t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » PREZİDENT ƏLİYEVDƏN İRƏVANI İFŞA EDƏN AÇIQLAMA - "Razılaşdırılmış görüşü ləğv etdi..."

PREZİDENT ƏLİYEVDƏN İRƏVANI İFŞA EDƏN AÇIQLAMA - "Razılaşdırılmış görüşü ləğv etdi..."

18-05-2022, 20:40 Yazar:  Samir Baxılıb: 480 Çap et
PREZİDENT ƏLİYEVDƏN İRƏVANI İFŞA EDƏN AÇIQLAMA - "Razılaşdırılmış görüşü ləğv etdi..."

Dövlət başçısı: "Ermənistan hökumətinin çox qəribə addımları yaranan müəyyən etimadı pozur"

"Ermənistan hökumətinin çox qəribə addımları yaranan müəyyən etimadı pozur". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında bildirib.

Prezident qeyd edib: "Biz Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdik. Çünki təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədimiz, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır. Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdır ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar".

İlham Əliyev daha sonra deyib: "Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur.

Azərbaycan hər zaman öhdəliklərə sadiq olub. Aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdiksə, biz buna sadiq idik. Lakin, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:28 Mərhum şair Eldar Nəsibli Sibirelin bu gün 70 illiyidir Bu gün çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, hamımızın əzizimiz, "Bura Qazaxdır, oğlum" şeiri ilə Qazaxın xəritəsinin sözlə rəsmini çəkən şair Eldar Nəsibli Sibirelin 70 yaşı tamam olur. Həyatın keşməkeşli yolları ömür boyu Eldar Nəsiblini təqib etdi. Sovetlərin məhvedici
12:21 Gölün “yuduğu” qəbirlər - REPORTAJ 30 il əvvəl torpaqlar ilə yanaşı qəbiristanlıqları da işğal edilən məcburi köçkünlər - şuşalılar, laçınlılar, cəbrayıllılar və digər rayonların sakinləri dünyadan köçən yaxınlarını dəfn etmək üçün Azərbaycanın ayrı-ayrı bölgələrində yeni qəbiristanlıqlar salmağa məcbur oldular. Ölkənin bir çox
10:08 Azərbaycanın 5 bankına "Pozitiv" qiymət verildi - MƏŞHUR AGENTLİK MƏLUMAT YAYDI Qlobal maliyyə-iqtisadi reytinq xidməti "Moody’s Investor Service" ötən gün 5 Azərbaycan bankının – Beynəlxalq Bankın, Kapital Bankın, Xalq Bankın, Bank Respublikanın və Bank of Bakunun reytinqini qismən yeniləyib. Marja Moody’s-in yaydığı məlumata istinadən xəbər verir ki, ölkədə son dövrlərdə
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
15:21 Eldar Quliyevin həyat yolu, xidməti və fəaliyyəti 1958-ci ildə Laçın rayonunda anadan olmuşdur.1977-ci ildə Gəncə şəhər baza inşaat texnikomunu, 1985-ci ildə Azərbaycan Dövlət Xalq Təsərüfatı İnsitutunu (İndiki Azərbaycan Dövlət İqtisad Universiteti ) bitirmişdir.1977-1979-cu illərdə hərbi xidmərdı olmuşdur.SOV.İKP.MK-nin 16 mart, Azərb. KP.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az