t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » “Sədərək” Ticarət Mərkəzində sahibkarlardan 7 min manat alırlar, FHN göstəriş verib? - AÇIQLAMA

“Sədərək” Ticarət Mərkəzində sahibkarlardan 7 min manat alırlar, FHN göstəriş verib? - AÇIQLAMA

22-06-2022, 18:17 Yazar:  Samir Baxılıb: 105 Çap et
“Sədərək” Ticarət Mərkəzində sahibkarlardan 7 min manat alırlar, FHN göstəriş verib? - AÇIQLAMA

“Sədərək” Ticarət Mərkəzinin Şirniyyat satış platformasında çalışan sahibkarlar TM-in rəhbərliyi tərəfindən sıxışdırılır. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Pravda.az-a adının çəkilməsini istəməyən sahibkar məlumat verib.

Bildirib ki, ticarət mərkəzinin rəhbərliyi sahibkarlara məlumat vermədən Şirniyyat platformasındakı mağazaları artırır.

"İyunun 1-də təmir etməyə başlayıblar. Bütün mağazaları şüşə ilə böyüdürlər. İndi isə gəlib sahibkarlara bildirirlər ki, təmir üçün xərclənən vəsaiti siz ödəməlisiniz. Birindən 5 min, birindən 6, başqasından 7 min manat istəyirlər. Ödəməyənlərin də obyektlərini, mağazalarını bağlayırlar.

Deyəndə pulu hissə-hissə verək, hədə-qorxu gəlirlər ki, yox, obyekti bağlayırıq. Bu məbləği 2, ya da maksimum 3 dəfəyə ödəməlisiniz. Əks halda, mağazanı bağlayırıq. Onsuz da iyunun 1-dən orada təmir gedir və obyekt bağlıdır. Mən oradakı obyektimi 2009-cu ildə almışam. İndi gəlib iki dəfə böyüdüblər, yəni məndə 12 kvadrat metr idi, indi isə 24 kvadrat metr olub. Bildirirlər ki, 7 400 manat pul verməliyəm. Deyəndə ki, hazırda bu qədər pulum yoxdur, hissə-hissə verim, deyirlər, “yox”. Həmin platformada 300-500 arası sahibkar fəaliyyət göstərir. Onlar da bu şəkildə sıxışdırılıb, incidilir. Obyektimdə heç 7400 manatlıq iş görülməyib. Yəni görülən işin qiyməti, maya dəyəri nədir, heç onu da bilmirik. Rəqəm deyib gedirlər ki, bunu verməlisən. Bu rəqəmi haradan almısan? Necə hesablamısan? Narazılıq edəndə Fövqəladə Hallar Nazirliyinin göstərişi olduğunu deyirlər. FHN bu göstərişi bazar üçün verib, demir ki, sahibkarlardan pul yığın. Özləri üçün yığırlar. Sonra deyəcəklər ki, obyektin ərazisi artıb, icarəni də artırırıq. Müqaviləmiz var. Almışıq, işləmişik. İndi gəlib bizdən soruşan, razılaşan yoxdur, amma iş görürlər. Bu vəsaiti bizdən alırlar, amma nə hər hansı bir qəbz, nə smeta verirlər" - o qeyd edib.

Ticarət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim saytımıza açıqlamasında bildirib ki, bu, sahibkarlarla razılaşdırılıb: "Bəziləri birdəfəlik, bəziləri isə hissə-hissə ödənişi edirlər. Bundan əvvəl də bəzi platformalarda artırmalar olub. Necə olur ki, indi şikayət edirlər?!"




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:40 Şəkər tozundan sonra bu məhsul da BAHALAŞACAQ - Ekspert danışır “Şəkər tozundan sonra bitki və kərə yağlarının bahalaşması gözlənilir”. Mediaxeberleri.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib. İqtisadçı qeyd edib ki, mövsümlə əlaqədar olaraq meyvə-tərəvəzlər ucuzlaşa bilər: “Hazırda bahalaşma təzyiqi altında
12:30 Təndir çörəyi bahalaşıb, zavod çörəyinin çəkisi isə... - BELƏ HARA GEDİRİK? Yanvarın 3-də, axşam saatlarında Lənkəran rayonunda un satışı ilə məşğul olan məntəqələrdə satışın müvəqqəti dayandırıldığı bildirilir. Mediaxeberleri.az xəbər verir ki, bu barədə AzadlıqRadiosuna yerli sakinlər məlumat verib. Onların deməsinə görə, satış məntəqələrində vurğulanıb ki, unun
09:12 "Sədərək" yandı, yoxsa YANDIRILDI? - GƏLİŞMƏ Fevralın 18-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində yanğın baş verdi. Fövqəladə Hallar Nazirliyinin rəsmi açıqlamasında bildirilib ki, “112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ”Sədərək" Ticarət Mərkəzində yanğın
21:50 Qazax rayonu sosial-iqtisadi inkişafın yeni mərhələsində İnkişaf və tərəqqinin dəyişməz ünvanlarına çevrilən Qazax rayonu ölkənin səmərəli regional iqtisadi siyasətinə öz töhfələrini verməkdə davam etməkdədir. Regionların sosial-iqtisadi inkişafına, onların əhəmiyyətli istehsal gücünə, təminat qabiliyyətli iqtisadiyyata və digər amillərin vəhdətindən
09:36 Un bahalaşdı: çörəyin qiyməti, yoxsa çəkisi dəyişəcək? İqtisadçı ekspertə görə, bu cür problemlərin yaşanmaması üçün xaricdən asılılığı azaltmaq və idxalı yerli istehsalla əvəzləmək lazımdır Ölkədə unun son bir neçə ayda davam edən tədricən bahalaşması prosesi artıq çörək istehsalçılarını, o cümlədən əhalini narahat etməyə başlayıb. Belə ki, son

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az