t s

» » Leyla Yunusun apelyasiya şikayəti təmin edilmədi

Leyla Yunusun apelyasiya şikayəti təmin edilmədi

25-02-2015, 17:32 Yazar:  Aygün Baxılıb: 506 Çap et
Leyla Yunusun apelyasiya şikayəti təmin edilmədiBu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə qərarından verilən şikayətə baxılıb.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə apa-ya məlumat verən vəkil Elçin Qəmbərov bildirib ki, məhkəmə apelyasiya şikayətini təmin etməyib. Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hüquq müdafiəçisi Leyla Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Ötən il oktyabrın 24-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə L. Yunusun həbs müddəti 4 ay uzadılıb. Həmin müddət isə bu il fevralın 18-də 5 ay uzadılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:22 Maral Tahirqızının məhkəməsi başlayıb Bu gün Xətai Rayon Məhkəməsində Maral Tahirqızının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu barədə APA-ya məlumat verən M. Tahirqızı bildirib ki, hakim İbrahim İbrahimlinin sədrliyi ilə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı isə martın 11-nə təyin edilib. Qeyd edək ki,
18:08 Azərbaycanda vəzifəli şəxs məhkəmə zalında həbs olundu Bu gün Səbail rayon Məhkəməsində “Azər Mühafizə” MMC-nin Qazax regional filialının rəhbəri Elxan İsmayılova açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, “Report”un məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsilə (dələduzluq, mütəşəkkil dəstə
13:42 "AMAY Abdulla"nın məhkəməsində qalmaqal... Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən "A.M.A.Y" rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə keçirilən məhkəmə prosesində qalmaqal yaşanıb. Mediaxeberleri.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən proses
15:14 Mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satan MTK-a sədri həbs edildi Azərbaycanda tikinti şirkətlərindən birinin rəhbəri həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən məlumata görə, “RUM” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az