t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Yalançı qəhrəmanlar və əfsanə uyduranlar -Tarix müəllimindən araşdırma

Yalançı qəhrəmanlar və əfsanə uyduranlar -Tarix müəllimindən araşdırma

1-06-2022, 23:34 Yazar:  Samir Baxılıb: 724 Çap et
Yalançı qəhrəmanlar və əfsanə uyduranlar -Tarix müəllimindən araşdırma
Erməni rejissor K.Şahnazarovun filminin qəhrəmanlarından biri deyir ki, yalan danışmağa başlayandan sonra özüm də bilmədən daha böyük zirvəyə qalxıram. Bu nöqteyi nəzərdən Qafqazın son iki yüzillik tarixinə baxsaq Baron Münhauzenin sərgüzəşləri yada düşür.



Həm çar Rusiyası, həm də Sovet dövründə ermənilərin mərkəzə daha yaxın olması, onları tarix sahəsində geniş imkanlara sahib olmasını şərtləndirmişdir. SSRİ dövründə yazılan tarix kitablarında Qafqaz deyəndə elə birinci ermənilər göstərilir. Əgər məlum coğrafiyada dünya elminə, hərb sənətinə töhfələr verən bizlər var idiksə, onda hansısa mifik erməni dövlətindən danışmaq ən azı gülüncdür.

Rəvayət belədir ki, Vanın qərbində Ermənistan dövləti olub. E.ə 95-56 -cı illərdə II Tiqran onu daha da gücləndirib. Tiqran bütün erməni tayfalarını birləşdirib və Xəzərə qədər əraziləri tutub. Məsələnin gülünc tərəfi odur ki, bu Tiqran erməni yox Parfiyalı idi. Kiçik Asiyada yaşayan müxtəlif tayfaları birləşdirib. Digər tərəfdən, tarix kitablarında bu yazı və saxta xəritələrin ortaya çıxması artıq bəllidir. Akademik N.Cəfərovun kitabından balaca bir məsələni xatırlatmaq istərdim. M.C.Bağırovun məhkəməsi zamanı ona bildirirlər ki, nə üçün Böyük Sovet ensklopediyasının baş redaktoru Suren Şaumyanı (S.Şaumyanın oğlu) təhqir etmisən? M.C.Bağırov cavab verir ki, Bakıdan qovmuşam. Bir dəstə (tarixçilərlə) adamla gəlib arxivlərimizi ələk-vələk etmək istəyirdi. Məncə əlavə şərhə ehtiyac yoxdur. Ermənilər nə qədər çalışsalarda Qafqazda türk izini itirməyə nail ola bilmirdilər. Yeri gəlmişkən 26-lar və onun törəmələri Azərbaycana daha böyük zərbələr endirib.

Çar Rusiyası dövründə maddi-mədəniyyət abidələrimiz daşınması, min illik qəbirlərimizin açılması Sovet dövründə də davam etdi. Bu saxtakarlığın başında duranlardan elə birincisi SSRİ Nazirlər Sovetinin sədri A.İ.Mikoyandır. Mikoyanın siyasi kariyerası əsl erməni xarakterinə uyğundur. Azərbaycandan oğurladığı sərvət hesabına Sovet Rusiyasında yüksək vəzifələrə qalxır. Ən başlıcası isə Romanovlar sülaləsinə məxsus ziynət kolleksiyaların xaricə, xüsusi kolleksionerlərə satılması ilə məşğul olaraq bolşevik Rusiyasında böyük bir ticarət lobbisi yaradaraq hətta siyasi proseslərə təsir etməyi bacarır. Bu alverçinin bir insan kimi hansı keyfiyyətə malik olmasını bir əhvalat çox gözəl xarakterizə edir. Bir gün Mikoyan dostlarının qonağı imiş. Küçədə şıdırğı yağış başlayır. Evə getmək istəyən Anastasa çətir təklif edirlər. O, isə əvəzində mən şırnaxların arası ilə gedəcəm cavabını verir. Mikoyanın müəyyən mənsəbə çatmasında Bolşevizmin dayağı olan Bakının rolu misilsizdir.
Bakı Sovetinin fəaliyyəti məlumdur. Hətta o dərəcədə məlumdur ki, müasir erməni təbliğatının fəal nümayəndələrindən biri Satanovski Bakını da Erməni şəhəri adlandırır. P.Medvedev yazır ki, Stalin bir gün Mikoyanı yanına çağırıb deyir ki, 26 Bakı komissarlarının həbsi və güllələnməsi hələ də qaranlıq və qarışıqdır. Onlardan yalnız biri (26-lardan) sən Anastas sağ qalmısan. Bizi məcbur etmə ki, bu tarixə aydınlıq gətirək. Əslində Stalinin məqsədi Mikoyanı özünün sədaqətli köpəyinə çevirmək idi.

Əlbəttə, çox şeyə aydınlıq gətirmək nə qədər gözəl olardı. İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş erməni generallarının bu mərtəbəyə qalxması nə şəxsi keyfiyyəti, nə də qabiliyyəti bağlıdır. Onların bu vəzifəyə qalxması sadəcə olaraq bir erməni həmrəyliyidir. İ.X.Baqramyan heç də şərəfli olmayan bir ömür yolu keçib. Erməni dini tərbiyə görüb. Stalinin sözü yada düşür ki, erməni kilsəsi keşiş yox marşal yetirir. Baqramyan 1918-1921-ci illərdə Erməni daşnak ordusunda xidmət edib. Azərbaycan və Osmanlı əyalət kəndlərinə basqınlar törədib, adi quldurluqla məşğul olub. Etdiyi cinayətləri gizlətmək üçün isə bolşeviklərə qoşulur. 30-cu illərdə Ali Qərargah akademiyasında təhsil alıb. Ziddiyyətli və qaranlıq keçmişi ilə qarşılaşdıqda isə A.İ.Mikoyan onun köməyinə gəlir. 1941-1945-ci illər müharibəsi dövründə birdən birə dörd general rütbəsi alması ən azı təəccüblü görünür. Onun həmin illərdə həyata keçirilən irimiqyaslı hərbi əməliyyatlardan xəbəri belə yox idi. 1942 –ci ildə Xarkov, Rjev, Jizdrı şəhərləri uğrunda gedən döyüşlərdən nə rus, nə erməni tarixçiləri danışmağı xoşlamırlar. Çünki, oradakı döyüşlər bu gün də dünyanın müharibələr tarixində alman ordusunun həyata keçirdiyi çox unikal əməliyyatlar hesab edilir. Həmin vaxt ordu qəragah rəisi erməni “strateqi” Baqramyanın fəaliyyəti nəticəsində nəinki əlverişli strateji şəhərlər itirilir, eyni zamanda, sovet qoşunları 4 mln əsgər və yüksək rütbəli zabit itirir. Təkcə Jizdrı (Bryansk vilayəti ) uğrunda gedən döyüşlərdə sovet ordusu 16 –cı ordunun komandanı Baqramyanın qabiliyyətsizliyi nəticəsində hərbi texnikanı çıxmaq şərti ilə 73 min əsgər və zabit itirir. Pribaltika cəbhəsinin komandanı Bağramyan Baltik dənizindən götürdüyü suyu Kremlə, Stalinə göndərir. Hədiyyə Kremlə çatar-çatmaz alman ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Pribaltika cəbhəsi həmin ərazidən qovulur. Stalin həmin suyu geri qaytarır və deyir ki, Baqramyana çatdırın ki, suyu dənizə töksün. Maraqlı cəhət odur ki, bütün bu cinayət tərkibli fəaliyyətə görə heç kəs bu erməniyə güldən ağır söz demir. Müharibə dövründə bu cür cinayətlər bağışlanır, və yaxud görməməzliyə vurulur. Müharibədən sonra bu qoca erməni Jukov Konev qarşıdurmasında əsas iştirakçı olub. Şişirdilmiş marşal hesab edilən Baqramyan yalnız ictimai işlərlə məşğul olur.

Stalinin sanbalı olmayan marşal adlandırdığı Armenak Artemoviç Xanferyans və yaxud aviasiya marşalı Xudyakov. Əvvəla onu demək lazımdır ki, görkəmli sovet hərbi təyyarəçiləri alman təyyarəçilərinin daha üstün olduqlarını etiraf ediblər. Xanferyansa gəldikdə isə, bu erməninin daha bir dayağı Stalinin ikinci oğlu V.Stalin idi. Onun həyatı başdan ayağa sirdir. Ancaq bu məlumdur ki, Mancuriyada Yaponlara qarşı mübarizə aparan kommunistlərə göndərilən pulu mənimsədiyi üçün 1950-ci ildə hərbi Tribunalın qərarı ilə bütün rütbə və mükafatlardan məhrum edilərək vətən xaini kimi güllələnmişdi. Çar Rusiyası və Sovet dövründə erməni işbazlarının maddi yardımı ilə bir erməni fenomeni yaradıldı. Uzun müddət Sovet dövründə çəkilən müharibə filmlərində bu və ya digər formada ermənilərlə bağlı nə isə xatırlanırdı. Sovet ittifaqı dağıldıqdan sonra Rus mediasında bu erməni obrazı daha da şişirdildi. Erməni dəyirmanına su töküb daha çox varlanmaq istəyənlərin sayı çoxaldı. Rusiyadakı ermənilər əslində bu ölkənin informasiya şəbəkəsini ələ keçirdilər. Eyni ilə 90-cı illərdə Azərbaycanın daxilində və xaricində baş verən hadisələr də ermənilərin əlinə yaxşı imkanlar verdi, Qafqazın qədim xalqının qəhrəman obrazı yaradıldı. Demək olar ki, dünya terror şəbəkəsinin ən ləyaqətsiz üzvləri o qədər də ədalətli olmyan Avropa məhkəmələrindən qaçaraq Azərbaycanda, Qarabağda cəmlənmişdilər. Fransa, ABŞ və Rusiyanın hakim dairələrinə yaxın olan ermənilər, bu olkələrin bütün gizli təşkilatları ilə birlikdə xalqımızın üzərinə hücuma keçmişdilər. Elə bil ki, erməni teror təşkilatlarının Moskva metrosunda, Paris hava limanında və dünyanın bir sıra ölkəsində törətdikləi terror aktları unudulmuşdu. Onların istər Azərbaycanda, istərsə də Gürcüstanda etdikləri “qəhrəmanlıqlar” yaxın keçmişdir. Gürcüstanda Marşal Baqramyan adına batalyonun törətdiyi cinayətlər gürcülərin yaxşı yadındadır. Əslində Qafqazdakı hadisələrin bu cür inkişaf etməsi onu göstərirdi ki, erməni proyekti işə düşüb.

Sovet ittifaqı dağıldıqdan sonra Qarabağda baş verən hadisələr yeni bir dəstə sərkərdələrinin meydana çıxmasına səbəb oldu. Onlardan biri, Əfqanıstanda Sovet kontingentinin qərargah rəisi N.Ter-Qriqoryan idi. Əfqanıstandakı sovet qoşunlarının əfqan mücahidlərinin əlində oyuncağa çevrilfiyini nəzərə alsaq, bu zabitin qabiliyyətinə söz ola bilməz.

Əslində Vətən müharibəsi dövründə KİV-lərdəki erməni təbliğatını Ali baş komandanımızın müxtəlif agentliklərə verdiyi müsahibələr darmadağın etdi. Bu dünya informasiya tarixində görünməmiş hadisə idi. Bir ordu ideoloji sahədə, digəri cəbhədə erməniləri darmadağın edirdi. Bu darmadağın təkcə erməniləri yox, onların havadarları üçün də gözlənilməz idi. Ermənilərin illərlə yaratdığı təbliğat maşını dövlət başçımız tərəfindən məhv edilmişdi. Müzəffər Azərbaycan ordusu isə bir-birinin arxasınca şəhər və kəndlərimizi azad edirdi. 30 il ərzində yaradılmış erməni əfsanəsi sındırlmış və Azərbaycan əsgərinin ayaqları altında qalmışdı. Həm diplomatik sahədə, həm cəbhədə qələbə o qədər möhtəşəm idi kı, erməni dövlət başçılarının və hətta müxalifət liderlərinin verdiyi müsahibələr onları gülünc vəziyyətə salırdı. Ermənilər həmişə qorxaq və yalançı olub, kiminsə kölgəsində gizlənib, namərdcəsinə arxadan zərbə vurublar. Birdə ki, bütün Rusiya kanallarında lətifə danışıb, ən yaxşı təlxək obrazı yaradanlar da məhz ermənilərdir.

Fransanın prezidentlərindən biri R.Puankarenin məşhur bir sözü əsl erməni obrazını xarakterizə edir: "Haqsızlıqla yaranan, şərəfsizliklə yıxılar".



BDU Qazax filialının müəllimi

Qurbanov Dilavər İsgəndər oğlu




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:47 “20 AZƏRBAYCANLININ ADINI İRAN PREZİDENTİNƏ VERDİM...” – Prezident İlham Əliyevin ADA-dakı çıxışının TAM MƏTNİ Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident. Zati-alilərinizi
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
15:09 24 APREL 1915-Cİ İL HADİSƏLƏRİ: “ERMƏNİ SOYQIRIMI”, YOXSA ERMƏNİ XƏYANƏTİ?.. Əli Həsənov Tarix elmləri doktoru, professor Bir əsrdən artıqdır ki, Ermənistan dövləti başda olmaqla bütün dünya erməniləri, müxtəlif yollarla cəlb etdikləri muzdlu ideoloqlar, bəzi antitürk dairələri və çoxsaylı erməni havadarları da daxil bəşər cəmiyyətini inandırmağa çalışırlar ki, “XX əsrin
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az