t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Səməd Vurğunun “Azərbaycan”ı plagiatdır?

Səməd Vurğunun “Azərbaycan”ı plagiatdır?

5-08-2022, 08:53 Yazar:  Samir Baxılıb: 1004 Çap et
Səməd Vurğunun “Azərbaycan”ı plagiatdır?
Son illər mətbuatda tez-tez Səməd Vurğun-Əhməd Cavad “tandemi” və “münaqişəsi” haqda yazılar gedir. Bəri başdan onu demək lazımdır ki, hər iki sənətkarın ədəbiyyatımız qarşısında böyük xidmətləri olmuşdur.

Adətən, Səməd Vurğunu “vurmaq” istəyənlər onun məşhur misralarını yada salırlar:

Mən nə Sanılıyam, nə də Cavadam,

Onlara düşmənəm, onlara yadam.

Bəli, bu misraların müəllifi Səməd Vurğundur. Bəziləri az qala şairin bu misralarını “donos” kimi qəbul edirlər. Hətta ittiham irəli sürənlər də tapılır. Belələri Cavadın repressiya olunmasında məhz bu misraların “təqsirkar”, “günahkar” olduğunu iddia edirlər. Yanlış yanaşmadır. Əvvəla, ona görə ki, bu misraların qələmə alındığı dövrdə elə Səməd Vurğunun özünü “ifşa” edən kifayət qədər tənqidi yazılara, ittihamlara rast gəlmək mümkündür. İkincisi, Səməd Vurğun və yaxud onun özünü “ifşa” edən müəlliflər ölkənin başçısı və ya Baş prokuroru deyildilər ki, kiminsə repressiya olunmasında “rol” oynasınlar. Ona qalmış bu günün özündə belə bir-birini ifşa edən kifayət qədər qələm adamı və şair vardır. “İfşaya” görə can alınsa, onda ölkədə adam qalmazdı.

Totalitar rejimin törətdiyi faciələri zor-xoşla o dövrün yaradıcı adamlarının boynuna qoymaq indi bir dəbə, daha dogusu, xəstəliyə çevrilib... Elə deyil axı. Adamlar tanıyırıq ki, yazı masasının arxasında qorxmazlıqdan, şücaətdən, hünərdən dəm vurur, amma necə deyərlər, bir balaca “quyrugu qapı arasında qalanda” bütün ətrafını, hətta öz nəslini, öz ata-balasını satmağa hazır olur. Şəxsən mən bu cür miskin, qorxaq adamları görəndən sonra 30-cu illərin bütün qurbanlarına qurban kəsmək istəyirəm. Onların çoxu əsl qəhrəmanlıq nümunəsi göstərib…

Tarixdə “yalançı cəngavərlər” həmişə olub, bu gün isə onların sayı daha çoxdur. Bəli, gizlətməyə ehtiyac yoxdur, Səməd Vurğun və Üzeyir bəy Hacıbəyov Məmməd Əmini də tənqid ediblər. Amma dahi Rəsulzadə hər iki sənətkar haqqında kifayət qədər xoş sözlər deyib və günahı ayrı-ayrı şəxsiyyətlərdə deyil, mənfur sistemin, qəddar rejimin özündə görüb.

Səməd Vurğunu ittiham edənlərin bir qismi şairin məşhur “Azərbaycan” şeirinin guya plagiat olduğunu irəli sürürlər. Bəli, Əhməd Cavadın da “Azərbaycan” adlı şeiri var. Həmin şeir 1919-cu ildə dərc edilib. Səməd Vurğunun şeiri isə, səhv etmirəmsə, 1933-34-cü illərdə yazılıb və 1935-ci ildə çap olunub, yəni 15 il sonra. Nəzərə almaq lazımdır ki, Sovet dönəmində yazılmış həmin şeir (S.Vurğunun şeiri) dərc edilərkən Əhməd Cavad sağ idi. Əhməd Cavadın Səməd Vurğunun onun şeirini “köçürməsi” barədə ortada hər hansı bir iddiası yoxdur. Hətta bəzi xatirələrdə nisbətən yaşlı şairin (yəni Ə.Cavadın) öz gənc həmkarını bu şeirə görə təbrik etdiyi də bildirilir. Və orasını da qeyd edək ki, Vurğunun bu şeiri işıq üzü görəndən sonra açıq səmadakı şimşək kimi parladı, tezliklə dillər əzbəri oldu. Yenə təkrara ehtiyac duyulur: həmin dövrdə Əhməd Cavad hələ sağ idi.

Sual yaranır: bəs ikinci “Azərbaycan” şeirinin eyniadlı birinci şeirə oxşarlığı var, ya yox?

Bəli, var. Hər iki şeirdə hətta bəzi söz və ifadələrin eyni olduğu da nəzərdən qaçmır. Məsələr, “durnagözlü bulaqlar”, “bəhri-Xəzər”, “orman”, “maral” və digər anlayışlar bu deyilənlərə aiddir. Bildiyiniz və artıq dediyimiz kimi, Səməd Vurğunun şeirində də bu cür söz və bənzətmələr vardır.

Hər iki şeir oxşardır. Amma bu “oxşarlıq” qətiyyən eyniyyət təşkil etmir. Açığını deyim ki, kim sonralar “Azərbaycan” rədifli (və ya adlı) şeir yazıbsa, məhz S.Vurğunun şeirinə bənzəyib. Bəli, bundan sonra da Azərbaycan haqqında yazılacaq bütün şeirlər məhz Səməd Vurğunun (və təbii ki, həm də Ə.Cavadın) şeirini yada salacaq: necə ki, ölkə haqda sonralar yazılan “ölkə” rədifli bütün şeirlər Cəfər Cabbarlının “Ölkəm” şeirini, ana dilimiz haqda yazılan bütün şeirlər Bəxtiyar Vahabzadənin məşhur “Ana dili” şeirini, repressiyalar haqqında qələmə alınmış bütün poemalar Rəsul Rzanın “Qızılgül olmayaydı” poemasını, Xəzər haqqında yazılan bütün poetik nümunələr Nəbi Xəzrinin “İki Xəzər” poemasını, keçi haqqında yazılan şeirlər Abdulla Şaiqin dillər əzbəri olan şeirini, meşəbəyi haqqında yazılan bütün şeirlər Hüseyn Arifin məşhur qoşmasını “yada salır” və gələcəkdə də yada salacaq…

S.Vurğundan sonra həmin rədifdə onlarla, bəlkə də yüzlərlə şeir, musiqi mətni yazılıb və hamısı “ilk” şeirə bənzəyir.

Ə.Cavadın şeiri “dördlükdə” yazılıb. Məsələn, bu cür:

İpək, pambıq, yunun çoxdur!

Arpa, buğda, dügün çoxdur!

Hər şeyin var, nəyin yoxdur?!

Azərbaycan! Azərbaycan!

Yer üzündə yoxdur tayın!

Gur-gur axar neçə çayın!

Bol veribdir fələk payın!

Azərbaycan! Azərbaycan!

S.Vurğunun “Azərbaycan” şeiri isə “beşlikdə” yazılıb:

Dağlarının başı qardır,

Ağ örpəyin buludlardır.

Böyük bir keçmişin vardır.

Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin.

Haqqında söhbət gedən şeiri Səməd Vurğun gələcək “Azərbaycan” epopeyasının proloqu kimi nəzərdə tutmuşdu.

Bəli, Azərbaycan haqqında və ya “Azərbaycan” adlı çox şeirlər var. Onların hansı yaxşıdır?

Əlbəttə, bu çox banal sualdır. Amma ədalət naminə deyək ki, ölkədə ən adi adamdan tutmuş ən böyük səlahiyyət sahibinə qədər, elə bir adam tapılmaz ki, bu misraları əzbərdən bilməsin və onun müəllifini tanımasın:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan…




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:16 Gülnarə İsrafil: "Düşünürəmsə varam" Folklorun öyrənilməsi “Düşünürəmsə varam” proqramının dördüncü buraxılışı: “Folklor və folklorun öyrənilməsi” -Bildiyimiz kimi folklor iki hissəyə ayrılır, 1. Arxaik 2. Çağdaş. Arxaik folklor dildən-dilə keçmədir, çağdaş folklor da hazırda xalqımızın yaratdığı folklordur. Arxaikin içərisinə “dualar”, “fallar”,
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
11:10 HƏQİQƏTİN BİR ÜZÜ VAR, YALANIN MİN ÜZÜ Bir neçə vaxt bundan öncə dostum Telman Səmədov zəng vurub dedi ki, “Azadlıq” radiosunda Səməd Vurğun haqqında bir veriliş var, ona qulaq as. Mən həmin verilişi dinlədim və “Azadlıq” radiosu ilə bağlı bir olayı xatırladım. Üstündən çox illər ötdüyünə görə dəqiq vaxtını bilmirəm, “Azadlıq”

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az