təxminən 14,5 il fərq olur. Bu aspektdən məsələyə yanaşsaq, pensiya yaş həddi 58,5 olmalıdır. Ən çox 60 yaş üzərində qərara gəlmək olar”.

R.Həsənov qeyd edib ki, demoqrafik aspektdən əhəmiyyətliliyi nəzərə alınaraq xanımların pensiya yaşı ilə bağlı güzəştlərin tətbiqi yenidən gündəmə gətirilməlidir:

“Çoxuşaqlı analara güzəştlər var. Hər uşağa görə yaşın azaldılması metodologiyasına geri dönüş, düşünürəm ki, demoqrafik aspektdən əhəmiyyətli olmaqla yanaşı, təbii artımı da dəstəkləyəcək. Lakin yaxın gələcəkdə belə bir güzəştin edilməsi ehtimalı çox azdır.

Baxış dəyişilməlidir. Əmək bazarının qanuniləşdirilməsi istiqamətində tədbirlər artırılmalıdır.

Pensiya siyasəti həm həmrəylik, həm də yığım prinsiplərinə əsaslanır. Hazırda həmrəylikdir. Yığım prinsipi yaradılacaq. Faktiki olaraq pensiya yaş həddinin azaldılması məsələsini davam etdirəcək”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:47 “20 AZƏRBAYCANLININ ADINI İRAN PREZİDENTİNƏ VERDİM...” – Prezident İlham Əliyevin ADA-dakı çıxışının TAM MƏTNİ Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident. Zati-alilərinizi
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az