2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının parlaq qələbəsi ilə başa çatdı. Şəhid olmuş və yaralanmış igid oğullarımızın qanı və canı bahasına qazanılan bu qələbə hərb tariximizin şanlı səhifəsi kimi əbədi yaşayacaq.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin vurğuladığı kimi: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.
Azərbaycan Silahlı Qüvvələrinin Alı Baş Komandanı cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı əks-hücum əməliyyatlarının başladığı ilk günlərdən könüllü olaraq cəbhəyə gedən, müqəddəs amal uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksələn vətənpərvər oğullarımızdan biri də Ağstafa rayonunun Qırılı kənd sakini Elvin İmaməliyev oldu.
İmaməliyev Elvin Elsevər oğlu 1989-cu il mayın 9-da Ağstafa rayonunun Qırılı kəndində ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini Qırılı kəndi S.Əliyev adına orta məktəbdə bitirdikdən sonra Azərbaycan Dillər Universitetində (ADU) xarici dil müəllimliyi(fransız dili) ixtisası üzrə ali təhsil alıb. 2012-ci ildə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələrinə əsasən Ağstafa rayonunun Qırılı кənd tam orta məкtəbində müəllim olaraq fəaliyyətə başlayıb. 2019-cu ildə isə direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edib və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məкtəbə direкtor təyin edilib. Elvin Ağstafanın ən gənc direktoru kimi adını tarixlərə yazdırmışdı. Yeni Azərbaycan Partiyasının (YAP) Ağstafa Rayon Şöbəsinin Gənclər Birliyinin sədri idi.
"Vətən Müharibəsi"-nin ilk günlərindən könüllü olaraq ordu sıralarına qatılaraq ön cəbhədə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Qələbəmizə 1 gün qalmış noyabrın 9-da Şuşa şəhəri yaxınlığında, Qırmızı bazar qəsəbəsində ağır yaralanaraq şəhid olub. Canından vətənə can verən, qanı ilə vətən torpağını suvaran cəsur yeganə məktəb direktoru olmuş Elvin İmaməliyev Ağstafa rayonu Qırılı kənd qəbirisanlığında dəfn edilib. Şəhidlərimiz başımızın tacıdır. Biz onları unutmayacağıq! Unutmağa haqqımız da yoxdur! Biz onlarla fəxr edirik! Allah şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun. Amin!”
Vəfatından sonra Prezident İlham Əliyevin verdiyi sərəncama əsasən, İmaməliyev Elvin Elsevər oğlu "Vətən Uğrunda", “Cəsur döyüşçü” və "Şuşanın işğaldan azad olunmasına görə" medalları ilə təltif olunub.
Evli idi,2 oğul övladı yadigar qalıb
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Ələddin Kəsəmənli
“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü,
Mediaxeberleri.Az İnformasiya Portalının Baş redaktoru
Öz şərhini bildir: