t s

» » Səhiyyə Nazirinin bacarmadıgı mama ginekoloq

Səhiyyə Nazirinin bacarmadıgı mama ginekoloq

25-02-2015, 22:50 Yazar:  İntiqam Turbendeyev Baxılıb: 1475 Çap et
Səhiyyə Nazirinin bacarmadıgı mama ginekoloqXuraman həkimin pullu, arxalı bir nəslin numayəndəsi olması Xocalıdan olan məcburi qaçqını intihara sürükləyir.

İntihar addımlarının səsi yaxındadır.


“Martın 12-də Prezident Administrasiyasının qarşısında 2 azyaşlı övladlarımla birlikdə intihar edəcəm”

Bunu Media Mərkəzinə Xocalıdan olan köçkün illərdir xəstəxanada həkimlərin haqsızlığı ilə üzləşən, hüquqları tapdanan İntiqam Turbendeyev bildirib. Onun sözlərinə görə, əgər martın 12-də Prezident Administrasiyasında onu qəbul edib, hüquqlarını təmin etməsələr intihar edəcək.
Hazırda Bərdədə məskunlaşmış Intiqam Türbəndəyev dövlət başçısı Ilham Əliyevə də üz tutur. Müraciətdə deyilir:
“Həyat yoldaşımı 06.01.2013-cü il tarixində Bərdə doğum evinə apardım. Elə həmin gün mama-ginekoloq Xuraman həkim saat 23 radələrində uğursuz doğuşla uşağı anadan azad etdi. Uşağın bədəni bütovlükdə qaralamış və qarnı həddən artıq şiş olduğundan Xuraman həkim elə həmin gecə doğum şöbəsinin tibb bacısının iştirakı ilə uşağı bizə verdi ki, aparın cərraha və bir uşaq həkiminə göstərin. Atam, anam və həmin tibb bacısı uşağı əvvəlcə Bərdə rayon uşaq xəstəxanasının cərrah-həkiminə göstərdik. Cərrah həkim vəzifə borcu olmasa da iş yerinə gələrək uşağa baxıb təyinatını tibb bacısına verdi. Daha sonra isə uşaq həkiminə zəng edərək onun evinə getdik. Pediatr da körpəyə baxıb tibb bacısına təyinatını verdi. Biz körpəni doğum evinə gətirdik .
Bütün bunlara baxmayaraq səhəri, 07.01.2013-cü il tarixdə Xuraman həkim uşaqda problem ola-ola səhər 9-10 radələrində ana və uşağı evə yazdı. Biz uşağı götürüb evə gəldik və axşam təxminən 21 radələrində uşaq sudurqa keçirdi. Mən uşağı götürüb Bərdə rayon uşaq xəstəxanasına qaçırdım. Növbəçi həkim səhərə qədər bütün lazımı tədbirləri gördü və uşaq 24.01.2013-cü il tarixinədək xəstəxananın reanimasiya şöbəsində beyinə qansızma diaqnozu ilə müalicə olundu. Həmin vaxtdan uşağın Bakı Nerveloji xəstəxanasında müalicəsi davam edir.
Cənab Prezident! Bunları yazmaqda məqsədim odur ki, aidiyyatı qurumlar araşdırma aparsalar da Xuraman həkimin imkanlı, arxalı olması həqiqətlərin üzə çıxmasına imkan vermir. Son qərarda bildirilir ki, uşaq doğularkən və evə buraxılarkən yaxşı vəziyyətdə olub. Əgər uşağın vəziyyəti yaxşıydısa, onda həkim yeni doğulmuş körpəni başqa həkimlərin yanına niyə göndərirdi? Sonra yazır ki, uşağı bir gün evdə saxlayıb yaxşı baxmayıblar, ona görə də uşaq pisləşib. Bərdə rayon uşaq xəstəxanasının tarixçəsində uşağın xəstəxanaya daxil olması Xuraman həkimi müdafiə məqsədi ilə 08.01.2013-cü il göstərilsə də, gündəlik qeydiyyat kitabında və sonradan xəstəxananın verdiyi arayışda həqiqətən 07.01.2013-cü il saat 20.30 radələrində daxil olması qeyd olunub. Bu faktlar birinci istintaqdan sonra aşkara çıxarılıb. Odur ki, tibbi ekspertizanın yenidən araşdırılmasına ehtiyac var.
Əslində, uşaq xəstəxanaya 07.01.2013-cu il saat 2030-21 radələrində daxil olub. Bu işi araşdıran şəxslər isə heç nəyi nəzərə olmadan bir uşağın taleyini və hüquqlarını ayaqlar altına ataraq öz şəxsi maraqlarını güdür.
Bərdə rayon prokurorluğunda araşdırma aparılsa da işə obyektiv qiymət verilməyib. Bunun da səbəbi Xuraman həkimin pullu, arxalı bir nəslin numayəndəsi olmasıdır. Prokurorluq araşdırma zamanı yalnız öz şəxsi maraqlarını üstün tutaraq Xuraman həkimin guya təqsirsiz olduğunu göstərsə də, həkimə və onunla birlikdə həmin gün gecə nöbəsində olan tibbi heyətə (cəmi 8 nəfərə ) xəstəxana rəhbərliyi tərəfindən 20.02.2013-cu il tarixdə töhmət elan olunub.
Həmin gecə Xuraman həkim iş növbəsində olmayıb. Ancaq özünün xeyri uçun növbədə olmasa da doğuş keçirir. Bu faktların araşdırılması üçün tədbir görməyinizi və Bərdə rayon prokuroruna işin obyektiv araşdırılması üçün göstəriş verməyinizi xahiş edirəm. Prokurorluğun göstərdiyi kimi, uşağın beyinə qansızmasında həkimin gunahı yoxdursa, nə üçün həmin gecə nöbədə olan bütün tibbi heyətə töhmət elan olunurdu? Bundan əlavə, bir həkim də işdən azad edilirdi?
Bütün bunları nəzərə alıb iki ilə yaxındır ki, pozulmuş hüquqlarımın bərpa olunması üçün mənə kömək etməyinizi xahiş edirəm. Tibbi ekspertizanın yenidən keçirilməsini və imkan daxilində istintaqın Baş Prokurorluqda aparılmasına göstəriş verməyinizi bir daha Sizdən xahiş edirəm”.


Səhiyyə Nazirinin bacarmadıgı mama ginekoloq

İntiqam Turbendeyev




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:30 Baş həkimin ölümü ilə bağlı şok iddia - Gədəbəydə Bakı şəhər sakini Sahib Məhərrəmov Baş prokuror Zakir Qaralova müraciət edib. Həmin müraciətin bir surəti də “Təzadlar”agöndərilib... Sahib Məhərrəmov bildirir ki, 2007-ci il iyun ayının 20-də qardaşı Tofiq Məhərrəmov Gədəbəy rayonunun Şınıx-Rəsullu kənd sahə xəstəxanasının baş həkimi Rafiq
20:51 Sabirabad Doğum Evində rəzalət Ana həkimin tələb etdiyi 480 manat verə bilmədiyi üçün 14 saat ağrılar içində qovrulub, bətndəki körpə ölüb, özünün durumu isə ağırdır Sabirabad Doğum Evində bir qadının başına pulu olmadığı üçün müsibət gətirilib. Bu barədə JAM.AZ-a həmin vəziyyətlə üzləşmiş Mərziyyə Mirzəyevanın yaxınları
00:33 Müəllim şagirdi rezin şlanqla vəhşicəsinə döyüb - Bakıda “Uşağı rezin şlanqla vəhşicəsinə döyüb... Elə döyüb ki, uşaq xəstəxanalıq olub... Barmaqları işləmir, bədəni qapqaradır...” Bunu "Azadlıq" Radiosunun “Qaynar xətt”inə zəng vuran Bakı sakini Mirələm Həsənov deyir. Onun sözlərinə görə, Sabunçu rayonundakı 90 saylı orta məktəbin 7-ci sinfində təhsil
23:16 Uşaq stomatoloji poliklinikasında anarxiya Rafael Sultanovun rəhbərlik etdiyi poliklinikada vəziyyət acınacaqlıdır Qəzetimizin ötən saylarında biz dəfələrlə respublikamızın səhiyyə sistemində yer almış neqativ halların və bu halları şərtləndirən bir çox səbəblərin müzakirəsinə həsr olunmuş tənqidi məqalələr dərc etmişik. Məlum olduğu kimi
14:10 Ağsuda evdə uşaq dünyaya gətirən qadın öldü Qadının dünyaya gətirdiyi oğlan uşağı sağdır. Ağsu rayonunda faciəvi hadisə baş verib. Mediaxeberleri.az-ın Lent.az-a istinadən məlumatına görə, rayonun Cəlayır kəndində yaşayan 32 yaşlı Nurlana Əzizova doğuşdan sonra vəfat edib. Belə ki, hamiləliyinin 7-ci ayını yenicə tamam etmiş qadının

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az