t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Azərbaycandakı yeganə kolxozda mənimsəmə: Vəzifəli şəxslərə hökm oxundu

Azərbaycandakı yeganə kolxozda mənimsəmə: Vəzifəli şəxslərə hökm oxundu

20-06-2022, 13:48 Yazar:  Samir Baxılıb: 294 Çap et
Azərbaycandakı yeganə kolxozda mənimsəmə: Vəzifəli şəxslərə hökm oxundu
İsmayıllı rayonunda yerləşən Azərbaycandakı yeganə kolxoz olan Nikitin adına İvanovka kənd kolxozunun ferma müdirinə və baytar həkiminə cinayət işi açılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kolxozun fermasına rəhbərlik edən 1957-ci il təvəllüdlü Timofey Uryupin və baytar həkim Cahid İsmayılov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə açılmış işin materialları Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Araşdırmalar zamanı məlum olub ki, T.Uryupin 2011-2021-ci illərdə kolxozun qoyunçuluq fermasına rəhbərlik etdiyi dövrdə 1987-ci ildən bəri həmin təsərrüfatda baytar vəzifəsində çalışan Cahid adlı şəxslə əlbir olaraq yüzlərlə qoyunun xəstəlik səbəbindən öldüyünü sənədləşdirərək onları satıb. Belə ki, onların ümumilikdə 530 xırdabuynuzlu heyvanın guya xəstəlik səbəbindən öldüyünü sənədləşdirdikləri üzə çıxıb və kolxoza ümumilikdə 63 min manat ziyan vurmaları müəyyən edilib.

Nikitin adına kolxozun fermasındakı qoyunların sürətlə azaldığı müşahidə edildikdən sonra hüquq-mühafizə orqanlarına müraciət edilib. İsmayıllı Rayon Prokurorluğunun apardığı araşdırma nəticəsində 530 qoyunun 2020-2021-ci illərdə hepatit, pnevmoniya və qastroenterit xəstəliklərindən ölməsinə dair həqiqətə uyğun olmayan diaqnozlar daxil etdirməklə sənədləşdirilərək ələ keçirilməsi sübut olunub.

Faktla bağlı açılmış işə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə həmin şəxslərin kolxoza vurduqları ziyanı ödəmələri bildirilib.

On il fermaya rəhbərlik etmiş T.Uryupinə iki il altı ay, C.İsmayılova isə iki il müddətinə şərti cəza verilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:00 PREZİDENT ƏFV SƏRƏNCAMI İMZALADI - Əfv olunanlar arasında tanınmışlar da var + SİYAHI (Yenilənib) Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az