t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » MİNİMUM ƏMƏKHAQQI 500 MANAT OLA BİLƏRMİ? – “Vahid Əhmədov tez-tez bu cür populist təkliflərlə çıxış edir...”

MİNİMUM ƏMƏKHAQQI 500 MANAT OLA BİLƏRMİ? – “Vahid Əhmədov tez-tez bu cür populist təkliflərlə çıxış edir...”

19-11-2022, 07:17 Yazar:  Samir Baxılıb: 89 Çap et
MİNİMUM ƏMƏKHAQQI 500 MANAT OLA BİLƏRMİ? – “Vahid Əhmədov tez-tez bu cür populist təkliflərlə çıxış edir...”
Bir neçə gün öncə Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deputat Vahid Əhmədov minimum əməkhaqqının 500 manata çatdırılmasını təklif edib. O, təklifini qiymətlərin yüksəlməsi ilə izah edib.

Milli Məclisdə zaman-zaman minimum əməkhaqqının artırılmasıyla bağlı bu cür qulağa xoş gələn təkliflər səsləndirilsə də, nəticə həmişə fərqli olub. Sonuncu belə təklif yay aylarında Türkiyədə minimum əməkhaqqı 5 min 500 lirəyə (502 manat) çatdırılanda səsləndirilmişdi. Həmin vaxt hökumət və parlamentdə bu təklifə o qədər də müsbət yanaşmamışdılar.

Məlumat üçün qeyd edək ki, ölkədə minimum əməkhaqqı 2019-cu ildə 180 manatdan 250 manata, 2022-ci ildə isə 250 manatdan 300 manata qaldırılıb. Açıqlanan məlumatlara əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumi inflyasiya 13,4 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 19,3 faiz olub. Ancaq müstəqil ekspertlər ölkədə inflyasiyanın qat-qat bundan artıq olduğunu dilə gətirirlər. Rəsmi məlumatda isə deyilir ki, yüksək inflyasiya fonunda əhalinin gəlirləri 20,2 faiz artıb. Cari ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 faiz artaraq 825,3 manat təşkil edib.

Cari ilin iyun ayına olan statistikaya əsasən, Azərbaycan iqtisadiyyatında əmək müqaviləsi ilə çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 min nəfər və yaxud 1,7 faiz artaraq 1 milyon 706 min nəfərə çatıb. Onlardan 903,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 802,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Qeyd edək ki, əmək müqaviləsi ilə çalışanların orta aylıq maaşı təxminən 405 manatdır. Təkcə bu göstərici onu deməyə əsas verir ki, ölkədə maaşlar olduqca aşağıdır. 405 manat və daha aşağı məbləğdə maaş alanların sayı isə təxminən 850 min nəfərdir...

Qeyd olunur ki, cari il üzrə əməyin ödənişi xərclərinin 8 milyard 59 milyon manat olacağı gözlənilir. 2023-cü ilin dövlət büdcəsində isə əməyin ödənilməsi üzrə xərclərin 8 milyard 479 milyon manat (5,2 faiz artım-red.) olacağı proqnozlaşdırılır. Növbəti il üçün inflyasiya göstəricisinin 6,9 faiz olacağının proqnozlaşdırıldığını və artımın inflyasiya təzyiqinə əsaslandığını nəzərə alanda əməkhaqlarının müəyyən sahələr üzrə 10 faizə qədər artacağını təxmin etmək olar.

Ölkədə yüksək inflyasiya fonunda, minumum əməkhaqqının 500 manata çatdırılması əhalinin güzəranına müsbət təsir edə bilərmi?



Bu barədə iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində qeyd edib ki, deputat Vahid Əhmədov tez-tez bu cür populist təkliflərlə çıxış edir: “Təbii ki, minimum əməkhaqqının artırılması yaxşı bir haldır. Daha çox artırmaq isə ondan da yaxşıdır. Məsələn, 500 manatdansa, 700 manat olması daha yaxşı bir təklifdir. Gərək Vahid bəy 500 manat əvəzinə 700 manat deyərdi. Onda daha yaxşı olardı və insanlar da daha çox “bravo!” deyərdilər... Bunları bir kənara qoyub, sözügedən mövzu ətrafında daha ciddi düşünmək lazımdır. Öncə onu qeyd edək ki, minimum əməkhaqqı ölkədə gündəlik 8 saat olmaqla, 5 gün ərzində işçiyə ödənilən minimum məbləğdir. Yəni, dövlət və özəl sektorda çalışmasından asılı olmayaraq, həmin işçilərə minimum əməkhaqqından aşağı bir ödəniş verilə bilməz”.

Ekspert qeyd edir ki, az maaş alan insanların inflyasiya dövründə əməkhaqqlarının artırılması arzuolunandır: “İstənilən insan bu artıma müsbət baxır. Həmçinin minimum əməkhaqqının artırılması həm də iqtisadiyyatdakı şəffaf mühitə müsbət təsir göstərir. Məsələn, faktiki olaraq minimum əməkhaqqından aşağı maaş təyin oluna bilmədiyindən, gizli paket şəklində verilən əməkhaqqlarının səviyyəsi də aşağı düşmüş olur. Amma burada bir sıra problemlər var. Problem ondan ibarətdir ki, minimum əməkhaqqı sadəcə deputat istədi deyə artırıla bilməz. Burada ciddi hesablamalara ehtiyac var. Çünki bu qərar əsasında həm də dövlət və özəl sektor üçün minimum standartlar müəyyənləşir, özəl sektorun xərcləri və ödənilən vergilərin həcmi artır. Həmçinin minimum əməkhaqqının 500 manat olması, mağazalardakı ərzaq qiymətlərinə də müəyyən qədər mənfi təsir göstərə bilər”.


İqtisadçı bildirir ki, minimum əməkhaqqının birdən-birə bu qədər artırılması iqtisadiyyatda bir sıra problemlərə səbəb ola bilər: “Hazırda 500 manat maaşla bir ailənin normal dolanışığını təmin etmək mümkün deyil. Bu, olduqca aşağı bir məbləğdir. Ancaq minimum əməkhaqqının birdən-birə 300 manatdan 500 manata (67 faiz artım-red.) artırmaq ölkədə inflyasiya proseslərinə mənfi təsir göstərə bilər. Bu məsələyə orta aylıq əməkhaqqının artım faizinə uyğun və ya ölkədəki ərzaq inflyasiyası əsasında baxıla bilər. Tutaq ki, 20-25 faiz ərzaq inflyasiyası varsa, ona uyğun tədricən artımlar olmalıdır ki, cəmiyyət və biznes strukturları buna adaptasiya olsunlar. Bu səbəbdən də, mən Vahid bəyin təklifinin əksinə olaraq, minimum əməkhaqqının tədricən artırılmasının tərəfdarıyam”.

Digər ölkələrdə vəziyyət necədir?

Beynəlxalq Əmək Təşkilatı (BƏT) minimum əməkhaqqının müəyyən edilməsi zamanı mütəmadi olaraq məlumatların toplanmasının vacibliyini qeyd edir. BƏT-ə görə, minimum əməkhaqqının müəyyən edilməsində altı meyar üzrə toplanmış statistik məlumatlar üzrə təyin olunmalıdır:

1. İşçilərin və onların ailələrinin ehtiyacları;

2. Ölkədə əmək haqqının ümumi səviyyəsi;

3. Yaşayış şəraiti;

4. Sosial təminat şərtləri;

5. Digər sosial qruplarla müqayisədə yaşayış şəraiti;

6. Artım, məhsuldarlıq və məşğulluq kimi iqtisadi amillər.

Bəzi ölkələrdə - ABŞ, Danimarka, İtaliya, Kipr, Avstriya, Finlandiya, İsveç və s. minimum əməkhaqqı yoxdur. Bu ölkələrdə minimum əməkhaqqı işçinin çalışdığı müddət əsasında hesablanır. Məsələn, ABŞ-da minimum əməkhaqqı olaraq saat başına 7,25 dollar (12 manat 33 qəpik) qazanmaq mümkündür. Bu hesabla iş saatından asılı olaraq minimum əməkhaqqı 1200-2400 dollar arasında dəyişir.

Digər ölkələrdə olan minimum əməkhaqqı məbləğinə dair internet resusrlarından əldə etdiyimiz son məlumatları təqdim edirik:

Lüksemburq - 4088 manat

Belçika - 3256 manat

İrlandiya - 3102 manat

Hollandiya - 3104 manat

Almaniya - 3083 manat

Fransa - 2909 manat

Yunanıstan - 1470 manat

Portuqaliya - 1454 manat

Polşa - 1134 manat

Xorvatiya - 1099 manat

Rumıniya - 912 manat

Macarıstan - 890 manat

Serbiya - 710 manat

Bolqarıstan - 641 manat

Türkiyə - 502 manat

Ukrayna - 419 manat

Gürcüstan - 401 manat

Rusiya - 390 manat

Ermənistan - 292 manat.

E.Bəyməmmədli

“AzPolitika.info”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:06 MİNİMUM ƏMƏKHAQQI 500 MANAT OLA BİLƏRMİ? – “Vahid Əhmədov tez-tez bu cür populist təkliflərlə çıxış edir...” Bir neçə gün öncə Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deputat Vahid Əhmədov minimum əməkhaqqının 500 manata çatdırılmasını təklif edib. O, təklifini qiymətlərin yüksəlməsi ilə izah edib. Milli Məclisdə zaman-zaman minimum
08:47 “20 AZƏRBAYCANLININ ADINI İRAN PREZİDENTİNƏ VERDİM...” – Prezident İlham Əliyevin ADA-dakı çıxışının TAM MƏTNİ Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident. Zati-alilərinizi
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az