t s

» » Mədə mikrobu hansı fəsadlara yol aça bilər? - TƏHLİL

Mədə mikrobu hansı fəsadlara yol aça bilər? - TƏHLİL

21-11-2015, 17:57 Yazar:  Anar Baxılıb: 406 Çap et
Mədə mikrobu hansı fəsadlara yol aça bilər? - TƏHLİLBilin və agah olun ki, dünyada yaşayan insanların 50%-i Helicobakter Pilori deyilən mədə bakteriyasının daşıyıcısıdır. Bəzi insanlarda bu simptomsuz getsə də bəzilərində ciddi xəstəliklərə səbəb olur.

H.Piloriyə yoluxan insanlarda sıx rast gəlinən simptomlar bunlardır:

- epiqastral hissədə ağrı,

- yanma hissi,

- köp,

- qıcqırma,

- gəyirmə,

- ürəkbulanma,

- qusma,

- nəcisin rənginin tündləşməsi və s.

H.Pilori ilə əlaqəli xəstəliklər:

- A və B tip Qastritlər

- Mədə və 12 barmaq bağırsaq yarası

- Gastroezofaqeal reflüks xəstəliyi

- Mədə xərçəngi

- Gastrik limfoma

- Dispepsiya

H.Pilori qram (-) ,hərəkətli və spiralşəkilli bakteriyadır. Fekal-oral yolla yoluxur (yediyimiz qidalardan, sudan, qab-qacaqdan və s.).

H.Pilorinin diaqnostikasında bir neçe metodlar var:

Bunlardan qisa zamanda neticə verən, ucuz maddiyyat tələb edən, dəqiq və spesifik üsul "Ureaz testi"-dir. Eyni zamanda xəstə həm endoskopik müayinə olunur, həm də mədə bakteriyası yoxlanılır.

H.Pilori zamanında aşkar olunub aradan qaldırılmazsa aşağıdakı ardıcıllıqla xəstəlik inkişaf ede bilər:

Səthi qastrit → Atrofik qastrit → İntestinal Metaplaziya → Mədə xərçəngi

Digər xəstəliklər kimi H.Pilori də zamanında aşkar olunarsa konservativ müalicə ilə aradan qaldırılması mümkündür.



Dr.Terlan Qasımov

Qastroenteroloq-İnvaziv Endoskopist

(+994 51) 9571353




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:55 XXI əsrin "ən dəbdə olan" xəstəliyi Təşkilatın tərtib etdiyi bu siyahıda birinci yeri əsəb xəstəliyi tutur. ÜST-ün məlumatına əsasən, hazırda dünyada əsəb xəstələrinin sayı 7 milyonu keçib. Bir sıra sosial problemlər, gərgin fiziki və zehni iş rejimi nevroz xəstəliyinin yaranmasına rəvac verir Həkim-nevropatoloq Maya Nəbiyevanın
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
00:59 İrana müalicəyə gedən şəkər xəstələrinin acı aqibəti... “-İki yaşlı qızıma şəkərli diabet diaqnozu qoydular. Əlləri, ayaqları şişirdi, arıqlayırdı. Uşaqda bir neçə dəfə hətta qıcolma da baş vermişdi. Amma inanmadıq. Balaca uşaq necə şəkər xəstəsi ola bilərdi ki?! Qohumlarımızın məsləhəti ilə maşınımızı satıb İrana, Ərdəbilə getdik. İlk vaxtlar
02:20 Ürəkbulanması hansı xəstəliklərin - Əlamətidir? Ürəkbulanması bir çox müxtəlif xəstəliklərin və pozulmaların simptomu ola bilər. Bu xəstəliklər arasında: - Qastrit və xora xəstəliyi zamanı ürəkbulanması xəstəni tez-tez narahat edir, qida qəbulundan sonra güclənir, qusma əmələ gələ bilər. - Xolesistit (öd kisəsi iltihabı) zamanı ürəkbulanması
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az