t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » TOVUZDA SAZ-SÖZ SƏNƏTİ NÜMAYƏNDƏLƏRİNİN İŞTİRAKI İLƏ KONSERT KEÇİRİLİB

TOVUZDA SAZ-SÖZ SƏNƏTİ NÜMAYƏNDƏLƏRİNİN İŞTİRAKI İLƏ KONSERT KEÇİRİLİB

3-06-2022, 08:18 Yazar:  Samir Baxılıb: 741 Çap et
TOVUZDA SAZ-SÖZ SƏNƏTİ NÜMAYƏNDƏLƏRİNİN İŞTİRAKI İLƏ KONSERT KEÇİRİLİB
Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı, Tovuz rayon İcra Hakimiyyətinin dəstəyi ilə Tovuz rayonunda Tovuz, Qazax, Ağstafa aşıqlarının iştirakı ilə konsert proqramı keçirilib.

Mediaxeberleri.Az
xəbər verir ki, Nizami adına Mədəniyyət Mərkəzində aşıq sənəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin Başçısı Məmməd Məmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor, şöhrət ordenli Məhərrəm Qasımlı, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, rayon ictimaiyyəti, müxtəlif idarə və qurumların rəhbər və kollektivləri, mədəniyyət işçiləri iştirak edib. Tədbirdə həmçinin, fəxri qonaq qismində Əməkdar Mədəniyyət İşçisi Aşıq Əli Quliyev, Əməkdar Mədəniyyət İşçisi Aşıq Əlixan Niftəliyev, Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, şair Barat Vüsal, Aşıq Camoy, Aşıq Məmməd, şair Səhlədar Hidayətoğlu, şair Tahir Çaylı, Aşıq Hüseyn Əzizoğlu, Aşıq Zakir Bayramov və başqaları iştirak edib.

Konsertdən öncə Mərkəzin foyesində təşkil olunmuş klassik aşıqların şəxsi əşyalarından, müxtəlif arenalarda çıxışlarını əks etdirən fotolardan, orden və medallarından, fəxri adlarının diplomlarından, fəxri fərmanlarından, onların haqqında yazılmış və özlərinin müəllifi olduğu kitablardan ibarət sərgiyə baxış keçirilib.
Rəsmi hissədə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı çıxış edərək ölkəmizdə aşıq sənətinə verilən qiymətdən, Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın bu sənətə diqqət və qayğısının nəticəsi olaraq aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsindən danışıblar. Çıxışlarda həmçinin, bölgə aşıqlarının iştirakı ilə keçirilən bu tipli tədbirlərin regionda aşıq sənətinin inkişafında müstəsna rolu olacağı vurğulanıb.

Tamaşaçılar tərəfindən böyük maraq və davamlı alqışlarla qarşılanan konsert proqramında Kamandar Ələsgəroğlunun rəhbəri olduğu Aşıq Əsəd Rzayev adına Tovuz şəhər Uşaq Musiqi Məktəbinin “Misri” ansamblı, həmçinin, Aşıq Şəmşəd Elmanoğlu, Aşıq Günel Tovuzlu, Aşıq Samir Cəlaloğlu, Aşıq İradə, Aşıq Eldar Əsədoğlu, Aşıq Maksim Muğanlı, Aşıq Hüseyn İncəli və Aşıq Mahal cütlüyü, Aşıq Rauf, paytaxtdan dəvət olunmuş Aşıq Şəhriyar Qaraxanlı, Aşıq Elməddin Tovuzlu və başqaları, həmçinin, qocaman xanəndə İsmayıl Məmmədov solo ifalar və dastanlardan parçalar səsləndiriblər.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi


TOVUZDA SAZ-SÖZ SƏNƏTİ NÜMAYƏNDƏLƏRİNİN İŞTİRAKI İLƏ KONSERT KEÇİRİLİB
TOVUZDA SAZ-SÖZ SƏNƏTİ NÜMAYƏNDƏLƏRİNİN İŞTİRAKI İLƏ KONSERT KEÇİRİLİB
TOVUZDA SAZ-SÖZ SƏNƏTİ NÜMAYƏNDƏLƏRİNİN İŞTİRAKI İLƏ KONSERT KEÇİRİLİB
TOVUZDA SAZ-SÖZ SƏNƏTİ NÜMAYƏNDƏLƏRİNİN İŞTİRAKI İLƏ KONSERT KEÇİRİLİB




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:48 ÖZÜMÜN HAQQIM VAR BARAT ÇAĞRILIM, SÖZÜMÜN HAQQI VAR YAŞAMAQ ÜÇÜN… 2021-ci ilin mart ayında Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın 70 yaşı tamam olacaq. Yubiley münasibətilə onun yaradıcılığı haqqında görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin söylədikləri
19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az