t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Qız üstündə QƏTL: Qazini öz dostu öldürüb - TƏFƏRRÜAT

Qız üstündə QƏTL: Qazini öz dostu öldürüb - TƏFƏRRÜAT

20-06-2022, 09:10 Yazar:  Samir Baxılıb: 328 Çap et
Qız üstündə QƏTL: Qazini öz dostu öldürüb - TƏFƏRRÜAT
İyunun 15-də Şabranda qazi Orxan Əliyevin qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.



25 yaşlı Orxan Əliyevi öldürməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə vaxtilə onun dostu olub.



Dostların münasibəti ikisinin də eyni qızı sevməsindən sonra pozulub.



Hadisə barədə Modern.az-a danışan Teymur Cəfərzadənin atası Mübarək Cəfərzadə cinayətin baş verməsində həmin qızın günahkar olduğunu bildirib.



"Orxanla Teymur möhkəm dost idilər. Marketdə işləyirdilər. Aralarında qıza görə mübahisə olub. Əvvəllər o qızla Teymur sevgili olub, razılığımız olmadığına görə, ayrılmışdılar. Sonra qız Orxanla nişanlandı. Buna baxmayaraq, qız Teymurdan əl çəkmirdi, davamlı mesajlar yazaraq, oğlumdan onu qaçırmasını istəyirdi. Teymur da dostuna nişanlısının ona mesajlar yazdığını deyib və həmin mesajları göstərib".



Mübarək Cəfərzadənin dediyinə görə, hadisədən 10 gün öncə Orxanla Teymur söz-söhbətə son qoyaraq barışıblarmış:



"Orxan nişanı qaytarmaq istəyəndə qız onun iş yerinə gələrək yalvarıb, atası və qardaşından qorxduğunu deyib.
Hadisədən iki gün öncəyə qədər onların arasında heç bir problem olmayıb, Orxan Sumqayıta işləməyə gedəndə qız da onun arxasınca gedib. Orada nə danışıblarsa, yenidən Teymurla aralarında mübahisə düşüb. Oğlumla görüşüblər, sonra bu hadisə baş verib. Teymuru özüm aparıb polisə təslim etdim. Bir qıza görə iki ailə pis vəziyyətə qaldı, çox üzgünəm, kaş belə hadisə olmayaydı".



Hazırda qətllə bağlı araşdırma aparılır.



Qeyd edək ki, Şabranda qətlə yetirilən Orxan Əliyev Vətən müharibəsi qazisi olub. O, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:18 Qazaxda şəhid ailələri və müharibə əlilləri üçün iftar süfrəsi açılıb Şəhidlik elə bir uca zirvədir ki, Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız illər ötsə belə, bizim aramızda olmasalar belə hər zaman ürəklərimizdə əbədi yaşayacaqlar. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin
22:42 Azərbaycanda 2021-ci ildə öldürülmüş qadınların siyahısı - Dəhşət saçan rəqəmlər 2021-ci ildə 70 qadın öldürülüb, 24 qadın isə xəsarət alıb. Daxili İşlər Nazirliyinin "102" Qaynar xətt mərkəzinə cari ildə 432 min 713 məlumat daxil olub, onlardan 7 min 647-si ailə münaqişəsi və məişət zorakılığı ilə bağlıdır. Qeyd olunan bu məlumatlara əsasən 602 sayda ailəli qadın ərləri
12:30 Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR 2020-ci il 27 sentyabr tarixdən etibarən başlayan İkinci Qarabağ müharibəsi cənab Prezident, Silahlı Qüvvələrin Ali baş Komandanı İlham Əliyevin rəhbərliyi və rəşadətdli ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifə kimi yazıldı. Sülh yolu ilə getmək
18:28 44 günlük Vətən müharibəsində təltif olunan Qazax mahalının qəhrəmanları Möhtəşəm zəfərləri ilə tarix yazan yenilməz Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu və düşməni ağır məğlubiyyətə uğradaraq kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Dekabrın 10-da “Azadlıq”
21:17 İlham Əliyev 6 sərəncam imzaladı Prezident İlham Əliyev R.Ə.Quliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az