Xankəndinin mərkəzində atışma
11-05-2022, 08:11
Yazar: Samir
Baxılıb: 461
Çap et
Xankəndinin mərkəzində atışma baş verib.
Bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, olay 19:10-da mərkəzdəki meydanda olub.
İnsidentin səbəbi, zərərçəkənin olub-olmadığı və atışmanın miqyası barədə heç bir məlumat yoxdur. Hadisə barədə yalnız “araşdırma aparıldığı” bildirilib.
Qeyd edək ki, Xankəndi hazırda rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındadır.Axar.az
www.mediaxeberleri.az
Öz şərhini bildir: