t s

» » FİFA-nın daha bir neçə yüksək vəzifəli şəxsi həbs ediləcək

FİFA-nın daha bir neçə yüksək vəzifəli şəxsi həbs ediləcək

3-12-2015, 10:44 Yazar:  Əsmər Baxılıb: 275 Çap et
FİFA-nın daha bir neçə yüksək vəzifəli şəxsi həbs ediləcək
İsveçrə polisi FİFA-nın İcraiyyə Komitəsində çalışan daha bir neçə yüksək vəzifəli şəxsi həbs edəcək. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat ABŞ hökumətinin tələbinə əsasən korrupsiya ittihamı ilə başladılıb.

İsveçrə polisi əməliyyata bu gün səhər saatlarında başlayıb. Əməliyyat prosesi mayda FİFA-nın bir neçə yüksək vəzifəli əməkdaşlarının tutulduğu oteldə həyata keçirilir.

“New York Times” nəşrinin yazdığına görə, futbol fəaliyyətindən kənarlaşdırılan FİFA prezidenti Yozef Blatter və qurumun keçmiş baş katibi Jerom Valke Sürixdə keçirilən əməliyyat zamanı həbs edilməyəcəklər.

Ehtimal olunur ki, bu dəfə daha çox KONMEBOL (Cənubi Amerika Futbol Konfederasiyası) və KONKAKAF-ın (Şimali və Mərkəzi Amerika, həmçinin Karib dənizi hövzəsi ölkələrinin futbol federasiyası) vəzifəli şəxsləri tutulacaqlar. Onlar çirkin pulların yuyulması və dələduzluqda ittiham olunurlar. Odu ki, Blatterlə Valkenin “həbs” təhlükəsinin olmadığı bildirilir.

İsveçrənin Federal Ədliyyə Bürosu sentyabrın 25-də Blatterə qarşı cinayət işi qaldırıb. 1998-ci ildən FİFA-ya rəhbərlik etmiş Blatter 2011-ci ildə UEFA prezidenti Mişel Platiniyə qanunsuz olaraq 2 milyon İsveçrə frankı köçürməkdə ittiham olunur. Blatterin sözlərinə görə, guya həmin məbləğ Platininin hesabına 1999-cu ilin yanvarından 2002-ci ilin iyun ayına qədərkı müddətdə gördüyü işə görə köçürülüb. ABŞ mətbuatı həmin vaxt Valkenin də bir neçə fırıldaq işlərdə iştirak etdiyini yazmışdı. Nəticədə oktyabrın əvvəlində FİFA-nın Etika Komitəsi Blatter, Valke və Platinini 90 günlük müddətə futbol fəaliyyətindən kənarlaşdırmışdı.

Qeyd edək ki, FİFA-nın yeni prezidentinin adı gələn il, fevralın 26-da Sürixdə keçiriləcək səsvermədən sonra açıqlanacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
00:13 Şəhər və rayonların icra başçıları kimlərdir? - SİYAHI Hər il dövlət büdcəsindən yerli icra hakimiyyəti orqanlarına külli miqdarda vəsait ayrılır. Bölgələrdən gələn şikayətlər bunu deməyə əsas verir ki, ayrılan vəsaitlər heç də hər zaman təyinatı üzrə xərclənmir. Hər bir icra başçısı vəzifə səlahiyyətindən sui-istifadə edərək həmin ərazidə “at
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az