t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Bakı İrəvandan Xocalı cəlladlarını tələb edir – Qisas əməliyyatı

Bakı İrəvandan Xocalı cəlladlarını tələb edir – Qisas əməliyyatı

25-05-2022, 09:41 Yazar:  Samir Baxılıb: 371 Çap et
Bakı İrəvandan Xocalı cəlladlarını tələb edir – Qisas əməliyyatı
Azərbaycan Ermənistandan Xocalı soyqırımında iştirak edən erməni komandirlərin cəzalandırılmasını tələb edir.Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri mənbələrinə istinadən yazıb.

İddiaya görə, 44 günlük müharibədən sonra Əliyevlə Paşinyan arasında danışıqların əsas məqamlarından biri də Xocalı ilə bağlıdır.

“Əliyev Xocalıda iştirak edən erməni komandirlərdən müxtəlif yollarla intiqam alır. 44 günlük müharibədə əsas hədəflərdən biri də məhz həmin komandirlər idi. Bununla yanaşı, Əliyev Paşinyandan Xocalıda iştirak edən komandirlərin adlarını və digər təfərrüatları tələb edir. Əsas tələb odur ki, həmin şəxslər bu və ya digər formada cəzalandırılmalıdır. Hərbi kulislərdən gəzən məlumatlara görə, Paşinyan hakimiyyətinin bu komandirləri cəzalandırması da Bakının tələbinin yerinə yetirilməsidir”, - nəşrə danışan mənbə iddia edib.

“Hraparak” nəşrinin revanşist qüvvələrə yaxın olduğunu nəzərə alsaq, bunu Paşinyan hakimiyyətinə qarşı iddia hesab etmək olar, lakin o da həqiqətdir ki, Vətən müharibəsində 30 illik işğala son qoyan Azərbaycan Birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi vandalizmin nəticələrinə qarşı da bir neçə istiqamətdə işləyir:

- itkin düşmüş 4 min azərbaycanlının taleyinə aydınlıq gətirilməsi tələbini danışıqlar masasının əsas şərtləri sırasına daxil edib;
- erməni vandalizminə hüquqi müstəvidə qiymət verilməsi məqsədilə beynəlxalq səviyyədə addımlar atılır;

Şübhəsiz ki, Xocalı soyqırımını törədənlərə qarşı qisas əməliyyatının davam etdirilməsi də hədəflərdən biridir. Prezident İlham Əliyevin sülh əldə olunsa belə, bizə qarşı törədilən vəhşilikləri unutmayacağıq sözləri bu gözləntini gücləndirir.

Sonda sülh sazişi, yaxud kapitulyasiya ilə başa çatan müharibələrdə qisas əməliyyatının davam etdirilməsi presedentləri mövcuddur. Misal üçün, yəhudi soyqırımını törədən nasistlərin bir çox müharibədən sonra gizlənməyə çalışsa da, onların bir-bir müəyyən edilməsi və cəzalandırılması əməliyyatı onilliklər boyunca davam etdi. Azərbaycan da Ermənistanla sülh sazişinin imzalanmasına nail olmaqla yanaşı, XX əsrin ən dəhşətli soyqırımılarından olan Xocalını unutmur və erməni nasistlərə qarşı qisas əməliyyatını rəfə qaldırmır. 44 günlük müharibədə bu əməliyyata start verildiyini deyə bilərik. Bundan sonra Xocalı cəlladlarının adlarının müəyyən edilməsi, onların beynəlxalq məhkəmələr qarşısına çıxarılması istiqamətində işləməklə yanaşı, Ermənistan hakimiyyəti qarşısında bu və ya digər formada cəzalandırılması tələbinin qoyulduğu da istisna deyil. Bu cəlladların və onların bağlı olduğu klanın Paşinyan hakimiyyətinə və Ermənistanın gələcəyinə təhlükə olduğunu nəzərə alsaq, Bakının belə bir tələbinin İrəvan tərəfindən ən azı “düşünməyə dəyər” məsələ olduğunu deyə bilərik.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:47 “20 AZƏRBAYCANLININ ADINI İRAN PREZİDENTİNƏ VERDİM...” – Prezident İlham Əliyevin ADA-dakı çıxışının TAM MƏTNİ Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident. Zati-alilərinizi
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
12:31 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR. Mediaxeberleri.az xəbər verir ki, 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ ilə bağlı professor Əli Həsənov özünün facebook səhifəsində yazaraq izləyiciləri ilə bölüşüb. 31 mart hər il dünyada Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur və
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az