t s

» » Polis rəisinin “Çahargah” biabırçılığı

Polis rəisinin “Çahargah” biabırçılığı

15-02-2015, 23:28 Yazar:  Aygün Baxılıb: 1135 Çap et
Polis rəisinin “Çahargah” biabırçılığı

Xəzər RPİ-nin rəisi Azər Muradov pritonu himayə edir

Redaksiyamıza daxil olmuş növbəti məlumatda paytaxtın Xəzər rayonu ərazisində fəaliyyət göstərən daha bir əxlaqsızlıq yuvasından bəhs olunur. Mənbə bildirir ki, Hövsan və Türkan qəsəbələrinin şərti sərhəddində, bilavasitə dəniz kənarında yerləşən bu obyekt formal olaraq motel kimi fəaliyyət göstərir. Öz müştərilərinə kottec tipli tikililər təklif edən bu motelin adı isə “Çahargah”dır. Göründüyü kimi motelin sahibi (bəlkə də sahibləri – red.) ad seçimində də xüsusi əzazillik nümayiş etdirərək, onun üçün müqəddəs heç nəyin olmadığını vurğulaya bilmişdir. Əgər belə olmasaydı hər bir azərbaycanlı üçün az qala müqəddəs olan şah muğamlarımızdan birinin adı belə bir əxlaqsızlıq yuvasına qoyulmazdı. Artıq qeyd olunduğu kimi bu cür “priton”ların fəaliyyəti ilk növbədə ölkə qanunvericiliyinə tamamilə ziddir. Bununla belə əksər hallarda biz hətta hüquq-mühafizə orqanlarının da onların fəaliyyətinin qarşısının alınması üçün kifayət qədər səy göstərmədiklərinə şahid oluruq. Elə Xəzər Rayon Polis İdarəsinin əməkaşları da “Çahargah” motelində baş alıb gedən rüsvayçılığa göz yummağa üstünlük verirlər.Bu arada belə bir məqamı da qeyd etmək lazımdır ki, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin lisenziyasını almış bu obyekt rəsmi sənədlərə görə Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşir və dövlət qeydiyyatından da məhz mehmanxana kimi keçmişdir. Lakin məlumatları təqdim edən mənbə obyektin sahibi olan Nofəl Musayevin birbaşa Xəzər Rayon Polis İdarəsinin rəisi Azər Muradovun himayəsində olduğunu iddia edir. Daha sonra məlumatlarda qeyd olunur ki, bu əxlaqsızlıq yuvasında intim tələbatlar üçün təklif olunan otaqlara görə müəyyənləşdirilmiş qiymətlər də “orta şəhər qiymətləri”nə uyğundur. Belə ki, moteldə bu məqsədlə otaqlar, komfortundan asılı olaraq, 10-12 saatı 40 manatdan 100 manatadək qiymətə verilir. Məlumatlara görə yay aylarında müştəri qıtlığı ilə üzləşən moteldə payız və qış fəsillərində əsil mövsüm ajiotajı yaşanır. Mənbənin sözlərinə görə, “Cahargah” bir neçə ay bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı bağlansa da, sonradan kimlərinsə təşəbbüsü ilə yenidən fəaliyyətini bərpa etdi. Mənbə bildirir ki, burada baş verən əxlaqsızlıqlarla bağlı Türkan sakinləri polisə məlumat vermişdlər. Vətəndaşların şikayətindən sonra bura baxış keçirən hüquq-mühafizə orqanlarının nümayəndələri 50-yə yaxın fahişə və onlarla intim əlaqədə olan bir bu qədər də şəxsi yaxalamışdılar. Aparılan reyddən sonra motelin fəaliyyətinə qadağa qoyuldu. Lakin heç üstündən bir ay keçmədi ki, “Cahargah” yenə işə başladı. Daha dəqiq desək, bu obyektin rəsmi olaraq işləyib-işləmədiyi barədə fikir yürütmək bir qədər çətindir. Məsələ bundadır ki, mənbə motelin ərazisinə giriş-çıxışın əsasən arxa qapıdan həyata keçirildiyini qeyd edir. Hər halda Nofəl Musayevin müvəqqəti də olsa, qeyri-leqal fəaliyyəti davam etdirmək üçün məhz Azər Muradovla razılığa gəldiyi barədə motelin öz işçiləri tərəfindən də müəyyən açıqlamalar təqdim olunur. Bu pritonun fəaliyyətindən məlumatlı olanların böyük əksəriyyəti bu fikirdədir ki, yerli hüquq-mühafizə orqanlarının gözü qarşısında baş verən və cəmiyyətin mənəviyyatına qarşı yönəldilmiş rüsvayçı fəaliyətin durdurulmaması, digər fəsadlarla yanaşı ölkə qanunlarının da kobud şəkildə pozulmasına şərait yaradır. Qeyd olunduğu kimi pritonların fəaliyyətindən əldə olunan böyük məbləğlər müxtəlif instansiyaları təmsil edən müəyyən məmurlarla bölüşdürüldükcə bu fəaliyyətin durdurulması və yaxud da ən azından ciddi şəkildə araşdırılması hələ uzun müddət baş tutmayacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:16 Uşaq stomatoloji poliklinikasında anarxiya Rafael Sultanovun rəhbərlik etdiyi poliklinikada vəziyyət acınacaqlıdır Qəzetimizin ötən saylarında biz dəfələrlə respublikamızın səhiyyə sistemində yer almış neqativ halların və bu halları şərtləndirən bir çox səbəblərin müzakirəsinə həsr olunmuş tənqidi məqalələr dərc etmişik. Məlum olduğu kimi
23:07 “Kapital Bank”ın Füzuli filialında maxinasiyalar Camal Ocaqverdiyev dövlətin pullarını sələmə verir Artıq bir neçə müddətdir ki, qəzetimizin səhifələrində “Kapital Bank”ın Füzuli filialının fəaliyyətində yer alan çeşidli nöqsanlara dair materiallar dərc olunmaqdadır. Bu xüsusda redaksiyamıza təqdim edilən məlumatlarda filialın müdiri Camal
15:20 Beyləqanda vəziyyət "uruscadır"... - İcra başçısından şikayət var Qəzetimizin ötən saylarında Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər Ərazi İnzibati vahidi üzrə nümayəndəsi Azil Aslanovun yarıtmaz fəaliyyətinə dair bir neçə tənqidi material dərc olunub. Qeyd etmək lazımdır ki, bu gün də redaksiyamıza daxil olan məlumatlarda Azil Aslanovun öz
12:52 Afiq Əliyev Azərbaycana taxta vurub pul “yuyurmuş”... - Meşə korrupsionerinin işi Rusiyanın Prikamsk vilayətində azərbaycanlı biznesmen, Azərbaycana meşə materiallarının göndərilməsi ilə məşğul olan Afiq Əliyevin və ortağının işi məhkəməyə göndərilib. Virtualaz.org saytıxəbər verir ki, “Kommersant” qəzeti bu cinayət işi haqda yazır. Məqalədə bildirilir ki, biznesmen ƏDV
12:50 Ramil Usubovdan islahat: mühafizə şöbəsini ləğv etdi - polkovniki işdən çıxartdı Abşeron Rayon Mühafizə Şöbəsinin rəisi Oqtay Dilavərov vəzifəsindən azad edilib. Axar.az xəbər verir ki, Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə DİN-in Baş Mühafizə İdarəsinin Abşeron Rayon Mühafizə Şöbəsi ləğv edilib. Nazirin digər bir əmri ilə Abşeron Rayon Mühafizə Şöbəsi İdarə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az