t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Televiziyalar serial mövsümünü açır: Tamaşaçıları hansı yeniliklər gözləyir? - ARAŞDIRMA

Televiziyalar serial mövsümünü açır: Tamaşaçıları hansı yeniliklər gözləyir? - ARAŞDIRMA

4-09-2022, 20:46 Yazar:  Samir Baxılıb: 428 Çap et
Televiziyalar serial mövsümünü açır: Tamaşaçıları hansı yeniliklər gözləyir? - ARAŞDIRMA
Telekanallar artıq yeni mövsümə start verirlər. Serial həvəskarları da yay aylarında sevdikləri qəhrəmanlar üçün darıxır və yeni mövsümün tez başlamasını arzu edirlər.

Mediaxeberleri.az xəbər verir ki, “Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma edib.

Sözügedən məqaləni təqdim edirik:

Dünyada serialların yaşı 70-dən çox olsa da, bizim ölkədə bu sektor 90-cı illərdən formalaşmağa başlayıb. Əsası Lütfi Məmmədbəylinin “İtkin gəlin” çoxseriyalı bədii televiziya filmi ilə qoyulan serial sektoru 2010-cu ildən sonra inkişaf etməyə başlayıb. Artıq televiziyalarımızı seriallarsız təsəvvür etmək mümkün deyil. Mövsümün açılışı ərəfəsində televiziyalarımızın seriallarla bağlı nələri planlaşdırdıqlarını öyrənməyə çalışdıq.

ATV kanalından verilən məlumata görə, ötən mövsüm yayımlanan “Bir qadın” və “Yuxu kimi” serialları bu mövsüm də tamaşaçılarının görüşünə gələcək. Hər iki serial mövsüm boyu yaxşı reytinq verdiyinə, tamaşaçılar arasında sevildiyinə, böyük maraq doğurduğuna görə bu mövsüm də davam edəcəklər. Qeyd edək ki, quruluşçu rejissoru Rövşən İsax olan “Yuxu kimi” serialı 3-cü mövsüm, quruluşçu rejissoru Şahin Qəhrəman olan “Bir qadın” serialı isə 4-cü mövsümünə hazırlaşır.

Şahin Qəhrəman bildirdi ki, bu mövsüm serial həm sevilən, həm də yeni obrazlarla tam yeni hadisələr və bir-birindən fərqli situasiyalarla davam edəcək:

“Artıq çəkilişlər başlayıb, yaradıcı və texniki heyət yeni mövsümdə hər kəsi təəccübləndirəcək. Bu mövsüm o biri mövsümlərdən daha maraqlı olacaq!”

ATV-də adları çəkilən serialarla yanaşı, Türkiyə televiziyalarında, elə bizdə də çox məşhur olan “Çukur” serialının da nümayişi nəzərdə tutulur.

ARB kanalında isə bu mövsüm quruluşçu rejissoru Vüsal Məmmədov olan yeni bir serial efirə gedəcək. Rejissor bildirdi ki, yay boyu yeni serialın ssenari müzakirələri davam edib və artıq işə başlanılıb:

“Yeni serial üzərində işlər gedir. Serialda müəyyən bir hekayə, müxtəlif həyati hadisələrlə yanaşı, cəmiyyətə, insanlara müxtəlif sosial mesajlar ötürmək də nəzərdə tutulub. Düşünürəm ki, əvvəlki layihələrimiz kimi bu layihəmiz də tamaşaçılar tərəfindən seviləcək və davamlı izlənəcək!”

Xəzər TV-nin efirində yayımlanan “Ata ocağı” serialının nümayişi bu mövsümdə də davam etdiriləcək. Azərbaycan televiziya məkanının ən uzunömürlü serialı hesab olunan, ötən mövsümdə 1000-ci seriyası izləyicilərin ixtiyarına verilən “Ata ocağı”nın 6-cı mövsümünün çəkilişləri artıq bir müddətdir ki, start götürüb. Serialın quruluşçu rejissoru Rüfət Şahbazov deyir ki, qaldıqları yerdən davam edəcəklər:

“Mövsüm finalımız tamaşaçılarda sual yaratdı, onları çaşdırdı. Yeni mövsümdə onlara cavab verəcəyik. Bu ildən tam peşəkarcasına, sırf “Ata ocağı” üçün yazılmış musiqi ilə davam edəcəyik. Çəkilişlərimiz tam sürətlə davam edir. Yeni mövsümə hazırlaşırıq”.

Yeni mövsümdə Xəzər TV-də Türkiyə istehsalı olan və böyük maraq doğurmuş “Oyanış: Böyük Səlcuqlu” (“Uyanış: Büyük Selçuklu”) serialının yayımı da nəzərdə tutulur. 2020-2021-ci illərdə yayımlanan serial tarixi janrdadır. Serial Sultan Məlikşahın dövründə Böyük Səlcuqlu İmperiyasından və Sultan Məlikşah ilə Məlik Səncərin həyatından bəhs edir. Rəsmi yayım hüququnu əldə edən Xəzər TV serialın yayımına sentyabr ayından başlamağı planlaşdırır.

Xəzər TV tamaşaçıları bu mövsüm Türkiyə istehsalı olan və 2020-2022-ci illərdə yayımlanan “Masumlar apartmanı” serialını da izləmək imkanı qazanacaqlar.

Əsas süjet xəttini real həyatdan götürmüş serialda eyni mənzildə yaşayan dörd bacı-qardaşın psixoloji vəziyyətindən və ətraflarındakı hadisələrdən bəhs olunur. Hazırda hər iki Türkiyə serialının “Xəzər Media Mərkəzi”nin peşəkarlardan ibarət dublyaj heyəti tərəfindən Azərbaycan dilində səsləndirilməsi prosesi həyata keçirilir.

Bu mövsüm Xəzər TV-də məşhur Rusiya serialı “Briqada”nın da nümayişi nəzərdə tutulur. 2002-ci ilin istehsalı olan bu serial kriminal janrda çəkilib və bir-birinə bağlı olan dörd dostun həyat hekayəsini əks etdirir. 15 bölümdən ibarət ekran işində 1989-2000-ci illərdə Rusiyanın kriminal aləmində baş verən hadisələrdən bəhs olunur.

Space TV-də hələlik hansısa serialın nümayişi dəqiqləşməyib. TV-dən verilən məlumata görə, yeni televiziya mövsümündə tamaşaçıların qarşısına bir çox yeniliklərlə çıxmaq planlaşdırılır. Hazırda yeni serialların çəkilişi ilə bağlı da müzakirələr davam edir. Əgər maraqlı süjet xətti, cəmiyyət üçün faydalı, düşündürücü mövzuları özündə birləşdirən ssenari olarsa, ona ekran həyatı veriləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:47 “20 AZƏRBAYCANLININ ADINI İRAN PREZİDENTİNƏ VERDİM...” – Prezident İlham Əliyevin ADA-dakı çıxışının TAM MƏTNİ Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident. Zati-alilərinizi
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
12:28 Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – “Farevey Hill” 1946-cı ilin oktyabrından
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az