t s

» » Nardaranda atışma: Ölən və yaralananlar var? - Yenilənib

Nardaranda atışma: Ölən və yaralananlar var? - Yenilənib

26-11-2015, 14:46 Yazar:  Namiq Baxılıb: 189 Çap et
Nardaranda atışma: Ölən və yaralananlar var? - Yenilənib3 saylı Klinik Xəstəxananın baş həkimi Fikrət Zeynalov virtualaz.org saytına bildirib ki, xəstəxanaya 3 yaralı daxil olub.

Baş həkimin sözlərinə görə, onların hər üçünün vəziyyəti ağırdır, odlu silahdan açılan atəşlə yaralanıblar. Yaralıların hamısı gənclərdir, onlardan birinin üzərində təcili əməliyyat aparılıb.

Əməliyyat başa çatsa da yaralının vəziyyəti kritik olaraq qalır. Qalan iki yaralının üzərində cərrahiyyə əməliyyatı davam edir.

* * *
14:11

Az əvvəl Bakının Nardaran qəsəbəsində atışma baş verdiyi barədə redaksiyamıza təcili məlumat daxil olub.

Virtualaz.org saytı hələlik məlumatı hüquq-mühafizə orqanlarından və kənd sakinlərindən dəqiqləşdirməyə çalışır. Bununla belə yaralıların və ölənlərin olduğu bildirilir.

Yaralılar Bakının 3 saylı Klinik Xəstəxanasına aparılıb. Xəstəxananın qəbul şöbəsindən məlumatı təsdiq ediblər, yaralıların gətirildiyini bildiriblər. Xəstəxananın reanimasiya şöbəsindən isə 2 nəfərin öldüyünü deyiblər. Lakin hadisənin motivləri barədə hər hansı məlumat verilmir.

İslamezeri.az saytı xəbər verir ki, atışma dindarların qəsəbədə həbsi əməliyyatı zamanı baş verib. İlahiyyatçı Taleh Bağırzadə və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. Hazırda Sabunçu Rayon Polis İdarəsinin qarşısında xeyli sayda polis qüvvələri, bir hərbi maşın, suvuran maşın, 5-6 PPX maşını var.

İnsidentin Nardaranda "Rəhimə xanım" ziyarətgahının yaxınlığında namaz vaxtı baş verdiyi bildirlir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan
09:26 CƏLİLABAD HAQQINDA ŞOK DSOYE - İLGİNC FAKTLAR Mürsəlov Mirşamil və ailəsi Cəlilabadda nə oyunlardan çıxır? "Geniş meydan" media qrupu vətəndaşların dəvəti ilə Cəlilabad rayonunda olmuş, rayon sakinlərini narahat edən bir sıra məsələlərə işıq salmışdır. Rayonun müxtəlif yerlərində çəkiliş aparan jurnalistlər Göytəpə qəsəbəsində maraqlı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az