t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » "İndi burada iki qələbə haqqında danışa bilərdik" - Canni De Byazi

"İndi burada iki qələbə haqqında danışa bilərdik" - Canni De Byazi

10-06-2022, 08:57 Yazar:  Samir Baxılıb: 450 Çap et
"İndi burada iki qələbə haqqında danışa bilərdik" - Canni De Byazi
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Slovakiya yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransı keçirib.

Mediaxeberleri.Az xəbər verir ki, italiyalı mütəxəssis sabahkı oyunla bağlı fikirlərini bildirib:


"Sabah qələbə üçün əlimizdən gələni edəcəyik. Əvvəlki matçlarda rəqiblərdən üstün oynadıq və keyfiyyətli oyun sərgilədik. Qol vura bilmədiyimizə görə üzülürük. Futbolda bu gün baş verməyən sabah nə vaxtsa gerçəkləşir. Bizi ağır oyun gözləyir. Slovakiyanın qrupun favoriti olduğunu əvvəlcədən bilirdik. Onların Qazaxıstana məğlubiyyəti bizim üçün gözlənilməz oldu.

Heyət seçimi ilə bağlı tənqid olunmağımla bağlı nəsə demək istəmirəm. Bu, sizin işinizdir. Hər kəs öz işini görür. Çox dərinliyə getmək niyyətində deyiləm. Amma heç kim deyə bilməz ki, son iki oyunda pis çıxış etmişik. Futbolda bu gün uduzursan, hamı səni pisləyir. Ancaq bir qələbə qazanan kimi səni tərifləyirlər. Statistikaya baxırıq, indi burada iki qələbə haqqında da danışa bilərdik. Futbolda hər şey baş verə bilər".

De Byazi rəqibin baş məşqçisi Ştefan Tarkoviçin Qazaxıstana məğlubiyyətdən sonra istefaya göndərilməsinə də münasibət bildirib: "Rəqib qrupumuzun ən güclüsüdür. Çox oyunçuları böyük liqalarda – İtaliyada, İngiltərədə çıxış edir. Yüksək keyfiyyətə malikdirlər. Onları analiz etmişik, futbolçularımıza da bunları izah etmişik. Ola bilsin ki, Qazaxıstanla oyundakı nəticəyə görə baş məşqçiləri dəyişilib. Həmin görüşə baxmışıq, çoxlu qol imkanları olub, lakin dəyərləndirə bilmədilər. Qazaxıstan 11 nəfərlə vuruşdu, sona qədər mübarizə apardı. Biz də sabah bu cür oynamalı və oyunu 11 nəfərlə tamamlamalıyıq. Lazımsız qayda pozuntuları etməməliyik".

66 yaşlı mütəxəssis ilk dəfə "Dalğa Arena"da yığmanı oyuna çıxaracağını xatırladıb: "Sabah yaxşı oyun keçirməliyik. İlk iki matçla müqayisədə daha az qol imkanımız ola bilər. Amma maksimum yararlanmalıyıq. Stadion ideal vəziyyətdədir. Ümid edirəm ki, sabah yaxşı çıxış edəcəyik və qələbə qazancağıq. Baxmayaraq ki, bizi çətin oyun gözləyir.

Dmitri Nazarov və Anatoli Nuriyevə az şans verməyimə gəlincə, hər ikisi fiziki cəhətdən hazırdır. Nuriyev Ukraynadakı müharibəyə görə bir müddət futbolsuz qaldı. Nazarov da təcrübəli oyunçudur, lazım gələndə bizə köməyi dəyəcək".

Qeyd edək ki, iyunun 10-da "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:52 Təəssüflər olsun ki, bunu bacarmadıq - Byazi Matça pozitiv başladıq. Komanda kimi inkişaf edirik. Qapıya 15 zərbə endirdik, amma təəssüflər olsun ki, qol vura bilmədik. Bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Serbiyada Belarusla qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyunundan sonra mətbuat
09:11 Yığmamızın Millətlər Liqasındakı rəqibləri bəlli oldu - YENİLƏNİB UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atılıb. İsveçrənin Montrö şəhərində COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. C Liqasında yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv Slovakiya, Belarus,
08:01 Prezident İlham Əliyev final oyununa baxdı - FOTO Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub. Mediaxeberleri.az Azərtac-a istinadən xəbər verir ki, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti
13:49 Azərbaycanın keçid balına görə ən güclü universitetləri - REYTİNQ Hər kəs çalışır ki, qəbul imtahanlarında yüksək bal toplasın və reytinqli ali təhsil müəssisəsinə daxil olsun. Çünki seçilən universitet tələbələrin gələcək iş həyatında da mühüm yer tutur. Mediaxeberleri.az Azərbaycanda I-II-III-IV-V ixtisas qrupları üzrə ən yüksək ballara görə universitetlərin
18:05 Rəcəb Babaşov “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş keçirdi - Qazaxda Bu gün Gənclər Mərkəzinin akt zalında Qazax rayonu İcra hakimiyyətinin başçısı Rəcəb Babaşov “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində 14-17 noyabr tarixlərində Lənkəran-Masallı-Astara istiqamətində tur-aksiyanın iştirakçıları və valideynləri ilə görüş keçirdi. Mediaxeberleri.az xəbər verir ki,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az