t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Ermənistana status xəbərdarlığı – TƏHLİL

Ermənistana status xəbərdarlığı – TƏHLİL

19-06-2022, 21:04 Yazar:  Samir Baxılıb: 306 Çap et
Ermənistana status xəbərdarlığı – TƏHLİL
Əgər bu torpaqlara necə köçürüldükləri kimsəyə sirr olmayan haylar Qarabağda qalıb yaşayacaqlarsa, nədən azərbaycanlılar Qərbi Zəngəzurla Göyçədəki dədə-baba yurdlarına qayıtmasınlar.

Bu həftə Azərbaycan növbəti beynəlxalq tədbirə ev sahibliyi etdi. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başladı.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:



İstənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq

Dünyanın 50-dən çox ölkəsinin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı Qlobal Bakı Forumunun açılış mərasimində Prezident İlham Əliyev çıxış edərək Cənubi Qafqazdakı yeni reallıqlara diqqət çəkib. Ermənistanın qeyri-konstruktiv, revanşist mövqeyinin regional təhlükəsizliyə, sülh və əmin-amanlığa təhdid olduğunu vurğulayıb. Dövlətimizin başçısı təəssüflə söyləyib ki, Ermənistan hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı fikirlər səsləndirilir. O, bunun tamamilə səmərəsiz olduğunu, Ermənistanın özü üçün təhlükə yaratdığını bəyan edib: “Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb. Status məsələsinin gündəmə gətirilməməsi ilə bağlı şifahi razılıq var idi. Təəssüflər olsun ki, bu, baş verir və bunun çox ciddi nəticələri ola bilər”.



Ermənistan dərsi unutmasın

Ölkə başçısı deyib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq: “Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə hüququmuz var. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən altı ay sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq və hesab edirəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir”.



Suverenliyimizin tam təmini üçün nə lazımdırsa...

Prezident İlham Əliyevin səsləndirdiyi fikirləri “Kaspi” qəzetinə şərh edən millət vəkili Sahib Alıyev Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın “Əl-Cəzirə” telekanalına müsahibə verərkən sərsəmləməsinə diqqət çəkdi. O xatırlatdı ki, Paşinyan Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasının Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətindəki hissəsinə dəxli olmadığını açıqlayıb: “Erməni Baş nazir bir az da irəli gedərək Laçından keçən yolun dəhliz, Qərbi Zəngəzurdakının isə Ermənistanın tam suverenliyi altında olan kommunikasiya xətti olacağını deyib. Bu həmin Paşinyandır ki, “Arsax Hayastandır” bağırırdı və nəticəni də gördü. Bununla yanaşı, onun son açıqlamaları göstərir ki, Ermənistanla danışıqlarda azərbaycanlıların Göyçə ilə Qərbi Zəngəzurdakı yurd yerlərinə qayıtmalı olduqlarını daha təkidlə qaldırmalıyıq. Və Xankəndini Gorusla birləşdirən yeni yol hazır olan kimi onun üzərində suverenliyimizin tam təmini üçün gərəkən nə lazımdırsa ediləcək. Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda açıq şəkildə bildirdi ki, qondarma “Dağlıq Qarabağ”ın statusu ilə bağlı bəyanatlar səmərəsiz olmaqla yanaşı, Ermənistanın özü üçün təhlükəlidir. Əvvəla bu, növbəti savaşa aparıb çıxara bilər. İkincisi, Forumda 50-dən çox ölkənin, eləcə də beynəlxalq qurumların yüksək vəzifəli təmsilçiləri, hətta prezidentləri qarşısında da deyildiyi kimi, Ermənistan bizim ərazi bütövlüyümüzü şübhə altına almaqda davam edərsə, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaqdan başqa çıxış yolu qalmayacaq”.



İrəvan acı aqibətlə üzləşəcək

Deputat söylədi ki, Azərbaycanın bu iddialara hər baxımından daha çox haqqı çatır. Onun sözlərinə görə, Qərbi Zəngəzurun, ondan öncə isə Göyçənin Azərbaycandan alınıb Ermənistana necə peşkəş edildiyini hamı bilir: “Ona görə də cənab İlham Əliyev çox doğru olaraq soruşur ki, əgər Ermənistan Qarabağ erməniləri üçün status tələb etməkdə davam edərsə, niyə azərbaycanlılar Qərbi Zəngəzur üçün status tələb etməsinlər? Azərbaycan Prezidentinin bu çıxışından Ermənistan rəhbərliyinin, bəlli mərkəzə bağlı revanşist ünsürlərin çıxarmalı olduqları bir dərs var. O da budur ki, haylar istəsələr də, istəməsələr də, azərbaycanlılar ən azından Qərbi Zəngəzurdakı dədə-baba torpaqlarına qayıdacaqlar. Mən əminəm ki, “Əgər Ermənistan Qarabağ erməniləri üçün status tələb etməkdə davam edərsə, niyə azərbaycanlılar Qərbi Zəngəzur üçün status tələb etməsinlər?” sualını verən cənab İlham Əliyev qapalı danışıqlarda sözügedən məsələni də qaldırır. Doğrudan da, əgər bu torpaqlara necə köçürüldükləri kimsəyə sirr olmayan haylar Qarabağda qalıb yaşayacaqlarsa, nədən azərbaycanlılar ən azından Qərbi Zəngəzurla Göyçədəki dədə-baba yurdlarına qayıtmasınlar? Prezident İlham Əliyevin IX Qlobal Bakı Forumunda Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər isə onu göstərir ki, Ermənistan onun işləməsinə izn verməsə, onda əlaqələrin normallaşması tam sual altında qalır. Bəs ardınca nə olacaq? Dövlət başçımızın çıxışında, əslində, bu suala da cavab vardır. Qarabağ danışıqlarında Ermənistanın etdiyi süründürməçiliklər nəyə aparıb çıxardısa, İrəvan yenə eyni reallıqla üzləşəcək”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:47 “20 AZƏRBAYCANLININ ADINI İRAN PREZİDENTİNƏ VERDİM...” – Prezident İlham Əliyevin ADA-dakı çıxışının TAM MƏTNİ Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident. Zati-alilərinizi
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
12:31 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR. Mediaxeberleri.az xəbər verir ki, 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ ilə bağlı professor Əli Həsənov özünün facebook səhifəsində yazaraq izləyiciləri ilə bölüşüb. 31 mart hər il dünyada Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur və
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az