t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Müasir təhsil tariximizin növbəti səhifəsi Qazax Müəllimlər Seminariyasında yazılacaq

Müasir təhsil tariximizin növbəti səhifəsi Qazax Müəllimlər Seminariyasında yazılacaq

22-09-2022, 10:08 Yazar:  Anar Baxılıb: 158 Çap et
Müasir təhsil tariximizin növbəti səhifəsi Qazax Müəllimlər Seminariyasında yazılacaq


Hər kəsə yaxşı məlumdur ki, ötən il oktyabrın 1-də ADA Universiteti "Bir müəllimin manifesti” layihəsi çərçivəsində milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Qazax Müəllimlər Seminariyasının qarşısında keçirilən tədbirdə tarixi binanın bərpasını öz üzərinə götürdü. ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə imzalanmış Niyyət sazişinə əsasən tarixi binaya yeni görkəm verilib. Bu gün 104 yaşlı təhsil ocağımız olan Qazax Müəllimlər Seminariyasının binasında keçmişlə müasirlik vəhdət təşkil edib.

Bu gün onu da qürurla deyə bilərik ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi təkcə onun yenidən istifadəsini mümkün etməyəcək, eyni zamanda tarixi bina kimi gələcək nəsillərə ötürülməsində bir ərmağandır. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpasıdır. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri məhz burada yazılacaq.



Sentyabrın 21-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd Qazax Müəllimlər Seminariyasında və ətrafında aparılan son tamamlanma işləri ilə tanış olublar. Seminariyanın bərpa işlərinin rəhbəri Pərviz Mehrəliyev və tikinti sahəsinin rəisi Muxtar Həmidov görülmüş işlər barədə ətraflı məlumat verərək hazırda son tamamlanma işlərinin aparıldığını bildiriblər.



ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binasını əsaslı şəkildə yenidən qurmasını ziyalılar, rayon ictimaiyyəti, seminariyanı ziyarət edən hər kəs yüksək qiymətləndirir. Seminariyanın bərpası gələcəyimiz olan gənclərin təhsilinə, inkişafına verilən töhfə kimi dəyərləndirilir. Bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunur




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:41 İcra başçısı Kosalar kənd sakini Məşədi İbrahimin yaşadığı evdə görülən son tamamlanma işləri ilə tanış olub Ötən yazılarımızda xəbər verdiyimiz kimi, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı şəkildə yenidən qurulur. ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi hesab edilən Qazax
15:48 Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı şəkildə yenidən qurulur. ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı şəkildə yenidən qurulur. Ötən il oktyabrın 1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Seminariyanın qarşısında keçirilən tədbirdə ADA
21:08 "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Vaşinqtondan xoş təəssüratlarla qayıtmış Söylü Xəlilova icra başçısı ilə görüşüb Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı şəkildə təmir olunur. Ötən il oktyabrın 1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən
18:31 İcra başçısı Kosalar kənd sakini Məşədi İbrahimin yaşadığı evdə aparılan təmir işləri ilə tanış olub Bu gün hər kəsə yaxşı məlumdur ki, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı təmir olunur. Ötən il oktyabrın 1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab etdiyimiz Seminariyanın qarşısında
21:28 Xeyriyyəçi Məşədi İbrahimin yaşadığı ev təmir olunacaq Vaxtilə özünün 17 otaqlı mülkünü Qazax Müəllimlər Seminariyasına bağışlayan Kosalar kənd sakini Məşədi İbrahimin yaşadığı ev təmir olunacaq Əvvəlki yazılarımızda da xəbər verdiyimiz kimi, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az