İyunun 20-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Bryansk vilayətinin kəndlərindən birini atəşə tutub.
Mediaxeberleri.Az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə informasiyanı Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Telegram kanalında yazıb.
“Səhər tezdən Ukrayna Silahlı Qüvvələri Suzemka kəndini atəşə tutub. Atışma nəticəsində bir neçə obyektə ziyan dəyib. Əhaliyə elektrik enerjisinin verilməsi dayandırılıb”, - deyə Boqomaz qeyd edib.
Onun sözlərinə görə, bir nəfər xəsarət alıb.
Qubernator atış nöqtəsinin tez bir zamanda söndürüldüyünü deyib.
Öz şərhini bildir: