t s

» » Ordumuz erməni mövqelərinə 110 dəfə atəş zərbəsi endirdi

Ordumuz erməni mövqelərinə 110 dəfə atəş zərbəsi endirdi

6-12-2015, 14:56 Yazar:  Anar Baxılıb: 205 Çap et
Ordumuz erməni mövqelərinə 110 dəfə atəş zərbəsi endirdiErməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 105 dəfə pozub.

AzToday.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Yusifcanlı, Qaraqaşlı, Mərzili, Şıxlar, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 110 dəfə atəş zərbəsi endirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:03 Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub Cəbhədə şiddətli atışma Müdafiə Nazirliyi məlumat yaydı. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 99 dəfə pozub. Mediaxeberleri.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız
11:39 Ordumuz düşmənə 192 atəş zərbəsi endirdi Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 142 dəfə pozub. Mediaxeberleri.az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Ermənistan
21:27 Qarabağda döyüşlər, ermənilər itki verdi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində döyüşlər zamanı qarşı tərəf itki verib. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, Qarabağda atışma zamanı iki erməni əsgəri öldürülüb.
10:09 Cəbhədə qızğın atışma Ermənilər son iki gündə atəşkəs rejimini ümumilikdə 108 dəfə pozublar Cəbhə xəttində atəşkəs yenidən pozulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs
11:44 Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub Nazirlik məlumat yaydı. Azərbaycanın Müdafiə Nazirliyi fevralın 22-23 tarixlərində cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Nazirlikdən Mediaxeberleri.az-a verilən məlumata görə, fevralın 22-də düşmən qüvvələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 50

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az