t s

» » Sensasion video: Rusiya hərbi karvanı Mariupola doğru irəliləyir - (Video)

Sensasion video: Rusiya hərbi karvanı Mariupola doğru irəliləyir - (Video)

25-02-2015, 16:25 Yazar:  Aygün Baxılıb: 546 Çap et
Sensasion video: Rusiya hərbi karvanı Mariupola doğru irəliləyir - (Video)Ukraynanın şərqində atəşkəsə dair Minskdə “Normand dördlüyü” formatında (Rusiya, Ukrayna, Fransa və Almaniya) əldə edilmiş razılaşmaya baxmayaraq Rusiyanın yeni əraziləri tutmaq planları barədə həyəcanlı xəbərlər gəlir.

Finlandiyalı jurnalistlər Rusiya-Ukrayna sərhədini keçərək Azov dənizinin sahilindəki strateji əhəmiyyətliu Mariupol şəhərinə doğru irəliləyən Rusiya hərbi karvanını lentə alıblar.

Bu kadrlar Finlandiyanın “Yle” telekanalının saytında yerləşdirilib. Çəkilişlər avtomobillər üçün nəzərdə tutulmuş “Novoşaxtinsk” sərhəd-keçid məntəqəsində aparılıb.

Xəbərdə deyilir ki, sərhədi keçən və üzərində tanınma nişanları olmayan hərbi avtomobillərdə çoxlu sayda rus əsgərləri daşınıb. Karvanda “Uraqan” reaktiv artilleriya sisteminə oxşayan iki reaktiv sistemi də olub. Bundan əlavə, avtomobil karvanında “Maqnit” supermarketlər şəbəkəsinin loqotiplərini daşıyan iki furqon da yer alır. Karvandakı bəzi nəqliyyat vasitələri maskalanıb.

Fin jurnalistləri bildirir ki, rus sərhədçiləri onların çəkiliş apardığını görən kimi bunu dərhal qadağan ediblər. Üstəlik onlar jurnalistləri sorğu-suala tutaraq gecə saatlarında sərhəd məntəqəsini çəkib-çəkmədiklərini öyrənməyə çalışıblar. Daha sonra jurnalistlərdən sərhəd zonasını tərk etməyi tələb ediblər və çəkilişin qadağan olduğunu bildiriblər.

Jurnalistlər onu da öyrəniblər ki, Rostov vilayətinin Ukrayna ilə sərhəd hissəsində Rusiya qoşunlarının cəmləşdirilməsi davam edir. Yerli sakinlər təsdiq ediblər ki, Rusiya Ukraynanın şərqindəki separatçılara hərbi dəstək verir və bunsuz onların Kiyevə uzun müddət müqavimət göstərməsi mümkün olmazdı.

Fin jurnalistlərinin çəkdikləri kadrları analiz edən Rusiya KİV-ləri sərhədi keçən hərbi kavranda dəhşətli dağıdıcı gücə malik “Tornado” sistemlərinin hərəkət etdiyini təsbit ediblər.

Xatırladaq ki, Minskdə əldə edilmiş atəşkəsdən sonra separatçıların əsas qüvvələrini Mariupol şəhəri istiqamətində cəmləşdirdiyi barədə məlumatlar yayılır.

Ukraynada və Qərbdə narahatdırlar ki, Rusiyanın və onun dəstək verdiyi separatçıların növbəti hədəfi məhz Mariupol şəhəri olacaq. Bu şəhərin alınması Krıma quru dəhlizi açmağa imkan verir. Təxminlərə görə, Mariupola hücum gələn ay başlaya bilər. Bu zaman bəhanə kimi Ukrayna tərəfinin atəşkəs razılaşmasıan əməl etməməsi göstəriləcək.

Artıq “Normand dördlüyü” ölkələri xarici işlər nazirlərinin Minsk razılaşmasının yerinə yetirilməsinə dair fevralın 24-də Parisdə keçirilən danışıqlarında problem yaranıb. Rusiya xarici işlər naziri Sergey Lavrov danışıqları yarımçıq tərk edib.

Virtualaz.org






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:50 Rusiya hərbi texnikası Tiflisin mərkəzində - FOTO Hərbi texnikanın Tiflisdə olduğu ilə bağlı fotoları gürcü bloqqerlər yayıblar. Rusiya Ordusuna məxsus hərbi texnika Gürcüstanın paytaxtı Tiflis küçələrində peyda olub. Mediaxeberleri.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, hərbi texnikanın Tiflisdə olduğu ilə bağlı fotoları gürcü bloqqerlər
22:32 Fransada “Normand dördlüyü” çərçivəsində görüş keçirilib Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Normand dördlüyünün” Fransanın paytaxtı Parisdə keçirilən görüşünün faydalı olduğunu bildirib. Ukraynanın xarici siyasət idarəsinin başçısı Pavel Klimkin isə Debaltseva şəhəri barədə razılığa gəlməyin mümkün olmadığını qeyd edib. Görüş zamanı nazirlər
01:31 Angela Merkel Fransada (VİDEO) "Normand dördlüyü"nün görüşünün Parisdə keçiriləcəyi ehtimal edilir Almaniya kansleri Angela Merkel Fransaya səfər edib. Mediaxeberleri.az xəbər verir ki, anstv-nin məlumatına görə, səfərin məqsədi Fransa prezidenti Fransua Ollandla Ukrayna münaqişəsinə dair müzakirələri davam etdirməkdir. Dünən
00:52 "Qərb Putinin heç bir sözünə inanmır” “Normandiya dördlüyü” - Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə yarım sutkadan çox davam edən danışıqları başa çatıb. Ukraynadakı münaqişənin həllinə dair Minsk razılaşmasının müddəaları da açıqlanıb. Politoloqlar isə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az