t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » İŞ ADAMININ ÖLÜM İŞİNDƏ ŞOK! – Şantaj əməliyyatının iştirakçısı olan qadın ortaya çıxıb hər şeyi danışdı + VİDEO

İŞ ADAMININ ÖLÜM İŞİNDƏ ŞOK! – Şantaj əməliyyatının iştirakçısı olan qadın ortaya çıxıb hər şeyi danışdı + VİDEO

19-06-2022, 10:53 Yazar:  Samir Baxılıb: 670 Çap et
İŞ ADAMININ ÖLÜM İŞİNDƏ ŞOK! – Şantaj əməliyyatının iştirakçısı olan qadın ortaya çıxıb hər şeyi danışdı + VİDEO
Bu il may ayının 7-də Şəmkir rayonunda baş vermiş müəmmalı ölüm hadisəsinin şokedici detalları açıqlanıb. İş adamı Arzu Cabbarovun yerli polisin vəzifəli əməkdaşlarının qurduqları şantaj əməliyyatının qurbanı olduğu haqda şübhələr, hadisənin yeganə şahidinin dilindən təsdiqini tapıb.

Xatırladaq ki, rayonun tanınan iş adamlarından olan Arzu Cabbarov damarları kəsilmiş vəziyyətdə xəstəxanaya gətirilib və az sonra burda dünyasını dəyişib. Onun ailə üzvləri bu hadisədə yerli polis şöbəsinin əməkdaşlarının əli olduğunu bildiriblər. Mərhum iş adamının yaxınları tərəfindən ictimailəşdirilən səsli mesaj da hadisənin qətl olmasına dair şübhələri artırmışdı. Həmin səs yazısında Arzu Cabbarov ölümündən az əvvəl öz yaxınına bildirirdi ki, onun damarlarını doğrayıblar, tez xəstəxanaya gəlsin.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda hadisənin intihar olduğu bildirilib.

Olayın iştirakçılarından biri olan Yeganə Yusifova isə bugünlərdə hadisənin intihar yox, qətl olduğunu açıqlayıb. O, “Meydan.TV”-yə müsahibəsində deyib ki, iş adamının ölümündə Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı olub.

Belə ki, o, polislərin təhriki ilə Arzu Cabbarova qarşı şantaj əməliyyatının iştiraçısı olub, bu əməliyyat isə iş adamının ölümü ilə nəticələnib: “Arzu Cabbarovun işində Bayram (Polis rəisinin müavini Bayram İsmayılov-red.) mənə dedi ki, bu işdən sənə 7 min manat pul ayıracağam. Bundan artıq nə istəyirsən? Dedim mən ailəmdən çəkinirəm, dedi, artıq məsləhət olunub, sənin üçün gecdir...”

Xanım bildirir ki, polisdə onun barəsində dələduzluqla bağlı şikayət olub. Ona bildiriblər ki, cinayət işi açılmaması üçün onların iş adamı ilə bağlı əməliyyatlarında iştirak etməlidir. Ona Arzu Cabbarovun və digər 3 nəfərin telefon nömrəsini veriblər. Plana əsasən, Yeganə Yusifova Arzu Cabbarovu görüşə çağırmalı, görüş zamanı video çəkilməli və bu çəkilişlərin yayımlanmaması üçün iş adamından külli miqdarda pul tələb edilməliymiş.

Y.Yusifova iddia edir ki, bu əməliyyatda iştirak etdiyinə görə polislər ona 7 min manat pul verəcəklərini, həmçinin dələduzuluq işini bağlayacaqlarını bildiriblər: “Biz yataq otağına keçib əlaqəyə başlayan zaman polis əməkdaşı Feyruz müəllim telefon əlində içəri girdi. Mərhum çarpayıdan durdu və polisin üzərinə hücum çəkərək bildiridi ki, mən artıq sizin şantajlardan yoruldum. İntihar etmək istəyirəm əlinizdən. Feyruz onu vurdu və Arzu yıxıldı, ayağa qalxanda alnından daha iki yumruq vurdu. Arzu hirslənib söyüş söydü, qapının şüşəsini qırdı, bu zaman Feyruzun da əli kəsildi. Feyruzun ona gücü çatmırdı, o yerdən sol əli ilə şüşə parçasını götürüb iki dəfə Arzunun qoluna çəkdi, daha sonra qoluna soxub möhkəm çəkdi. Bu zaman onu qan götürdü”.


Qeyd edək ki, polis əməkdaşı Etibar Yaqubov təcili yardım maşını ilə Arzu Cabbarovu xəstəxanaya aparıb. Yolda o ailə üzvlərinə səsli mesaj göndərib: “Aqil, məni doğrayıblar, özünü xəstəxanaya çatdır, tez. Damarımı kəsiblər, özünü çatdır...” Arzu Cabbarov bundan az sonra xəstəxanada keçinib.

Y. Yusifova deyir ki, polis rəsinin müavini Bayram İsmayılov onu izahat yazmağa məcbur edib ki, mübahisə zamanı A.Cabbarov özünə xəsarət yetirib.

Qadın üzərində xəsarət izləri tapılsın deyə polis əməkdaşlarının onu döydüklərini deyir: “Ekspert gəlirdi, amma ortada nəticə yoxdu, məni döydülər ki, guya məni rəhmətlik döyüb...”

Yeganə Yusifovanın qalmaqallı açıqlamalarının davamı ilə videoda tanış olmaq olar:






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:22 “MƏNİ DOĞRADILAR, DAMARIMI KƏSDİLƏR...” – Şəmkirli sahibkarın ölümündən dəqiqələr əvvəlki SƏSYAZISI (ŞOK TƏFƏRRÜAT) May ayının 7-də aldığı bədən xəsarətləri nəticəsində Şəmkir rayon Xəstəxanasında dünyasını dəyişən 54 yaşlı Arzu Cabbarovun əvvəlcədən planlaşdırılmış şantaj əməliyyatının qurbanı olduğu haqda çox ciddi şübhələr var. Şəmkirdə tikinti materialları ticarəti ilə məşğul olan A.Cabbarov rayonun orta
19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
11:38 Qonağa vurulan gəlin - Ataqamdan Yeni Hekayə Mediaxeberleri.az kulis.az-a istinadən Ataqamın “Oyconbi” hekayəsini təqdim edir. Timurçin Babakulovla ezamiyyətimin səhəri, məni özbəklərin qonaq evindən götürüb idarəyə aparanda tanış oldum. İdarədə sürücü işləyirdi. Sarımtıl seyrək bığı, sarısunqur saqqalı, üzündəki aşırı qabarıq cizgilərin
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az