t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Rusiya və İran Mehridə toqquşdu: Zəngəzur yolu, ya təzyiq?

Rusiya və İran Mehridə toqquşdu: Zəngəzur yolu, ya təzyiq?

10-08-2022, 12:58 Yazar:  Samir Baxılıb: 319 Çap et
Rusiya və İran Mehridə toqquşdu: Zəngəzur yolu, ya təzyiq?
Rusiya FTX-nin Mehridə yeni postlar qurması və bunu İrandan narkotik tranzitinin artması ilə izah etməsi İranda birmənalı qarşılanmayıb.

İran rəsmiləri bunu Rusiyanın Ermənistanda Tehranın artan təsirini neytrallaşdırmaq istəyi kimi dəyərləndirməyə meyillidirlər.

Bununla bağlı İranın erməni əsilli deputatı Robert Beqleryan Ermənistan mediasına danışıb. O bildirib ki, Rusiya FTX-nin Mehri-Agarak yolu məsələsində narkotiklərə istinad etməsi daha çox bəhanə kimi görünür.

O, 44 günlük müharibədən 10 gün sonra İranın yüksək rütbəli rəsmiləri ilə görüşdüyünü və Azərbaycanın Zəngəzur bölgəsindən keçməklə Naxçıvana yol ala biləcəyi məsələsinin necə olacağı ilə maraqlandığını bildirib:

“Mənə dedilər ki, Azərbaycan maşın karvanlarının Rusiyanın müvafiq hüquq-mühafizə orqanları və ya hərbçiləri tərəfindən müşayiət ediləcəyi ilə bağlı müqavilələr barədə Rusiya İrana məlumat verib (söhbət 10 noyabr 2020-ci il bəyanatındakı Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək dəhlizin təhlükəsizliyinin Rusiya Sərhəd Xidməti tərəfindən təmin edilməsi ilə bağlı bənddən gedir – red.). Ona görə də mənə elə gəlir ki, bütün bunlar məhz həmin razılaşmaların həyata keçirilməsində yeni mərhələdir”.

Beqleryan FTX-nin Zəngəzurda imkanlarını artırmasını Qafanda İran konsulluğunun açılması planları ilə bağlı ola biləcəyini də istisna etməyib:

“Demək olmaz ki, bu, təzyiqdir, amma yəqin ki, İranın Baş Konsulluğunun hansı təmsilçilikdə olacağı ilə bağlı Tehranla danışıqlara zəmin hazırlanır. Amma məsələnin narkotik və ya qaçaqmalçılıq olduğunu demək... Mən buna bir az geniş baxıram”.

O qeyd edib ki, gömrükdə Ermənistanın hüquq-mühafizə orqanları var və bütün bu məsələlər İran tərəfi ilə həmişə müzakirə olunub və uğurla həyata keçirilib.

“Rusiyanın bəyanatlarının arxasında başqa tendensiyalar və ya planlar görürəm”, - Beqlaryan əlavə edib.

Parlamentari Rusiya, Türkiyə və İran liderlərinin Tehranda keçirilən görüşünü xatırladıb və bu görüşdə Əli Xameneinin Tehranın bu məsələlərdə həssaslığını və “qırmızı xətləri”ni bəyan etdiyini vurğulayıb:

“Xamenei Rusiya Prezidenti Putinə deyib ki, Ukraynadakı müharibəyə görə Cənubi Qafqazda baş verən hadisələr diqqətdən kənarda qalmamalıdır. Xameneinin bu eyhamı açıq şəkildə səsləndirdiyini bilirəm. Bütün bunları müqayisə etsək, o zaman biz hazırda hansı prosesi müşahidə etdiyimizlə bağlı fərziyyələr irəli sürə bilərik”.

Xatırladaq ki, avqustun 8-də Mehri-Aqarak şəhərləri arasındakı yolda Rusiya sülhməramlılarının sənədləri və yükləri yoxladığı aydın olub. Ancaq Ermənistan ərazisinə sülhməramlı kontingentin yerləşdirilməsi ilə bağlı heç bir sənəd yoxdur. Mehri icmasının rəhbəri Baqrat Zakaryan bildirib ki, rus sülhməramlılarının Mehri-Aqarak yolunda modul postları 9 aydır quraşdırılıb.

Rusiya FTX-nin Ermənistandakı Sərhəd Departamenti isə Mehri-Agarak yolunda nəzarətin gücləndirilməsini narkotik vasitələrin və psixotrop maddələrin (həşiş, metamfetamin, heroin) İrandan Ermənistana qanunsuz idxalına cəhdlərin artması ilə izah edib.Axar.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:47 “20 AZƏRBAYCANLININ ADINI İRAN PREZİDENTİNƏ VERDİM...” – Prezident İlham Əliyevin ADA-dakı çıxışının TAM MƏTNİ Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident. Zati-alilərinizi
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az