t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Rusiya MN Laçın şəhəri və Ağanus kəndini yenidən nəzarət zonasına saldı XƏRİTƏLƏR

Rusiya MN Laçın şəhəri və Ağanus kəndini yenidən nəzarət zonasına saldı XƏRİTƏLƏR

19-09-2022, 08:33 Yazar:  Samir Baxılıb: 156 Çap et
Rusiya MN Laçın şəhəri və Ağanus kəndini yenidən nəzarət zonasına saldı XƏRİTƏLƏR
Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı” kontingentə aid bölmədə həmin kontingentin dünən - 17 sentyabr 2022-ci ilə aid dislokasiya xəritəsində avqustun 26-da rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış Laçın şəhəri yenidən Rusiya hərbçilərinin məsuliyyət və nəzarət zonasına daxil edilib.

Mediaxeberleri.az xəbər verir ki, "moderator.az"ın araşdırmasından bəlli olur ki, nəinki artıq avqustun son günlərindən “sülhməramlı”ların bütün postları yığışdırılmış Laçın şəhəri, eyni zamanda köhnə “dəhliz”də olan və artıq Rusiya hərbi kontingentinin məsuliyyət zonasından çıxarılmalı olan Laçın rayonunun Ağanus kəndi də yenidən bəhs edilən xəritəyə daxil edilib...

Bu azmış kimi, Rusiya hərbçiləri köhnə “dəhliz” ərazisində patrul xidmətini də davam etdirirlər. Və əgər əvvəlki, yəni Laçın şəhəri və Zabux kəndinin Azərbaycana təhvil verilməsindən sonrakı günlərə aid xəritələrdə həmin marşrut Laçın şəhəri və Zabux kəndinin lap yaxınlığından keçirdisə, bu dəfə artıq Laçın şəhərinin ətrafına dolanır. Və üstəlik əvvəl Laçın "dəhliz"indən kənarda Şuşa istiqamətində göstərilən 10-cu post xəritədə məhz Laçın şəhərinə salınıb. Yəni belə çıxır ki, Ermənistanla sərhəddəki körpüdən- “Sərhəd postu” adlanan mövqedən başlayan, Qubadlı-Laçın yolu üzərindəki “Şivid xarabalıqları”(yaxud aşırımı) deyilən yerdən, Fətəlipəyə və Ağanus kəndləri ərazisindən keçən Rusiya hərbi kontingentinin hərbi polis patrul xidməti Laçın şəhərinə daxil olduqdan sonra geri qayıdır...

Digər günlərin xəritələrindən daha bir neçə fərq var: Belə ki, əvvəlki xəritələrdə 2-ci post daha çox “Şivid aşırımı” məntəqəsinə yaxın ərazidə göstərilirdisə, bu dəfə artıq həmin postun bilavasitə Ağanus kəndi ərazisində, yəni köhnə dəhlizdəki 27-ci postun yerində, özü də həmin kəndin şimal hissəsində- strateji Dikdaş(yaxud Ağdaş-1784 m) yüksəkliyi yerləşən hissədə, başqa sözlə alternativ Laçın yolunun keçdiyi Şuşanın Kiçik Qaladərəsi kəndi yaxınlığında olduğu bilinir...

Xatırladaq ki, Rusiya “sülhməramlı” kontingentinin köhnə Laçın “dəhlizi” ilə yeni - alternativ Laçın yolu ətrafındakı əraziləri birləşdirməsi və ərazidə razılaşmalara zidd olaraq patrul xidməti keçirməsi, həmçinin Ağanus kəndinin, eləcə də Dikdaş yüksəkliyinin strateji əhəmiyyəti haqda ötən yazılarımızda ətraflı məlumat vermişik.

Beləliklə, Rusiya MN növbəti dəfə 10 noyabr bəyanat-razılaşmasının müddəalarını pozaraq yeni – alternativ Laçın yolunun(!) ətrafıyla paralel köhnə dəhliz ərazisində də fəaliyyətləriini davam etdirir...

Düzdü, bu günlərdə Rusiya Xarici İşlər Nazirliyini rəsmisi bir əndrəbadi anlaşılmaz açıqlama verərək bildirdi ki, Rusiya “sülhməramlı” kontingenti yeni Laçın “dəhlizi”ndə 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacaq. Belə çıxır ki, həmin müddətdə, yəni təxminən 7 ay ərzində Laçın şəhəri, eləcə də köhnə “dəhliz”dəki 4 kənd: Fətəlipəyə, Ağanus, Turşsu(Aşağı Ağanus) və Kəravuz kəndləri Rusiya MN-in nəzarətində qalacaq...

Maraqlıdır, əgər Laçın şəhəri Azərbaycan tərəfinə təhvil verilibsə, nəyə görə Rusiya hərbçiləri bu şəhərimizin ərazisində patrul xidməti keçməli və ona bitişik əraziləri nəzarət zonasına daxil etməlidir?

Görünür, adı çəkilən əraziləri xüsusən də, Laçın şəhərini inadla nəzarətdə saxlamaqda Rusiya MN-in məqsədi Azərbaycan tərəfinin Laçının abadlaşdırılması və orada hərbi və digər strateji qurumların yerləşdirilməsi zamanı əraziyə hansı yüklərin daşınacağını, hansı əhəmiyyətli qurumun harada yerləşdiriləcəyini və s. mümkün qədər dəqiqliklə öyrənməkdir....

Bəlkə də bu yazımızdan sonra Rusiya tərəfi ən azı bildirəcək ki, Laçın şəhəri texniki səhv ucbatından “sülhməramlı”ların məsuliyyət zonasına daxil edilib...

Ümid edirik ki, müvafiq qurumlar Rusiya MN-lə əlaqəli şəkildə məsələyə aydınlıq gətirib ictimaiyyətə dəqiq məlumat verərək narahatlığa son qoyacaqlar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:47 “20 AZƏRBAYCANLININ ADINI İRAN PREZİDENTİNƏ VERDİM...” – Prezident İlham Əliyevin ADA-dakı çıxışının TAM MƏTNİ Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident. Zati-alilərinizi
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
18:51 Prezident erməniləri qorxuya saldı: yüzlərlə tank, minlərlə düşmən əsgəri məhv edildi - VİDEO 2020-ci il noyabrın 10-da Azərbaycan 30 ildir dəyişdirilməsinə imkan verilməyən məğlubiyyət pasportunu Ermənistana əbədi təhvil verdi. Buna qədər tarixin dərinliklərindən süzülüb gələn tolerant, çoxmillətli Odlar Yurdu 44 günlük ildırımsürətli yol qət etdi. Nəbzi dəmir yumruğunda döyünən bu
15:43 ŞOK: General Kosobokov gələn kimi Laçın “dəhlizi”nə nəzarəti genişləndirdi... - YENƏ NƏ OLDU BELƏ?!! Öncədən xəbər verdiyimiz kimi, 10 noyabr üçtərəfli razılaşmasından bəri Azərbaycan Respublikasının “Laçın dəhlizi” adlanan ərazisinə, eləcə də keçmiş Dağlıq Qarabağın bir hissəsinə müvəqqəti yerləşdirilmiş Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingenti məsuliyyət zonalarını diqqəti o qədər
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az