t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Azərbaycanda torpaq mülkiyyəti necə bölünüb? - İLGİNC FAKTLAR - ARAŞDIRMA

Azərbaycanda torpaq mülkiyyəti necə bölünüb? - İLGİNC FAKTLAR - ARAŞDIRMA

28-05-2022, 07:41 Yazar:  Samir Baxılıb: 228 Çap et
Azərbaycanda torpaq mülkiyyəti necə bölünüb? - İLGİNC FAKTLAR - ARAŞDIRMA
Kənd təsərrüfatı torpaqlarından istifadədə fantastik qeyri-bərabərliyin statistik mənzərəsi Azərbaycanda milli sərvət statistikası da mövcud deyil. Halbuki BMT də daxil olmaqla bir sıra mühüm beynəlxalq qurumların ekspertlərinin ortaq şəkildə hazırladığı milli hesablar sistemi ilə bağlı metodologiyaya görə, bu sistemin statistik bazasını təşkil edən əsas göstəricilərdən biri məhz ölkədə milli sərvətə dair məlumat bazasının yaradılmasıdır.

Bu bazada iqtisadiyyatın bütün institusional vahidlərinə (ev təsərrüfatları, biznes, dövlət qurumları, maliyyə institutları və s.) məxsus həm maliyyə, həm də qeyri-maliyyə sərvətlərinin həcminə dair təfsilatlı statistik məlumatlar toplanmalıdır. Rəsmi statistikanın milli sərvət statistikasını formalaşdıracağı halda, sərvətin təmərküzləşməsi ilə bağlı hesablamaların aparılması da problem olmaz. Təəssüf ki, Azərbaycanda milli sərvət statistikası yarımçıqdır və sərvət hesabı ümumiyyətlə mövcud deyil. Hazırda əmlak və vergi sisteminin, eləcə də bank-maliyyə institutlarının məlumat bazası bu sərvət statistikasının formalaşdırılması üçün yetərli informasiyalar təqdim edə bilsə də, belə bir statistikanın yaradılması siyasi iradə tələb edir. Necə ki 17 ildir qanun qəbul edilməsinə baxmayaraq, Azərbaycanda vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsinin təqdim edilməsi təmin olunmur.

Bu istiqamətdə rəsmi qurumlardan, amma qeyri-rəsmi formada əldə edə bildiyimiz başqa bir statistik məlumat Azərbaycanda subsidiya ödənilən kənd təsərrüfatı (əkin) təyinatlı torpaqların bölgüsü ilə bağlıdır və bu məlumatlar 2020-ci ilə aiddir. Nəzərə alaq ki, Azərbaycan məşğulluğun strukturu və əhalinin böyük hissəsinin qazanc mənbəyi baxımından aqrar ölkə standartlarına uyğundur. Rəsmi statistik məlumata görə, məşğul əhalinin 36%-dən də çoxu aqrar sektorda çalışır – söhbət 1,8 mln. nəfərə yaxın əmək qabiliyyətli əhalidən gedir. Bu baxımdan 100 minlərlə ailənin bağlı olduğu bir sektorda əsas istehsal vasitəsi olan kənd təsərrüfatı təyinatlı torpaqların fermerlər arasında bölgüsü son dərəcə əhəmiyyətli göstəricidir. Torpaqların bölgüsündə qeyri-bərabərlik artdıqca aqrar sektorun böyük olmayan gəlirlərinin (ölkə üzrə milli gəlirin təxminən 5%-i kənd təsərrüfatında formalaşır) də paylanmasında bərabərsizliyin miqyası böyüyür. Aydın məsələdir ki, adambaşına torpağı 1 hektarı ötməyən ən az torpağa sahib 10% ev təsərrüfatları ilə minlərlə hektar torpaq mülkiyyətinə sərəncam verən ən böyük 10% torpaq mülkiyyətçilərinin qazancları arasında da analoji miqyasda uçurum yaranır.

Əldə olan statistik baza hansı mənzərəni ortaya çıxarır?

Aşağıda təqdim olunan cədvəldə desil qrupları (subsidiya alan torpaq istifadəçilərinin 10 bərabər hissəyə bölünməsi) üzrə subsidiya verilən torpaqların bölgüsü təqdim olunub:

Təqdim olunan məlumatlardan göründüyü kimi, ən az torpaq sahəsinə malik 10% torpaq istifadəçisinin sərəncamında subsidiya alınan bütün torpaq fondunun cəmi 1,3%-i, ən çox torpaq sahəsinə malik 10% torpaq zənginlərinin sərəncamında isə torpaq fondunun 45,8%-i olub.

Kvintil qrupları üzrə götürsək, ən az torpağa sahib 20% torpaq istifadəçisinin sərəncamında bütün subsidiya verilən torpaqların 3,7%-i, ən yüksək paya sahib 20% torpaq istifadəçisinin sərəncamında isə 59,2% torpaq fondu cəmlənib.

Yalnız əkin torpaqlarının konsentrasiyası əsasında Gini əmsalı hesablansa, sərvət və gəlir bərabərsizliyini ölçən bu göstəricinin səviyyəsi 0,56-ya bərabərdir. Bu, həddən artıq yüksək qeyri-bərabərlik səviyyəsi hesab edilir. Məlum olduğu kimi, Gini əmsalı amerikan iqtisadçı Maks Otto Lorensin adı ilə bağlı olan Lorens əyrisinin köməkliyi ilə hesablanır və 0-1 intervalında dəyişir ( “0” tam bərabərliyi, “1” isə qeyri-bərabərliyi əks etdirir). Ən zəngin 20%-lik qrupla ən yoxsul 20%-lik qrup arasında gəlir fərqi nə qədər böyük olarsa, Gini əmsalı 1-ə o qədər yaxınlaşır və ölkədə gəlir qeyri-bərabərliyinin yüksək olduğunu, milli gəlirin ədalətsiz bölüşdürüldüyünü əks etdirir. Göstəricinin səviyyəsi 0,4-ü ötdükdə, bu artıq sərvət və gəlir bərabərsizliyində kritik hədd hesab edilir. İndi təsəvvür edin ki, aqrar sahə kimi gəlirli olmayan bir sektorda mülkiyyət bölgusündə bu qədər qeyri-bərabərlik varsa, turizm, emal sənayesi və maliyyə sektoru kimi nəhəng qazancların olduğu sektorlarda bərabərsizlik hansı kritik səviyyədədir.

Rövşən Ağayev
Ölkənin aparıcı müstəqil iqtisadçılarındandır. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin sədr müavinidir.
(Bu yazı müəllifin eyni adlı araşdırmasının müəyyən ixtisarla təqdim olunub)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:47 “20 AZƏRBAYCANLININ ADINI İRAN PREZİDENTİNƏ VERDİM...” – Prezident İlham Əliyevin ADA-dakı çıxışının TAM MƏTNİ Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident. Zati-alilərinizi
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
21:50 Qazax rayonu sosial-iqtisadi inkişafın yeni mərhələsində İnkişaf və tərəqqinin dəyişməz ünvanlarına çevrilən Qazax rayonu ölkənin səmərəli regional iqtisadi siyasətinə öz töhfələrini verməkdə davam etməkdədir. Regionların sosial-iqtisadi inkişafına, onların əhəmiyyətli istehsal gücünə, təminat qabiliyyətli iqtisadiyyata və digər amillərin vəhdətindən
23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az