t s

» » Roma və İstanbulda Xocalı kampaniyası

Roma və İstanbulda Xocalı kampaniyası

25-02-2015, 20:49 Yazar:  Aygün Baxılıb: 751 Çap et
Roma və İstanbulda Xocalı kampaniyasıFevralın 23-də İtaliyanın paytaxtı Roma şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayişi keçirilib. Tədbir Azərbaycanın İtaliyadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə əməkdaşlığı şəraitində baş tutub.

TEAS-dan virtualaz.org saytına verilən məlumata görə, filmə baxışdan əvvəl Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov və Avropa Azərbaycan Cəmiyyətinin direktoru Laynel Zetter cıxış ediblər. Çıxışlar zamanı vurğulanıb ki, “Xocalıya ədalət!”” təbliğat-təşviqat kampaniyası 2008-ci il, mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb. Bu müddət ərzində dünyanın müxtəlif ölkələrində 100-dən çox tədbir keçirilib. Məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda sülhün və ədalətin bərqərar olunması üçün geniş beynəlxalq dəstək əldə edilib.

İstanbulun “Zorlu” Mərkəzində də “Sonsuz dəhliz” sənədli filminin nümayişi və “Hocalı: bir savaş suçuna tanıklık. Ermenistan sanık sandelyesinde” adlı kitabın təqdimatı keçirilib. Tədbirdə 200-dən artıq qonaq, millət vəkilləri, diplomatlar, ictimai-siyasi, elm və mədəniyyət xadimləri, iş adamları, o cümlədən Azərbaycan diasporunun fəalları və mətbuat nümayəndələri iştirak edib.

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində türk dilində nəşr edilən “Hocalı: bir savaş suçuna tanıklık. Ermenistan sanık sandelyesinde” kitabına Leyla Əliyeva ön söz yazıb. “Ön söz”də kitabın türk dilinə tərcüməsi də yüksək qiymətləndirilir və onun oxucularının “Xocalıya ədalət!” kampaniyasına hərtərəfli dəstək verəcəyinə ümid ifadə olunur. Faktlara əsaslanan bu unikal kitabda Xocalı faciəsinin şahidləri ilə müsahibələr, xarici mətbuatda nəşr olunmuş materiallar, əcnəbi tədqiqatçıların əsərlərindən icmallar, beynəlxalq insan hüquqları təşkilatlarının hesabatları və fotoqrafların çəkdiyi nadir fotolar yer alır.

“Sonsuz dəhliz” sənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub, Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı soyqırımına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş video-görüntülər və foto-materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

TEAS-ın İstanbul ofisinin rəhbəri Rəna Rzayeva bildirib ki, “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyasının əsas missiyası dünya ictimaiyyətini Xocalı dəhşətləri haqqında məlumatlandırmaqdan ibarətdir.

“Hocalı: bir savaş suçuna tanıklık. Ermenistan sanık sandelyesinde” kitabının həmmüəlliflərindən biri İan Pört kitabın əhəmiyyətindən və aktuallığından danışarkən qeyd edib ki, ondan Xocalıdakı qətliamın şahidi olmuş xocalılarla müsahibə almağa xahiş edəndə, o, artıq 10 il idi Azərbaycanda yaşayırdı: “Xocalıda sağ qalmış həmin cəsarətli insanlarla söhbət etdikdən sonra mənim faciə haqqında bilgilərimdə dəyişiklik baş verdi. Beləliklə, biz birbaşa şahidlərdən əldə olunan məlumatları toplayaraq onu kitaba çevirdik. Məqsədimiz Xocalıdakı qırğının sadəcə statistika olmadığını və bu müsibətlərin real insanların başına gəldiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi. Çox şadam ki, bu kitab bir neçə dildə nəşr edilib. Son olaraq özünüzə sual verin, ədalətə nail olmaq üçün bu insanlara necə yardım edə bilərsiniz?”

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov deyib ki, 23 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi qüvvələri keçmiş sovet ordusunun Xankəndində dislokasiya olunmuş 366-cı alayı ilə birlikdə Azərbaycanın qədim şəhəri olam Xocalıya əhali yatarkən daxil olublar: “Burada uşaq, qadın və qocalarda daxil olmaqla 613 nəfər öldürülüb və təqribən 2000-ə yaxın insan əsir götürülüb. Onların taleyi hələ də məlum deyil. Təəssüf ki, ikili standartlara görə dünya hələ də Xocalı faciəsini tam şəkildə tanımayıb. Ümidvaram ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası nəticəsində biz tarixi ədalətin bərpasına nail olacağıq”.

“Sonsuz dəhliz” filminin qəhrəmanlarından biri, Xocalı soyqırımı zamanı həyat yoldaşını itirmiş və sonradan ermənilərin əsiri olmuş Valeh Hüseynov İstanbul tamaşaçısı qarşısında öz dəhşətli ağrılı hekayəsini danışıb.

Virtualaz.org




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:15 Gürcü gənclər “Xocalıya ədalət” imza toplama aksiyasında fəal iştirak edirlər Fevralın 24-də Gürcüstanın Bolnisi şəhərində Xocalı faciəsinin 23 ildönümü ilə bağlı anım tədbiri keçirilib. “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) və Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (BAMM) birgə təşkil etdikləri
16:34 Ermənilər Leyla Əliyevanın Xocalı tədbirinə mane olmaq istəyib - (Fotolar) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Avropa və Türkiyədə keçirilən silsilə tədbirlərdən növbətisi Parisdə keçirilib. Avropa Azərbaycan Cəmiyyətindən virtualaz.org saytına verilən məlumata görə, fevralın
22:07 Dünya Xocalını anır Bu günlərdə Almaniya, Hollandiya, Avstriya, İtaliya, Yunanıstan və Türkiyədə XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər həyata ke. Mediaxeberleri.az xəbər verir ki, Teleqraf.com-un məlumatına görə, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (İB) və “Əlillər
21:51 Xocalı soyqırımı ilə bağlı aksiya - İsveçrə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “ Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası çərçivəsində dünyanın bir çox ölkələri olduğu kimi İsveçrədə də Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. Ölkənin paytaxtı
15:07 Rustavidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Gürcüstanda silsilə tədbirlər keçirilir. Bu silsilədən növbəti tədbir Rustavi şəhərində təşkil olunub. Əvvəlcə faciə qurbanlarının və şəhidlərimizin əziz xatirəsi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az