t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » “PAŞİNYAN SÜLHDƏN İMTİNA ETDİ, MÜHARİBƏYƏ HAZIRLAŞIR...” – “Azərbaycan antiterror əməliyyatlarını gündəmə gətirməlidir”

“PAŞİNYAN SÜLHDƏN İMTİNA ETDİ, MÜHARİBƏYƏ HAZIRLAŞIR...” – “Azərbaycan antiterror əməliyyatlarını gündəmə gətirməlidir”

18-05-2022, 09:50 Yazar:  Samir Baxılıb: 384 Çap et
“PAŞİNYAN SÜLHDƏN İMTİNA ETDİ, MÜHARİBƏYƏ HAZIRLAŞIR...” – “Azərbaycan antiterror əməliyyatlarını gündəmə gətirməlidir”
Mayın 16-da Moskvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Xatırladaq ki, bu Baş nazirin son 1 ayda Moskvaya ikinci səfəridir. Paşinyan bu dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) liderlərinin görüşündə iştirak məqsədilə Rusiya paytaxtına gedib.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, V.Putin iki lider arasında həm ikitərəfli, həm də regional problemlər üzrə mütəmadi kontaktların olduğunu qeyd edib.

“Biz "Qarabağ probleminin" tənzimlənməsində fəal şəkildə və artıq üçtərəfli formatda, Azərbaycandan tərəfdaşlarımızla birlikdə işi davam etdiririk”, – o deyib.

Paşinyan isə Putinə deyib ki, regional təhlükəsizlik və sabitlik məsələlərini, eləcə də “Qarabağ probleminin” n tənzimlənməsini, ATƏT-in Minsk qrupunun həmsədrliyi məsələlərini müzakirə etmək istəyir.

“Sizinlə müəyyən informasiyanı bölüşmək, həm də bu məsələni müzakirə etmək istəyirəm”, – Baş nazir deyib.

KTMT-nin yubiley sammitində çıxış edən Paşinyan qurumu “Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə müdaxiləsi”nə gərəkən reaksiyanı vermədiyinə görə tənqid edib: “Ötən il, elə bu günlərdə Azərbaycan qoşunları Ermənistanın suveren ərazisinə müdaxilə etdilər. Ermənistan KTMT-yə müraciət etdi ki, 2010-cu il 10 dekabr tarixli, KTMT-də böhran vəziyyətlərinə reaksiya haqda bəndə uyğun olaraq mexanizmləri işə salsın. Bu sənəd Kollektiv Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib, ancaq təəssüf ki, təşkilatın Ermənistanın gözlədiyi reaksiyanı verdiyini demək olmaz”.



Paşinyan qurum üzvlərini uzun müddət Bakıya silah verməkdə ittiham edib, sonucda bu silahların “Ermənistana, erməni xalqına qarşı istifadə olunduğunu” vurğulayıb.

Paşinyanın Rusiya rəhbəri ilə apardığı müzakirələri şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, müharibədən sonra İrəvan və Moskvanın Qarabağ ətrafında apardığı siyasəti, son bir ayda isə Ermənistanda baş verən müddətsiz etiraz aksiyalarını təhlil edəndə bu qənaətə gəlmək olar ki, Ermənistanla Azərbaycan arasında problemlərin tezliklə bitməsi mümkün görünmür.

“Ermənistanda baş verən hadisələrin bütün daxili və xarici spektrlərinə, Rusiyanın bölgədə apardığı geosiyasətə, Ukraynada davam edən müharibəyə nəzər salanda, açıq hiss olunur ki, gözlənilən qərarlar tez verilməyəcək və asan olmayacaq. Ukrayna müharibəsində tərəflərin bir-birinə zidd olan iki mövqeyi olduğu kimi, Azərbaycanla Ermənistan arasında problemlərin həllinə aid baxışlarda, təkliflərdə, şərtlərdə fərqlilik ortadadır”,- ekspert vurğulayıb.

İ.İsmayıl deyir ki, Azərbaycanla Ermənistan arasında müharibə 18 aydır ki, Ermənistanın məğlubiyyəti ilə başa çatıb, müəyyən ikitərəfli və üçtərəfli razılaşmalara baxmayaraq, real sülhün ortada olmaması paradoksdur: “Bu 18 ay ərzində sülhdən uzaqlaşmaq daha çox hiss olunur, nəinki yaxınlaşmaq. İkinci Dünya müharibəsi bitən günün səhərisi kapitulyasiya aktına uduzan tərəf imza etdi, 44 günlük müharibədə məğlub olan Ermənistan hələ də iki ölkə arasında sülh müqaviləsi imzalamaqdan yayınmaqla məşğuldur”.



Təhlükəsizlik eksperti Paşinyanın son bəyanatlarına toxunub: “Dünən Moskvada keçirilən KTMT ölkələrinin sammitində Paşinyanın çıxışındakı elementlərə diqqət edəndə aydın görünür ki, Ermənistan yeni müharibəyə hazırlaşır və KTMT üzvlərini də perspektiv müharibəyə kökləyir. Paşinyanın 44 günlük müharibə dövründə KTMT-dən gileylənməyi, digər üzvləri qınamağı və gələcəkdə(?!) belə halların təkrar olunmamasına çağırış etməsi nədən xəbər verir? “Gələcəkdə” deyəndə, Paşinyan nəyi qəsd edir? Əlbəttə, Azərbaycanla müharibəni! Ermənistan hakimiyyəti revanşist hisslərlə yaşayır və Azərbaycanla müharibəyə hazırlaşdığını gizlətmir.

Yalnız hakimiyyət deyil, müxalifət , media nümayəndələri, siyasi şərhçilər, Ermənistan cəmiyyətinin az olmayan müəyyən kəsimi, Xankəndi separatçı rejimi də Azərbaycanla sülh müqaviləsi bağlamağı istəmir. Azərbaycanın irəli sürdüyü 5 baza prinsipinə 6 maddə ilə cavab verən rəsmi İrəvan, Azərbaycanın bu şərtləri qəbul etmədiyini hələ müharibə bitən gündən elan etdiyini bilə-bilə, qəsdən “dağlıq Qarabağın statusu” maddəsini əlavə etməklə sülh müqaviləsindən imtina etdiyini dolayısı ilə etiraf etmiş oldu”.

İlham İsmayıl sual edir ki, müharibədə hərbi, siyasi, ideoloji, iqtisadi baxımdan darmadağın olmuş Ermənistan bu cürəti hardan alır? Ekspert vurğulayır ki, Ermənistan siyasi rəhbərliyi hər dəfə Moskvaya çağırılandan sonra onların ritorikasında ciddi dəyişiklik baş verir. Onun sözlərinə görə, Brüssel görüşündən sonra Moskvaya çağırılan Ermənistan XİN rəhbəri və Baş naziri Avropa İttifaqı qarşısında söz verdikləri siyasətdən faktiki olaraq üz döndəriblər.

O, əlavə edib ki, Minsk Qrupu həmsədrləri nümayəndələrini Cənubi Qafqaza başqa statusla göndərmələrinə baxmayaraq, rəsmi İrəvan hələ də onların vasitəçiliyindən danışır: “Cənubi Osetiyanın Rusiyaya birləşmək istəyi gündəmə düşəndən bəri Ermənistan siyasi şərhçiləri, separatçı rejimin liderləri bu ideyanı Qarabağda qalan ermənilərə transfer etmək üçün dəridən qabıqdan çıxırlar. “Armenian report” saytı yazır: “Və sonra “artsax” üçün tarixi bir an gələcək. O an artıq gəlib. Cənubi Osetiya rəsmən Rusiyaya qoşulmağa səs verdikdən sonra “rəsmi stepanakert” “artsax”ın Rusiyanın tərkibinə daxil olmaq arzusunu elan etməlidir. Bəli, “artsax”ın Rusiya ilə ümumi sərhədləri yoxdur. Amma hamımız bilirik ki, Rusiya prezidenti Vladimir Putin öz ölkəsinin sərhədlərini istədiyi zaman və istədiyi yerdə genişləndirə bilir”.

Bax, elə bu cür yanaşmalara görə, Ukraynanın qələbəsini bütün bəşəriyyət arzulayır, məğlubiyyətini isə Ermənistan, Suriya, Şimali Koreya kimi ölkələr. Bu gün də Moskva torpağına ayağı dəyən kimi Nikol Paşinyan sülhdən başqa hər şeydən danışıb. Müharibə getdiyi vaxt və müharibə bitəndən sonra “bəzi KTMT üzvlərinin hərəkətləri Ermənistanı çox da sevindirmədi”-deyib”.

İ.İsmayıl daha sonra xatırladır ki, Azərbaycanın anklav kəndlər barədə rəsmi mövqeyi Ermənistanda süngü ilə qarşılanıb. Xüsusi tapşırıqlar üzrə səfir Edmon Manukyan bu kəndlərin Azərbaycana aid olmasına dair heç bir hüquqi sənəd mövcud olmadığını deyib.

“Bu cür həyasızlığı yalnız erməni siyasətçiləri nümayiş etdirə bilərlər. SSRİ dövrünün bütün xəritələrini açıb baxsınlar ki, həmin ərazilər ən azı hansı rəngdə göstərilib”,-o qeyd edib.



Ekspertin sözlərinə görə, Rusiyanın Cənubi Qafqaz siyasəti məlumdur və Qarabağ münaqişəsinin sonadək həll edilməməsi, hələ uzun müddət bölgədə təsirini saxlamağa hesablanıb: “Ukraynada pat vəziyyətinə düşən Rusiya və Putin mürəkkəb bir dövrünü yaşayır və diqqəti daha çox Ukraynaya yönəlib. Buna görə də, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını, xüsusilə də bu istiqamətdə Avropa İttifaqının təşəbbüslərini, moderatorluğunu qısqanclıqla, bəzən isə qəzəblə qarşılayır. Hər dəfə “sülh, nəqliyyat infrastrukturlarının açılması, münasibətlərin normallaşması üçün danışıqların davam etdirilməsi” kimi növbətçi bəyanatlar verir, saxtakarcasına sülh yaranmasından yana olduğunu göstərməyə çalışır, amma reallaşmasına təzyiq göstərməklə imkan vermir”.

İlham İsmayıl hesab edir ki, belə bir halda Azərbaycan proseslərin seyriçisi kimi qala bilməz. “18 ay az müddət deyil. Azərbaycan Ermənistanın sülhə mane olduğunu, sülh prosesindən imtina etdiyini faktlarla, konkret sübutlarla qeyd etməklə BMT-yə, Avropa İttifaqına, ABŞ-a, Rusiyaya ünvanlanan bəyanat verməli, bu ölkənin bölgə üçün təhlükə mənbəyi olduğunu vurğulamalı və beynəlxalq qınağa tuş etməlidir. Eyni zamanda sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və demarkasiyası, erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, keçmiş “dağlıq Qarabağ”a azərbaycanlı qaçqınların geri dönməsi, nəqliyyat infrastrukturlarındakı manelərin aradan qaldırılması üçün konkret vaxt göstərməlidir. Bu şərtlərin vaxtında yerinə yetirilmədiyi halda, Azərbaycan üçün təhlükənin real olacağı səbəbini göstərib, beynəlxalq hüquqla tanınan ərazilərində antiterror əməliyyatı keçirməyin Azərbaycanın hüququ olduğunu diqqətə çatdırmalıdır. Yaxın tarix sübut edir ki, Ermənistan yalnız sərt mövqedən, sərt dildən anlayır”- deyə, təhlükəsizlik eksperti vurğulayıb.“AzPolitika.info”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:47 “20 AZƏRBAYCANLININ ADINI İRAN PREZİDENTİNƏ VERDİM...” – Prezident İlham Əliyevin ADA-dakı çıxışının TAM MƏTNİ Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident. Zati-alilərinizi
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az