t s

» » Azərbaycan Çində Qran-Pri yarışında 6 medal qazandı

Azərbaycan Çində Qran-Pri yarışında 6 medal qazandı

22-11-2015, 18:36 Yazar:  Afaq Baxılıb: 454 Çap et
Azərbaycan Çində Qran-Pri yarışında 6 medal qazandıMillimiz komanda hesabında 3-cü yeri tutub.

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-Pri yarışının üçüncü - sonuncu yarış günü də cüdoçularımız üçün uğurlu olub.

Azərbaycan Cüdo Federasiyasından Mediaxeberleri.az-a verilən məlumata görə, cüdo üzrə Azərbaycan milli komandası aktivinə daha 3 medal yazdırıb.

90 kq. çəki dərəcəsində yarışan Ramin Qurbanov mübarizəyə ikinci turdan, tatami sahibi Ksun Jao Çenqi məğlub edərək qoşulub. Daha sonra Monqolustan cüdoçusu Otqonbatar Lxaqvasurenə qalib gələn Qurbanov 1/4 finalda kubalı idmançı Esli Qonzalesə uduzaraq təsəlliverici görüşlərə qatılıb. Cüdoçumuz ilk qarşılaşmasında Böyük Britaniya təmsilçisi Enryu Bernsə qalib gəlib. Ramin Qurbanov bürünc medal uğrunda mübarizədə isə rusiyalı Kiril Voprosovu “ippon” fəndi ilə məğlub edərək qələbəni bayram edib.

100 kq. çəki dərəcəsində Azərbaycanı təmsil edən Elmar Qasımov yarışa yaponiyalı Rutaro Qoto və gürcü Quram Tuşişvilini məğlub edərək başlayıb. 1/4 finalda isə o, argentinalı Hektor Kampos və koreyalı Hvanq Min-Hoya qalib gələn komanda yoldaşı Elxan Məmmədovla qarşılaşıb. Azərbaycan duelindən qalib çıxan Məmmədov yarımfinalda Qazaxıstan cüdoçusu Maksim Rakova uduzub. Lakin cüdoçumuz Ukrayna təmsilçisi Artem Bloşenkonu məğlub edərək bürünc medal qazanıb.

Elmar Qasımov da təsəlliverici görüşlərdə xorvatiyalı Zlatko Kumriç və almaniyalı Karl-Rixard Frey üzərində qələbə qazananraq bürünc medala sahib olub.

Digər iki cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (100+) isə mübarizəni ilk döyüşdə məğlub olaraq dayandırıb.

Bununla da, Azərbaycan cüdoçuları Çin Qran-Prisini 6 medalla başa vurub. İlqar Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq) qızıl medal, Rüstəm Orucov (73 kq) gümüş medal, Ramin Qurbanov (90 kq), Elmar Qasımov (100 kq) və Elxan Məmmədov (100 kq) isə Qpan-Prinin bürünc medalına sahib olublar.

Millimiz komanda hesabında yalnız Yaponiay və Monqolustandan geri qalaraq 3-cü yeri tutub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:28 Cüdoçularımız Afrikada daha 3 medal qazanıb Mavrikiyanın paytaxtı Port-Lui şəhərində keçirilən Afrika açıq çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün daha uğurlu olub. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, çempionatın ikinci günündə idmançılarımız komandanın aktivinə
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla
14:17 Azərbaycanı "Bakı-2015" - də təmsil edəcək idmançıların adları açıqlanıb Azərbaycanı "Bakı-2015" I Avropa Oyunlarında təmsil edəcək idmançıların adları açıqlanıb. Heyətdə həm yerli, həm də legioner idmançılar var. Azərbaycan badminton, suya tullanma və sinxron üzgüçülükdə ən az sayda - 2 idmançı ilə təmsil olunacaq. Təmsilçilərin sayı baxımından ateltikada mübarizə
00:28 Cüdoçumuz qızıl medal qazandı Samsun şəhərində cüdo üzrə beynəlxalq Qran-pri yarışları keçirilir Azərbaycan cüdoçusu Rüstəm Orucov qızıl medal qazanıb. Türkiyənin Samsun şəhərində cüdo üzrə beynəlxalq Qran-pri yarışlarının ikinci günündə - martın 28-də milli komandamızın üzvü Rüstəm Orucov (73 kq) Çin, İsveç, Hollandiya və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az