t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Ermənistanın sülh müqaviləsinə əlavə etdiyi 6-cı BƏND: - Azərbaycan bu şərtlə razılaşacaqmı?

Ermənistanın sülh müqaviləsinə əlavə etdiyi 6-cı BƏND: - Azərbaycan bu şərtlə razılaşacaqmı?

7-05-2022, 10:59 Yazar:  Samir Baxılıb: 295 Çap et
Ermənistanın sülh müqaviləsinə əlavə etdiyi 6-cı BƏND: - Azərbaycan bu şərtlə razılaşacaqmı?
“İrəvan Gədəbəy ətrafında özlərinə aid hesab etdikləri anklav əraziləri Qazaxın 7 və Naxçıvanın Kərki kəndinə qarşı qoymaq istəyir”. Mediaxeberleri.az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında politoloq Turan Rzayev erməni mətbuatında qeyd edildiyi kimi, Ermənistanın 5 maddəlik sülh prinsiplərinə əlavə etdiyi 6-cı bəndin nədən ibarət olduğuna aydınlıq gətirərkən deyib:

“Ermənistan sülh prosesində Azərbaycanın nə istədiyini artıq tam mənasında başa düşür. Məsələ ondadır ki, rəsmi Bakı anklavlar məsələsində israrlıdır. Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi. İrəvan da bundan irəli gələrək hamının hamıya prinsipinə üstünlük verməklə, Gədəbəy ətrafında özlərinə aid hesab etdikləri anklav əraziləri Qazaxın 7 və Naxçıvanın Kərki kəndinə qarşı qoymaq istəyir. Məsələ ondadır ki, Gədəbəydəki anklav Qazaxın 7 və Kərki kəndini əhatə edən ərazinin həcminə bərabərdir. Bu baxımdan həmin fənddən istifadə edərək İrəvan bir növ Azərbaycanı bu anklavları geri almaqdan yayındırmağa çalışır”.

Politoloq bildirir ki, Azərbaycan heç zaman ermənilərin bu fəndinə razı olmayacaq:

“Ermənilərin bu istiqamətdə istənilən addımları qəbul edilməyəcək. Anklavdakı həmin ərazilər də Azərbaycanın ərazisidir və sərhədin tam müəyyənləşməsi baxımından bu yerlərin də ölkəmizə qaytarılması vacibdir”.

Digər tərəfdən, həmsöhbətimiz düşünür ki, İrəvan bu tip absurd yanaşma sərgiləməkdə davam etsə, Azərbaycan da öz növbəsində tələblərinin yükünü artıra bilər:

“Rəsmi Bakı təzminat məsələsini sülh danışıqlarında hələlik gündəmə gətirmir. Amma bu da Azərbaycanın müzakirə mövzusu saydığı məsələlərdən biridir. Azərbaycan kartları hələlik tam mənasında açmayıb. Çünki bilir ki, İrəvan prosesin gedişində nələrəsə maneə olmağa çalışır. Ona görə də Bakı İrəvanın danışıqları yubadacaq ehtimal addımlarına qarşı bəzi tələblərini indilikdə açıqlamır. Lakin gələcəkdə bu tələblərin də açıqlanması mümkündür”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:47 “20 AZƏRBAYCANLININ ADINI İRAN PREZİDENTİNƏ VERDİM...” – Prezident İlham Əliyevin ADA-dakı çıxışının TAM MƏTNİ Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident. Zati-alilərinizi
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
15:09 24 APREL 1915-Cİ İL HADİSƏLƏRİ: “ERMƏNİ SOYQIRIMI”, YOXSA ERMƏNİ XƏYANƏTİ?.. Əli Həsənov Tarix elmləri doktoru, professor Bir əsrdən artıqdır ki, Ermənistan dövləti başda olmaqla bütün dünya erməniləri, müxtəlif yollarla cəlb etdikləri muzdlu ideoloqlar, bəzi antitürk dairələri və çoxsaylı erməni havadarları da daxil bəşər cəmiyyətini inandırmağa çalışırlar ki, “XX əsrin
12:31 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR. Mediaxeberleri.az xəbər verir ki, 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ ilə bağlı professor Əli Həsənov özünün facebook səhifəsində yazaraq izləyiciləri ilə bölüşüb. 31 mart hər il dünyada Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur və
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az