t s

» » "Qızıl Qran-pri"nin son günündə Azərbaycan 9 medal qazandı

"Qızıl Qran-pri"nin son günündə Azərbaycan 9 medal qazandı

30-11-2015, 08:45 Yazar:  Əsmər Baxılıb: 350 Çap et
"Qızıl Qran-pri"nin son günündə Azərbaycan 9 medal qazandıÜmumilikdə ölkəmiz 21 mükafata layiq görülüb.

Azərbaycanın güləş üzrə yığması Bakıda keçirilən Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Qızıl Qran-pri"nin final mərhələsində 21 medal qazanıb.

Mediaxeberleri.az xəbər verir ki, yarışların son günündə yunan-roma üslubu üzrə idmançılar mübarizə aparıb. Azərbaycan nümayəndələri 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.

Qızıl medallar Şalva Qadabadze (98 kq) və Sabah Şariatinin (130 kq) aktivindədir. Kamran Məmmədov (66 kq), Rüstəm Əliyev (71 kq) və Rafiq Hüseynov (80 kq) gümüş medal mükafatçısı olublar. Eldəniz Əzizli (59 kq), Həsən Əliyev (66 kq), Elvin Mürsəliyev (80 kq) və İslam Abbasov (85 kq) bürünc medal qazanıblar.

Daha öncə Azərbaycanın sərbəst güləş üzrə idmançıları 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanmışdılar. Qadınların yarışında Azərbaycanın hesabında 1 gümüş medal var.

Komandamızın ümumilikdə - 5 qızıl, 8 gümü. və 8 bürünc medalı var.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:42 Güləşçilərimiz “Qızıl Qran-pri” turnirində 11 medal qazandılar 3 qızıl, 4 gümüş və 4 bürünc. Noyabrın 27-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin ilk günü başa çatıb. Sayca səkkizinci dəfə keçirilən turnirdə 41 ölkədən dünyanın 450-yə yaxın ən güclü
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
12:55 Toğrul Əsgərov erməniyə qalib gəldi Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a daxil olan məlumata görə, bu günə qədər
01:12 Avropa çempionatında daha bir medal - VİDEO Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən tarışda 19-23 yaş arası idmançılar mübarizə aparır. Çempionatın beşinci günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. 59 kq çəki dərəcəsində mübarizə aparan
09:26 Yunan-Roma güləşi üzrə yığmamız ilk dəfə Dünya Kubokunun finalında İdmançılarımız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Fevralın 19-da Tehranda yunan-roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışlarına start verilib. Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az