t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Cənnətdəki doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi İmaməliyev Elvin Elsevər oğlunun doğum günüdür

Cənnətdəki doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi İmaməliyev Elvin Elsevər oğlunun doğum günüdür

9-05-2022, 00:16 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 551 Çap et
Cənnətdəki doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi İmaməliyev Elvin Elsevər oğlunun doğum günüdür
Sən sağ olasan, Vətən! Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Balaca məktəblidən bir dəfə soruşulanda ki, şəhidlik nədir? Tərəddüd etmədən dedi ki, şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Ürəyi Vətən eşqi ilə döyünən igidlərdən biri də Elvin İmaməliyevdir. Bu gün onun doğum günüdür!

Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Azərbaycan Silahlı Qüvvələrinin Alı Baş Komandanı cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı əks-hücum əməliyyatlarının başladığı ilk günlərdən könüllü olaraq cəbhəyə gedən qəhrəman oğullardan biri də Ağstafa rayonunun Qırılı kənd sakini Elvin İmaməliyev oldu.

İmaməliyev Elvin Elsevər oğlu 1989-cu il mayın 9-da Ağstafa rayonunun Qırılı kəndində ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini Qırılı kəndi S.Əliyev adına orta məktəbdə bitirdikdən sonra Azərbaycan Dillər Universitetində (ADU) xarici dil müəllimliyi(fransız dili) ixtisası üzrə ali təhsil alıb. 2012-ci ildə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələrinə əsasən Ağstafa rayonunun Qırılı кənd tam orta məкtəbində müəllim olaraq fəaliyyətə başlayıb. 2019-cu ildə isə direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edib və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məкtəbə direкtor təyin edilib. Elvin Ağstafanın ən gənc direktoru kimi adını tarixlərə yazdırmışdı. Yeni Azərbaycan Partiyasının (YAP) Ağstafa Rayon Şöbəsinin Gənclər Birliyinin sədri idi.

"Vətən Müharibəsi"-nin ilk günlərindən könüllü olaraq ordu sıralarına qatılaraq ön cəbhədə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

Qələbəmizə 1 gün qalmış noyabrın 9-da Şuşa şəhəri yaxınlığında, Qırmızı bazar qəsəbəsində ağır yaralanaraq şəhid olub. Canından vətənə can verən, qanı ilə vətən torpağını suvaran cəsur yeganə məktəb direktoru olmuş Elvin İmaməliyev Ağstafa rayonu Qırılı kənd qəbirisanlığında dəfn edilib. Şəhidlərimiz başımızın tacıdır. Biz onları unutmayacağıq! Unutmağa haqqımız da yoxdur! Biz onlarla fəxr edirik! Allah şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun. Amin!”


Vəfatından sonra Prezident İlham Əliyevin verdiyi sərəncama əsasən, İmaməliyev Elvin Elsevər oğlu "Vətən Uğrunda", “Cəsur döyüşçü” və "Şuşanın işğaldan azad olunmasına görə" medalları ilə təltif olunub.

Evli idi,2 oğul övladı yadigar qalıb

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!


Ələddin Kəsəmənli
“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü,
Mediaxeberleri.Az İnformasiya Portalının Baş redaktoru






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:29 VƏTƏN TORPAĞINDA İZİ QALACAQ, ELİN YADDAŞINDA ADI YAŞAYACAQ... – Şəhid 31 yaşlı məktəb direktoru İmaməliyev Elvin Elsəvər oğlunun döyüş yolu Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi danılmaz bir həqiqəti göstərdi ki, düşmənlə döyüşmədən, qan tökmədən onun işğalı altındakı torpaqları azad etmək mümkün deyildi. 1992-1994-cü illərdə də ön cəbhədə işğalçıya qarşı vətənpərvər nəsil vuruşurdu. Ancaq o dövrdə geosiyasi şərtlər
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az