t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Çempionlar Liqası: “Qarabağ” Macarıstan klubu ilə heç-heçə edib - YENİLƏNİB

Çempionlar Liqası: “Qarabağ” Macarıstan klubu ilə heç-heçə edib - YENİLƏNİB

3-08-2022, 21:58 Yazar:  Samir Baxılıb: 391 Çap et
Çempionlar Liqası: “Qarabağ” Macarıstan klubu ilə heç-heçə edib - YENİLƏNİB
"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

"Köhlən atlar" III təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan və isveçli FIFA referisi Andreas Ekberqin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Komandalar arasında cavab qarşılaşması avqustun 9-da Budapeştdə keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.

21:12

Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

Oxu.Az-ın məlumatına görə, ilk yarıdan sonra hesab 1:1-dir.

Qonaqlardan Frank Boli, meydan sahiblərindən isə Kvabena Ovusu fərqlənib.

21:00

Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

Oxu.Az-ın məlumatına görə, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

20:56

"Qarabağ"ın Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı keçirdiyi UEFA Çempionlar Liqasının ilk oyununda vurduğu qol ləğv edilib.

Oxu.Az-ın məlumatına görə, ilk hissəsnin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə İbrahima Vadji 2-ci topu qonaqların qapısından keçirib.

Lakin VAR sisteminin müdaxiləsindən sonra qol qeydə alınmayıb. Buna səbəb məhsudar ötürməni verən Marko Veşoviçin topu qəbul ofsaydda olması səbəb olub.

Qeyd edək ki, hazırda matçda fasilədir və hesab 1:1-dir.


20:37

Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib.

Oxu.Az-ın məlumatına görə, 35-ci dəqiqədə Kvabena Ovusu tarazlığı bərpa edib - 1:1.


20:20

"Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandaları arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada qonaqlar önə keçib - 0:1.

Frank Boli 17-ci dəqiqədə fərqlənib.


20:01

"Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandaları arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu start götürüb.

Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlaylb.

Matçı Andreas Ekberqin başçılıq etdiyi isveçli hakimlər briqadası idarə edir.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.

18:43

Bakıda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Macarıstan "Ferentsvaroş"unun start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

"Ferentsvaroş": 90. Deneş Dibus, 3. Sami Mmae, 4. Mats Knuster, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 16. Kristofer Zakariasen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 70. Frank Boli, 93. Aissa Laiduni

Baş məşqçi: Stanislav Çerçesov

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq.

08:52

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, “köhlən atlar” III təsnifat mərhələsinin ilk matçında Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi isveçli Andreas Ekberq olacaq.

Ağdam təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Kevin Medina zədəli, Kadi Borges və Riçard Almeyda isə cəzalı olduqları üçün Macarıstan çempionuna qarşı ilk matçı buraxacaqlar. Qonaqlardan isə Henri Vinqo zədə səbəbindən meydana çıxa bilməyəcək.

Komandalar arasında cavab oyunu avqustun 9-da Budapeştdə keçiriləcək.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun
3 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Ferentsvaroş” (Macarıstan)
Hakimlər: Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç)

VAR hakimləri: Yohem Kamfus, Rob Diperink (hər ikisi Niderland)
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtı Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. “Qarabağ” – “Ferentsvaroş” cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:29 Çempionlar Liqası: "Qarabağ" bu gün "Ferentsvaroş" ilə qarşılaşacaq "Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək. "Köhlən atlar" III təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi isveçli
21:30 “Qarabağ”-“Sürix”lə qarşılaşmada qalib gəldi - YENİLƏNİB “Qarabağ”-“Sürix” qarşılaşması təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 21:43 “Qarabağ”-“Sürix” qarşılaşmasında qonaqlar yenidən hesab arasındakı fərqi azaldıblar. Qonaqların heyətində 85-ci dəqiqədə penalti zərbəsindən M.Kryeziu fərqlənib. 21:23 UEFA Çempionlar Liqasınının II
14:48 “Qarabağ”ın növbəti mərhələdəki rəqibi bilindi Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Azərbaycan çempionu “Qarabağ” II təsnifat mərhələsində İsveçrə “Sürix”ini üstələyəcəyi təqdirdə, “Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. 09:00 Bu gün UEFA Çempionlar
22:53 Çempionlar Liqası: “Qarabağ” fasiləyə məğlub yollanıb - YENİLƏNİR Polşada "Lex" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb. "Köhlən atlar" fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb. Yeganə qolu 41-ci dəqiqədə meydan sahiblərinin kapitanı Mikhael İshak vurub. 22:45 Polşada
20:00 “Qarabağ” “Şerif”ə qarşı: Oyun başladı - YENİLƏNİB UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” oyunu start götürüb. Oxu.Az-ın Tofiq Bəhramov adına Respublika Stadionunda olan müxbiri xəbər verir ki, görüşdə hesab açılmayıb. 19:00 Bu gün Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında növbəti matçını keçirəcək.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az