t s

» » ATV telekanalında qarşıdurma

ATV telekanalında qarşıdurma

26-02-2015, 01:52 Yazar:  Aygün Baxılıb: 1802 Çap et
ATV telekanalında qarşıdurmaMətanət Əliverdiyevanın verilişində novruz ənənələri ilə bağlı müzakirələr qarşıdurmaya səbəb olub.

Mediaxeberleri.az xəbər verir ki, Könül Kərimova, Elnur Məmmədov, Zaur Rzayev və Rəhman Quliyevin qonağı olduğu verilişdə fikirlər Milli Elmlər Akademiyasının fəlsəfə üzrə doktoru Atəş Əhmədin novruz bayramında papaq atmaq ənənəsinin ləğv olunmasına münasibət bildirərkən haçalanıb.

Atəş Əhməd qeyrət rəmzi olduğundan qapılara papaq atmağın yığışdırılmasını, əvəzində isə xüsusi torbalar hazırlanmasını təklif edib.

Məsələyə ilk münasibət bildirən Zaur Rzayev bu ideyanın əleyhinə olub.

“Onu biznes üçün deyirlər. Yeni il şaxta baba, Qarqızsız olsa, onu qəbul edərik? Yox. Belə şeylərə fikir vermək olmaz. Papağı biz qeyrət əlaməti olaraq fikirləşmirik. Onu atan da balaca azyaşlı uşaqlardır”.

Müğənni Könül Kərimova isə Zaur Rzayevin fikri ilə razılaşmayıb.

“Torba olsa, yaxşı olar. Bu gigiyenik baxımdan da düzgün olar. Təsəvvür edin, başdan çıxan papağı yerə qoyurlar. Onun içinə şirniyyat qoyurlar. Daha sonra o şirniyyatlar yeyilir, papaq isə yenidən başa qoyulur. O papaq nə gündə olar”?

Aktyor Rəhamn Quliyev isə “Dəli Kür” filmindən nümumə gətirərək, o vaxtlar papaq deyil, torba qoyulduğunu xatırladıb.

Aparıcı Mətanət Əliverdiyeva da alimin fikri ilə razılaşıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:39 Məmur övladını öldürənlərin cəzası yüngülləşdirildi Bu gün Bakı Apelyasiya Məhkəməsində məmur oğlunu öldürməkdə və xuliqanlıqda ittiham olunan Tural Əliyev, Elçin Baxşıyev, Seymur Fərzəliyev, Səbuhi Məmmədov və Ramin Rzayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, Tural Əliyev ötən il
18:50 Zaur Baxşəliyev imicini dəyişdi - FOTO Teleaparıcı Zaur Baxşəliyev imicini dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bığ saxlayan teleaparıcı “Öz aramızda” verilişində yeni imicindən danışıb. O, bildirib ki, yeni imici anasını təəccübləndirib.
14:26 Boz ay başladı - “Yazın qırxlı çağı” gəlir... Novruz çərşənbələrinin və bayramın müjdəçisi olan “Yazın qırxlı çağı” gəlir... Xalq inancına görə, fevralın 20-dən etibarən kiçik çillə başa çatır və boz ay başlayır. Bundan sonra havalar tədricən isinməyə doğru gedir adətən. Boz ay isə martın 20-dək davam edir. Bu dövrə “yazın qırxlı çağı” da
23:03 Toyda müğənniyə qadağa qoyuldu - Oxumayacaqsan! Müğənni Mənzurə Musayeva toyda rastlaşdığı maraqlı faktlardan danışıb. O, toy sahiblərinin bəzi mahnılara qadağa qoyduğunu deyib. Mediaxeberleri.az xəbər verir ki, bu haqda müğənni “Günaydın” verilişində danışıb: “Bəzi toylarda toy sahibləri “Ay xalam qızı”, “Gəl, ay qonşumun qızı” mahnılarını

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az