t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Zəngəzur dəhlizi türk dövlətlərinin həmrəylik körpüsü olacaq

Zəngəzur dəhlizi türk dövlətlərinin həmrəylik körpüsü olacaq

10-08-2022, 01:10 Yazar:  Samir Baxılıb: 662 Çap et
Zəngəzur dəhlizi türk dövlətlərinin həmrəylik körpüsü olacaq
Ulu öndər Heydər Əliyevin Zəngəzur haqqında söylədiklərini reallaşdıran Prezident İlham Əliyev dəhlizin açılması ilə ata vəsiyyətini də yerinə yetirəcək

Son günlərdə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ölkəmizin ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycanın hərbi birləşmələrinin mövqelərinə qarşı törətdiyi terrorlar, təxribatlar ayının min oyununun bir armudun başında olması məsəlinə bənzəyir. Ermənistanın, ona ağıl verənlərin məqsədi 2020-ci ilin 20 noyabrında imzalanan üçtərəfli Bəyanatda, Şuşa Bəyannaməsində əsas məsələ kimi qeyd olunan Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır. Amma unudurlar ki, tarix heç vaxt ədalətsizliyin qarşısında susmayıb. Sözünü deyib, haqlının haqqını özünə qaytarıb. İkinci Qarabağ müharibəsinin Zəfərlə başa çatması da zamanın hökmünün təntənəsi idi. 44 gün davam edən Vətən müharibəsini uğurla başa çatdıran Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Milli Ordumuz 30 il Ermənistanın himayədarlarının yardımı ilə zəbt olunan torpaqlarımızı azad etdi. Erməni vandalları tərəfindən dağıdılmış ərazilərimizdə aparılan bərpa-quruculuq işləri davam etdirilir. İnsanların mərhələ üzrə doğma torpaqları Ağalıda yerləşmələri Böyük Qayıdışın elliklə olacağı vaxtın yaxınlaşdığını da göstərir. Bütün bunlar işğalçıda qıcıq yaratmaqla adı çəkilən sənədlərdən irəli gələn öhdəliklərini yerinə yetirməkdən də çəkindirir.

Zəngəzurun tarixi Azərbaycan torpağı olmasının sübutuna ehtiyac yoxdur. Müxtəlif ölkələrin arxivlərində saxlanılan sənədlər artıq dilə gəlir, həqiqət illərdən bəri aydınlığa çıxacağı günü gözləyirdi. O gün 44 gündə reallaşdı. Adına zorla yapışdırılan «Sunik» sözünü qəbul etməyən Zəngəzur da əvvəlki günlərinə qayıdır. Bu torpaqların əsl sahiblərinin yurda dönüşündən təşvişə düşən ermənilər hər vasitə ilə bu köçün qarşısını almağa çalışırlar.

Erməniləri narahat edən digər məsələ isə Prezident İlham Əliyevin «Mən deyəndə ki, Zəngəzur qədim Azərbaycan torpağıdır, bu, həqiqətdir. Zəngəzur 1920-ci ildə Ermənistana verilmişdir – 101 il əvvəl. Ondan əvvəl o torpaq bizə məxsus idi. Onların bu gün Sevan adlandırdığı Göyçə gölünün ətrafında azərbaycanlılar yaşayıblar. Bu da bir həqiqətdir. XX əsrin əvvəlindəki xəritələrə baxsanız Sevan deyil, Göyçəni taparsınız. İrəvanla bağlı da məsələ eynidir. Onlar İrəvanın tarixi hissəsini məhv ediblər. Bunlar hamısı faktlardır. Azərbaycanlılar orada yaşamışlar, o cümlədən mənim ulu babalarım. Bunlar hamısı faktlardır, lakin bizim ərazi iddiasında olmağımız anlamına gəlməməlidir. Bilmirəm bunu eşitmisiniz, yoxsa yox, mən demişəm ki, biz oraya qayıdacağıq. Ancaq mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Vaxtı gələndə biz bunu da edəcəyik”» sözləridir. Region ölkələri üçün böyük əhəmiyyətə malik, təkcə Azərbaycana və Türkiyəyə xidmət etməyəcəyini, bütün türk dünyası üçün mühüm əhəmiyyətə malik Zəngəzur dəhlizini birləşdirici layihə adlandıran Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik. Bölgənin tranzit, logistik mərkəz kimi mövqeyi möhkəmlənəcək» çağırışıdır.
Zəngəzurla bağlı həqiqətləri dəfələrlə açıqlayan ulu öndər Heydər Əliyevin söylədikləri tarixi faktların aydınlığa çıxmasıdır. XIX-XX əsrləri Azərbaycan üçün çox əhəmiyyətli, eyni zamanda, gərgin hadisələrlə zəngin bir dövr adlandıran Ulu Öndər daşnakların məkrləri nəticəsində Azərbaycan torpaqlarının erməniləşdirilməsi siyasətinin, yol verilən saxtakarlıqlarının gələcək nəsillərə çatdırılmasının vacibliyini həmişə qeyd etmişdir.

«1920-ci ilin dekabr ayında Ermənistanda sovet hakimiyyəti qurulan zaman Azərbaycan hökumətinin adından bəyan edilmişdi ki, Zəngəzur və Naxçıvan qəzaları Ermənistanın tərkibinə verilir. Sonra ermənilər həm Naxçıvana, həm də Dağlıq Qarabağa çox iddia etdilər. Məhz buna görə də Naxçıvanın Azərbaycanın tərkibində olması üçün 1921-ci ildə referendum keçirildi və Naxçıvan əhalisinin 90 faizi Naxçıvanın Azərbaycanın tərkibində olmasına səs verdi. Bilirsiniz ki, Dağlıq Qarabağda referendum keçirilib və Dağlıq Qarabağın da əhalisi onun Azərbaycanın tərkibində olmasına səs verib. Bunlar tarixin səhifələridir. Ancaq eyni zamanda, bu gün biz keçmişdə – Azərbaycanın müqəddəratının həll olunduğu dövrdə Azərbaycanın milli mənafelərini qoruyanların fəaliyyətinə böyük məmnuniyyət hissi ilə yüksək qiymət verərək, deyə bilərik ki, çox sədaqətli, vətənpərvər insanlar da olubdur. Onların fədakarlığı, vətənpərvərliyi nəticəsində Naxçıvan Muxtar Respublikası qorunub saxlanılıb» söyləyən Ulu Öndər Naxçıvan Muxtar Respublikasının statusunun iki beynəlxalq müqavilə ilə təyin olunmasının tarixi əhəmiyyətini bu sözləri ilə əsaslandırır: «Fikirləşmək lazımdır, nə üçün Naxçıvanın statusu beynəlxalq müqavilələrlə müəyyən olunub? Çünki o vaxtlar Naxçıvana göz dikənlər çox idi. Onun məhz Azərbaycanın tərkibində olmasını bir daha təsdiq etmək üçün o, belə beynəlxalq müqavilələrdə öz əksini tapmışdır. 1921-ci ilin mart ayında Moskva müqaviləsi və 1921-ci ilin oktyabr ayında Qars müqaviləsi bağlanmışdır.»
Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi müddətdə muxtar respublikanı Ermənistanın təcavüzündən qoruyan Ulu Öndər 1992-ci ilin mart ayında Türkiyəyə səfəri zamanı qardaş ölkənin başçıları ilə görüşləri zamanı Türkiyənin də səs sahibi olduğu Moskva və Qars müqavilələrini yeniləməklə bütünlükdə Azərbaycanın ərazi bütövlüyünün qorunmasını təmin etdi. Həmişə olduğu kimi, Türkiyə Naxçıvan Muxtar Respublikasının qarantı kimi dəstəyini əsirgəmədi.
«Yəni o dövrdə və sonralar təkcə Naxçıvanın torpaqları yox, Azərbaycanın başqa hissələrindən də torpaqlar, təəssüflər olsun ki, əldən gedibdir...Amma sonradan o tərəfdən, Naxçıvana daxil olan kəndlər əlindən alınıbdır. Ermənilər bu tərəfdən, yəni Zəngilandan – o vaxt Zəngilan deyildi, Cəbrayıl qəzası hesab olunurdu – bir hissəni alaraq, Ermənistana qataraq 10 kilometrlik məsafəni indi 46 kilometr ediblər» söyləməklə Zəngəzurla bağlı məkrli oyunların acı nəticələrinə də aydınlıq gətirməklə böyük inamla bildirirdi ki, əldən gedən torpaqlar nə vaxtsa qayıtmalıdır: « Xalqımız da daim bilməlidir ki, bizim tarixi torpaqlarımız hansılar olubdur, hansılar nə vaxt əlimizdən gedibdir, nəyə görə əlimizdən gedibdir və şübhəsiz ki, bunlar qayıtmalıdır. Biz də qaytara bilməsək, gələcək nəsillər bunları qaytaracaqlar.»

Belə də oldu. Azərbaycanın Ermənistanın işğalı altında qalan torpaqlarını azad edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngəzurun əsl sahiblərinə qaytarılması, dəhlizin bərpası üçün qətiyyətini davam etdirir.1920-ci ildə daşnakların məkrli siyasəti, xəritələrdə edilən saxtakarlıqlar əsasında Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilən digər ərazilər kimi Zəngəzurun Azərbaycanın tarixi torpaqları olması təsdiqlənib. Bu ərazidən keçəcək nəqliyyat, yol infrastrukturu ilə bağlı layihələr reallaşır. Dəhlizin bərpası ilə bağlı işlər sürətlənir. Dəfələrlə qeyd olunub ki, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməsi iqtisadi bataqlıq içərisində qalan işğalçı dövlətə daha çox lazımdır. «Bizim təklif etdiyimiz Zəngəzur dəhlizi adlandırılan dəhliz onların ərazisindən keçəcək. Əminəm ki, keçəcək, lakin onlar yenə də vaxt itirirlər. Çünki biz artıq Ermənistan sərhədinə avtomagistralı və dəmir yolunu tikirik və dəmir yolu bu ilin sonuna kimi hazır olacaq və avtomagistral ola bilsin sonra. Beləliklə, onlar bu prosesdə iştirak etməsələr, onda onlardan dolayı yollarla keçəcəyik» söyləyən Prezident İlham Əliyevin alternativ kimi müəyyənləşdirdiyi variant gerçəkləşdirildi. İranla Azərbaycan arasında Ermənistandan yan keçən körpülərin tikilməsi üçün Anlaşma Memorandumu imzalandı. Ermənistan isə hələ də Zəngəzur dəhlizinin Mehri regionunda keçəcəyi yerin coğrafi koordinatlarını vermədikləri kimi, dəmir yolunun tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırma işlərinə belə başlamayıblar. Buna baxmayaraq dəhlizin açılmasında israrlı olan Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.

Zəngəzur dəhlizi artıq reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün əhəmiyyətli nəqliyyat vasitəsi olacaq. Bu yolun hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq. Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil , Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yolların çəkilişi ilə Şərqi Zəngəzur iqtisadi rayonundakı yaşayış məntəqələri arasında əlaqə təmin ediləcək. Gələn il tam istifadəyə veriləcək Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası da sürətlə davam etdirilir. Bu yolun istismara verilməsi Şuşanın işğaldan azad edilməsi qədər tarixi və əlamətdar hadisə olacaq. «Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun. Çünki İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan istəsə də istəməsə də Zəngəzur dəhlizi açılacaq. Torpaqlarımızı işğaldan azad etməklə ulu öndər Heydər Əliyevin arzularını gerçəkləşdirən Prezident İlham Əliyev Zəngəzur dəhlizini reallaşdırmaqla da ata vəsiyyətini yerinə yetirmiş olacaq.

Xuraman İsmayılqızı, "İki sahil"




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:47 “20 AZƏRBAYCANLININ ADINI İRAN PREZİDENTİNƏ VERDİM...” – Prezident İlham Əliyevin ADA-dakı çıxışının TAM MƏTNİ Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident. Zati-alilərinizi
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
12:31 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR. Mediaxeberleri.az xəbər verir ki, 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ ilə bağlı professor Əli Həsənov özünün facebook səhifəsində yazaraq izləyiciləri ilə bölüşüb. 31 mart hər il dünyada Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur və
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az