Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun şəhid ailələrini qəbul etməməsi ilə bağlı görüntülər yayılıb.
Paylaşlan videogörüntülərdə İcra başçısının qəbula gələn şəhid ailəliriylə mübahisə etdiyi görünür.
“Niyə mənim qapıma gəlmirsən? Mən İsayev Şakir Alik oğluyam. Şəhid Alik İsayevin atasıyam. Dəfələrlə gəlmişik bura, qəbul etməyib. İndi də kollektiv gəlmişik. Burada məndən başqa 9 şəhid atası var. Başçı 1 il 7 aydır heç birimizin qapısını açmayıb”,- şəhid atası bildirir.
Xəzər Aslanovun iş vaxtı qeyri-rəsmi geyimdə olması da diqqət çəkib.
Məsələ ilə bağlı Xızı rayon İcra Hakimiyyətindən “AzPolitika.info”-ya bildirildi ki, videogörüntüdəki şəhid ailələri Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilib: ”Qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapmışdır. Belə ki, şəhid Alik İsayevin qardaşı Cahangir İsayev Xızı Rayon İcra Hakimiyyətində işlə təmin edilmişdir.
Məsələ ilə bağlı münasibət bildirən Razi Nurullayevə məsləhət bilərdik ki, təmsil etdiyi dairə üzrə öz seçicilərinin problemləri ilə maraqlansın və onların etimadını qazansın. Bu kimi məsələlərdən xal qazanmaqla, siyasətçi obrazı yaratmaq siyasi etika ilə ziddiyət təşkil edir”.
Xızı rayon İcra Hakimiyyətindən Xəzər Aslanovun iş vaxtı qeyri-rəsmi geyimdə olmasına isə heç bir münasibət bildirilmədi.
Qeyd edək ki, Xəzər Aslanov 2020-ci ildə həbs olunan Neftçalanın sabiq icra başçsı İsmayıl Vəliyevin qohumudur.
16:50 İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHIPrezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncamda deyilir: “Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHIAzərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHIMəhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladıPrezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİBAzərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
Öz şərhini bildir: