Paraüzgüçümüz dünya çempionu oldu
16-06-2022, 08:30
Yazar: Samir
Baxılıb: 408
Çap et
Azərbaycan Milli Paralimpiya Komitəsinin üzgüçülük üzrə yığma komandasının üzvü Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb. Komitədən bildiriblər ki, "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarının qalibi olan V.İsrafilov 100 metr məsafəyə brass üsulla üzgüçülək yarışında 1 dəqiqə 05,66 saniyəlik nəticə göstərib.
Beləliklə, millimizin dünya çempionatında qazandığı medalların sayını 4-ə çatıb.
Qeyd edək ki, daha əvvəl üzgüçümüz Roman Saley 1 qızıl və 2 gümüş medal qazanmışdı.
www.mediaxeberleri.az
Öz şərhini bildir: