t s

» » Güləşçilərimiz “Qızıl Qran-pri” turnirində 11 medal qazandılar

Güləşçilərimiz “Qızıl Qran-pri” turnirində 11 medal qazandılar

28-11-2015, 08:42 Yazar:  Əsmər Baxılıb: 345 Çap et
Güləşçilərimiz “Qızıl Qran-pri” turnirində 11 medal qazandılar3 qızıl, 4 gümüş və 4 bürünc.

Noyabrın 27-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin ilk günü başa çatıb.

Sayca səkkizinci dəfə keçirilən turnirdə 41 ölkədən dünyanın 450-yə yaxın ən güclü pəhləvanı mübarizə aparırlar.

İlk yarış günündə sərbəst güləş üzrə 57, 61, 65, 70, 74, 86, 97 və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Sərbəst güləşçilərin yarışında 22 güləşçimiz mübarizə aparıb, onlar 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb.

İlk olaraq qızıl medalı 61 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev qazanıb. Təmsilçimiz yaponiyalı Şinqo Arimotonu, gürcüstanlı Beka Lomitadzeni və rusiyalı Aleksandr Baqomoyevi məğlub edərək finala yüksəlib. Finalda onun rəqibi İran pəhləvanı İmam Sadekikokuande olub. Qarşılaşma 8:2 hesabı ilə Azərbaycan güləşçisinin xeyrinə başa çatıb.

İkinci qızıl medalı ikiqat Avropa çempionu Cəbrayıl Həsənov qazanıb. 74 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz iranlı Mostafa Hosseinxanini, amerikalı Entoni Valensiyanı, türkiyəli Soner Demirtaşı məğlub edərək finala çıxıb. Həlledici mərhələdə Rusiya təmsilçisi Xetik Tçabolovu 12:8 hesabı ilə udaraq, Cəbrayıl Həsənov “Qızıl Qran-pri” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sərbəst güləş üzrə 86 kq çəki dərəcəsinin finalında iki Azərbaycan təmsilçisi qarşılaşıb – Aleksandr Qostiyev və Nurməhəmməd Hacıyev.Gərgin mübarizə şəraitində davam edən final qarşılaşmasında Aleksandr Qostiyev 2:0 hesabı ilə qalib gəlib.

Gümüş medallara Toğrul Əsgərov (70 kq), Nurməhəmməd Hacıyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) sahib olublar. Bürünc mükafatlara isə Mahir Əmiraslanov (57 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq) və Aslanbek Alborov (97 kq) yiyələniblər.

Noyabrın 28-də qadın, 29-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.oxu.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
12:55 Toğrul Əsgərov erməniyə qalib gəldi Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a daxil olan məlumata görə, bu günə qədər
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla
21:28 Güləşçilərimizdən 2 medal: erməni rəqibini 12:0 yendi Azərbaycan idmançıları Polşada 23 yaşadək güləşçilər arasında keçirilən Avropa Çempionatının ilk günündə 2 medal qazanıblar Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. İlk dəfə keçirilən U-23
10:12 Xetaq Qazyumov qızıl medalı belə qazandı - VİDEO Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran Pri turniri start götürüb. Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, turnirdə sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri iştirak edir.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az