t s

» » İlhamə Quliyevaya qoyulan diaqnoz açıqlandı

İlhamə Quliyevaya qoyulan diaqnoz açıqlandı

2-12-2015, 20:02 Yazar:  Fəridə Baxılıb: 356 Çap et
İlhamə Quliyevaya qoyulan diaqnoz açıqlandıUrologiya şöbəsinin həkimi Rəşad Soltan danışdı.

Xeyli vaxtdır Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan xalq artisti İlhamə Quliyevanın həkimi müğənniyə qoyulan diaqnozdan danışıb.

Mediaxeberleri.az modern.az-a istinadən xəbər verir ki, Urologiya şöbəsinin həkimi Rəşad Soltan “Tibb qəzeti”nə bildirib ki, İlhamə Quliyeva xəstəxanaya ilk dəfə gətiriləndə müayinələr nəticəsində onun böyrəklərində müəyyən problemlər aşkarlanıb:

“Bir böyrəyinin ölçülərində kiçilmə, digər böyrəyində böyük kista aşkar etdik. Eyni zamanda, başlanğıc mərhələsində böyrək çatışmazlığı diaqnozu qoyuldu. Amma bunlar qorxacaq, təşvişə düşəcək problemlər deyil, yəni müalicəyə tabe olan xəstəliklərdir”.

Həkimin sözlərinə görə, yaxın və uzaq gələcəkdə də İlhamə Quliyeva dializ seansına, böyrəkköçürülmə əməliyyatına məruz qalmayacaq:

“Hədəfimiz budur ki, böyrək çatışmazlığını konservativ yolla müalicə edək. Ancaq gələcəkdə ehtiyac olarsa, böyrəkdəki kistanın götürülmə əməliyyatı gündəmə gələ bilər. İndi başlanğıc mərhələsində olan böyrək çatışmazlığının müalicəsini aparırıq. Qısa müddət keçməsinə baxmayaraq, artıq müalicənin effektini görürük”.

Həkim Rəşad Şolan onu da deyib ki, İlhamə Quliyevanın böyrəyinin bu vəziyyətə gəlməsinin bir çox səbəbləri ola bilər:

“Ancaq konkret səbəb göstərmək düzgün deyil. Diabet, xroniki infeksiya və s. mümkün faktorlardandır. Hazırda biz səbəbləri araşdırmırıq, diaqnozu təsbit etmişik, bu istiqamətdə müalicə aparırıq və ümid edirik ki, yaxın zamanda böyrəkləri normal vəziyyətinə gətirəcəyik. Artıq nəticələr də var. Bir sözlə, ciddi, təşvişə düşəcək hər hansı bir problem yoxdur. İlhamə xanım özü də bunları təsdiq edə bilər”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
00:59 İrana müalicəyə gedən şəkər xəstələrinin acı aqibəti... “-İki yaşlı qızıma şəkərli diabet diaqnozu qoydular. Əlləri, ayaqları şişirdi, arıqlayırdı. Uşaqda bir neçə dəfə hətta qıcolma da baş vermişdi. Amma inanmadıq. Balaca uşaq necə şəkər xəstəsi ola bilərdi ki?! Qohumlarımızın məsləhəti ilə maşınımızı satıb İrana, Ərdəbilə getdik. İlk vaxtlar
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az