t s

» » Musiqili Teatrın Yaradıcılıq Studiyası açılışa hazırlaşır

Musiqili Teatrın Yaradıcılıq Studiyası açılışa hazırlaşır

25-11-2015, 14:45 Yazar:  Anar Baxılıb: 299 Çap et
Musiqili Teatrın Yaradıcılıq Studiyası açılışa hazırlaşırAzərbaycan Dövlət Musiqili Teatrında yenidən fəaliyyətə başlayan Yaradıcılıq Studiyası açılışa hazırlaşır.

Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Avropa.info-ya bildirib ki, studiyanın açılış mərasiminin 2015-ci ilin sonuna qədər keçirilməsi planlaşdırılır. Milli teatr mədəniyyətimizin inkişafının təmin edilməsi, gənclərdə musiqili teatra marağın daha da gücləndirilməsi, müasir və milli səhnə sənətimizin hərtərəfli inkişafının istiqamətləndirilməsi məqsədilə yaradılan Yaradıcılıq Studiyasının açılış mərasimində gənc rejissor Tamilla Aslanovanın hazırladığı konsert-tamaşa təqdim olunacaq. “Yaradıcılıq Studiyasında hazırladığım konsert-tamaşa “Uğur” adlanır. Burada iki gəncin həyat youndan – sevgisindən, bu sevgi uğrundakı fədakarlığından, evlənməsindən, xoşbəxt bir ailəyə sahib olmasından bəhs edilir. Daha çox avtobioqrafik janrda muzkl formasında hazırladığımız bu səhnə nümunəsi bir çox yeniliklərlə zəngindir. Bu mənim bir rejissor kimi ilk sərbəst işimdir. Çalışıram ki, ortaya gözəl bir iş qoymaqla Musiqili Teatrın rəhbərliyinin bizə - gənclərə göstərdiyi etimadı doğruldum. İnanıram ki, hazırladığımız səhnələşdirdiyimiz konsert-tamaşa maraqla qarşılanacaq”, - deyə gənc rejissor Tamilla Aslanova bildirib.

Qeyd edək ki, Yaradıcılıq Studiyasının rəhbəri Əməkdar İncəsənət xadimi, Prezident mükafatçısı, tanınmış rejissor Əsgər Əsgərovdur. Studiyada Musiqili Teatrın gənc əməkdaşları ilə yanaşı, keçirilimiş müsabiqə nəticəsində müraciət etmiş ölkənin bir sıra teatrlarının gənc aktyor və rejissorları, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və aktyor olmaq arzusunda olan gənclər təmsil olunurlar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:39 Mingəçevir Dövlət Dram Teatrı özünün 47- ci teatr mövsümünü açıq elan etdi Sentyabrın 12 də xeyli sayda teatr sevərlərin Türkiyədən,Azərbaycanın müxtəlif bölgələrindən gələn dostlarınin iştiraki ilə teatr öz növbəti mövsümünu açıq elan edərək tamaşaçıların görüşünə gəldi. İlk olaraq Mingəçevir şəhər İcra hakimiyyəti teatrın 6 əməkdaşını diplom və fəxri fərmanlarla
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
16:10 Ulusəs Atalının bacısı Elmira xanıma keçirilən “Yas Mərasimi”ndə deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ulusəs Atalının bacısı Elmira xanıma keçirilən “Yas Mərasimi”ndə deyilmiş fikirlər Ocaq Günsırası ilə 15 Köçəri Ayı, 36-cı ildə Asif Atanın Mütləqə İnam Ocağının Evladları, Ocaqdostları və Ulusəs Atalının qohumları onun cismani bacısı Elmira xanıma“Yas
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az