t s

» » Pənah Hüseynin qardaşını və əmisioğlanlarını həbs etmək istəyirlər

Pənah Hüseynin qardaşını və əmisioğlanlarını həbs etmək istəyirlər

23-11-2015, 16:15 Yazar:  Nigar Baxılıb: 175 Çap et
Pənah Hüseynin qardaşını və əmisioğlanlarını həbs etmək istəyirlərAzərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin Sabirabad rayonunda 7 yaxın qohumunun həbs edilməsi gözlənilir.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə musavat.com-a məlumat daxil olub.

Xəbəri dəqiqləşdirmək üçün Pənah Hüseynin özü ilə əlaqə saxladıq. Hazırda Sabirabadda olduğunu deyən Pənah Hüseyn xəbərin doğru olduğunu bildirdi.

Onun sözlərinə görə, parlament seçkilərindən bir müddət öncə qohumları - qardaşı Adil Hüseynov, qardaşı oğlu Vasif Hüseynov, əmisi oğlanları Mənsur, Qaşqay, İxtiyar, Xalid və Sərxoş Hüseynovların barəsində xuliqanlıq maddəsi ilə açılmış cinayət işi ilə bağlı gözlənilməz gəlişmə baş verib: “Onların cəlb olunduğu 221.2 və 222.3 xuliqanlıq maddələri ilə cəlb olunduğu məhkəmə gedişatında şahidləri dinləmədən, heç bir vəsatəti təmin etmədən, hətta ittiham tərəfinin sübutları olmadan məhkəmə prosesi təyin edilib. Noyabrın 30-na məhkəmə prosesi təyin edilib və ittihamçının cəza istəyəcəyi çıxışı gözlənilir. Birdən-birə belə bir dramatik vəziyyətin seçkidən xeyli sonra yaradılması bizim üçün də gözlənilməzdir. Rayona yeni gəlmişəm, araşdırma aparıram. Vəziyyəti ətraflı öyrənib, geniş məlumat verəcəyəm”.

P.Hüseynin məsələ ilə bağlı mətbuat konfransı keçirəcəyi gözlənilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan
21:51 İstedadlı alim, böyük müəllim, xeyirxah insan - Hüseyin Çəndirli Biz keçmişimizi xatırlamasaq, gənclərimizə yaxşı nümunə olmarıq, üstəlik bizi də xatırlamazlar Həyatının və elmi-pedaqoji fəaliyyətinin bəzi məqamları ilə bağlı məlumatları hörmətli oxucularımızla paylaşdığımız fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn İsgəndər oğlu Çəndirlinin anadan
03:18 “Məni bacım Səidə ilə 12 dəfə şantaj edib pulumu aldılar” - ŞOK TƏFƏRRÜAT Göyçaydakı mütəşəkkil cinayətkar dəstənin ağlasığmaz cinayətləri Hədə-qorxu yolu ilə pul tələb etmə və dələduzluqda ittiham olunan Göyçay şəhər sakinləri – 1996-cı il təvəllüdlü Tacir Zeynalov, 1993-cü il təvəllüdlü Akif Hüseynli, 1993-cü il təvəllüdlü Ramiz Adıgözəlov, 1991-ci il təvəllüdlü Adil
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az