t s

» » Evi 3 ildən tez satanlardan vergi tutulacaq – RƏSMİ AÇIQLAMA

Evi 3 ildən tez satanlardan vergi tutulacaq – RƏSMİ AÇIQLAMA

15-02-2015, 23:12 Yazar:  Aygün Baxılıb: 468 Çap et
Evi 3 ildən tez satanlardan vergi tutulacaq – RƏSMİ AÇIQLAMA

Vergilər Nazirliyi daşınmaz əmlaka görə Əlavə Dəyər Verginin (ƏDV) tutulması qaydalarına aydınlıq gətirib.

Xatırladaq ki, Nazirliyin son 3 ildə daşınmaz əmlak satan hüquqi və fiziki şəxslərdən Əlavə Dəyər Vergisi (ƏDV) ödənilməsini tələb etdiyi barədə xəbərlər yayılıb. Söhbət kommersiya obyektləri ilə yanaşı, qeyri-kommersiya, lakin yaşayış mənzili olmayan əmlaklar, eyni zamanda şəxsin qeydiyyatda olmadığı, lakin ona məxsus olan şəxsi mənzillərdən gedir. Nazirlikdən verilən məlumata görə, Vergi Məcəlləsinin 102.1.9-cu maddəsinə əsasən vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının satışından gəliri vergidən azaddır.Bu da o deməkdir ki, belə daşınmaz əmlak 3 ildən sonra satılarsa, o vergiyə cəlb olunmur. Qeyri-yaşayış sahəsi hesab olunan daşınmaz əmlakın satılması hüquqi və fiziki şəxsin sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin XI fəslinin müddəalarına əsasən, belə daşınmaz əmlakın satışından əldə edilən gəlir ƏDV-yə, habelə mənfəət və gəlir vergisinədə cəlb edilir. Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatların həcmi 120 000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Məcəllənin 219.1-ci maddəsinə əsasən hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmi vergitutma obyektidir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120 000,0 manatdan artıq olan şəxslər (Vergi Məcəlləsinin 218.1.1.1-ci və 218.1.1.3-cü maddələrində göstərilənlər istisna olmaqla) Vergi Məcəlləsinin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 120 000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:07 “Kapital Bank”ın Füzuli filialında maxinasiyalar Camal Ocaqverdiyev dövlətin pullarını sələmə verir Artıq bir neçə müddətdir ki, qəzetimizin səhifələrində “Kapital Bank”ın Füzuli filialının fəaliyyətində yer alan çeşidli nöqsanlara dair materiallar dərc olunmaqdadır. Bu xüsusda redaksiyamıza təqdim edilən məlumatlarda filialın müdiri Camal
15:20 Beyləqanda vəziyyət "uruscadır"... - İcra başçısından şikayət var Qəzetimizin ötən saylarında Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər Ərazi İnzibati vahidi üzrə nümayəndəsi Azil Aslanovun yarıtmaz fəaliyyətinə dair bir neçə tənqidi material dərc olunub. Qeyd etmək lazımdır ki, bu gün də redaksiyamıza daxil olan məlumatlarda Azil Aslanovun öz
12:52 Afiq Əliyev Azərbaycana taxta vurub pul “yuyurmuş”... - Meşə korrupsionerinin işi Rusiyanın Prikamsk vilayətində azərbaycanlı biznesmen, Azərbaycana meşə materiallarının göndərilməsi ilə məşğul olan Afiq Əliyevin və ortağının işi məhkəməyə göndərilib. Virtualaz.org saytıxəbər verir ki, “Kommersant” qəzeti bu cinayət işi haqda yazır. Məqalədə bildirilir ki, biznesmen ƏDV
12:18 Ətimizi yeyən klinikalar Cərrahi əməliyyatların qiyməti və keyfiyyəti ürək ağrıdır Bu gün səhiyyə sektorunda çatışmazlıqların mövcud olması heç kəsə sirr deyil. Vətəndaşlar bəzən ölkədəki səhiyyə müəssisələrindəki xidmətlərdən, müayinə, müalicə və cərrahi əməliyyatların keyfiyyətindən şikayətlənirlər. Onlar həmçinin
11:24 Neftçalada vəziyyət nəzarətdən çıxıb? - İcra başçısının adamlarına söz deyən yoxdur - Yeyinti ittihamı... Yeni sədr bələdiyyə torpağında yerləşən obyektlərin sahibləri ilə bağlanmış müqavilənin şərtlərinə özbaşına şəkildə dəyişiklik edib Ölkənin cənub-şərqində yerləşən Neftçala rayonunda məmur özbaşınalıqları səngimək bilmir. Son günlər rayonda fəaliyyət göstərən yerli idarə, müəssisə və təşkilat

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az